/ / Soltan Məmmədov: Azərbaycan bir sıra sahələrdə uğurlar əldə edib, iqtisadi sabitlik əsasən qorunub saxlanılıb
Soltan Məmmədov: Azərbaycan bir sıra sahələrdə uğurlar əldə edib, iqtisadi sabitlik əsasən qorunub saxlanılıb
17.03.2021 [09:28]
Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabat düşünürəm ki, ölkə iqtisadiyyatında baş verən mühüm dəyişiklikləri tam şəkildə əhatə edir. COVID-19 pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar ümumilikdə dünya iqtisadiyyatında tənəzzülün davam etməsinə baxmayaraq, Azərbaycan bir sıra sahələrdə uğurlar əldə edib, iqtisadi sabitlik əsasən qorunub saxlanılıb ki, bu da Prezidentin rəhbərliyi ilə ölkə iqtisadiyyatının mümkün kataklizmlərdən qorunması, hökumətin effektiv fəaliyyəti nəticəsində mümkün olub. Buna görə də mən hesabatı müsbət qiymətləndirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.
Soltan Məmmədov deyib: “Yaranmış imkandan istifadə edərək, çox vacib bir məsələyə toxunmaq istərdim. Bu gün bir çox müalicə-profilaktika müəssisələrində və tibbi xidmət göstərən sahibkarlıq obyektlərində tibbi tullantıların zərərsizləşdirilməsi ilə bağlı ciddi problem mövcuddur. Tibbi tullantılar standartlara cavab verməyən quyularda yandırılır və əksər hallarda Mənzil-Kommunal Təsərrüfat Birlikləri tərəfindən bərk məişət tullantıları ilə birlikdə daşınır. Qeyd edim ki, Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Tullantıların idarə olunmasına dair” tələblərə əsasən, təhlükəli və xüsusi təhlükəli tullantılar termik üsulla xüsusi qurğularda məhv edilməlidir. Bu tələblərdə termik üsulla zərərsizləşdirmənin texniki xüsusiyyətləri açıqlanmasa da, dünya praktikasında konkret göstəricilər mövcuddur”.
Deputat qeyd edib ki, hazırda COVID-19-a yoluxmuş şəxslərin müayinə və müalicəsinin aparıldığı müəssisələrdən tibbi tullantılar, eyni zamanda, vaksinasiya prosesində yaranan tibbi tullantılar müvafiq qurumlar tərəfindən çeşidlənərək daşınır və xüsusi termik qurğularda zərərsizləşdirilir. Lakin bəzi obyektiv səbəblərdən tibbi tullantıların idarə olunması sahəsində indiki vəziyyət qənaətbəxş hesab edilə bilməz. Bu səbəblər sırasında ölkədə tibbi tullantıların zərərsizləşdirilməsini həyata keçirən müəssisələrin sayının az olması və təklif olunan xidmət haqlarının Tarif Şurasının 2014-cü il 1 avqust 3 nömrəli Qərarı ilə müəyyənləşdirilən tariflərdən yüksək olması qeyd edilməlidir.
“Digər tərəfdən, bu sahədə fəaliyyət göstərən müəssisələrin əksəriyyəti Abşeron yarımadasında yerləşdiyindən uzaq regionlardan tullantıların daşınma xərcləri yüksək olur və ətraf mühit üçün təhlükə ehtimalı artır. Ötən müddətdə bir neçə müalicə-profilaktika müəssisəsi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimə olunub, bəzilərinə isə nöqsanların aradan qaldırılması üçün məcburi göstərişlər verilib.
Bu baxımdan, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununun icrasını təmin etmək məqsədilə “Tibbi Tullantıların idarə olunmasına dair” Tələblərin təkmilləşdirilməsi məsələsinə baxılması məqsədəuyğun olardı. Bu məsələdə özəl təşkilatların təşviq edilməsi, eyni zamanda müvafiq sahə ilə məşğul olan qurumların fəaliyyətinin koordinasiya olunması çox vacibdir. Bunun üçün əlavə vəsaitin cəlb olunmasına da ehtiyac yoxdur. Sadəcə qaydalar müasir tələblərə və reallıqlara uyğunlaşdırılmalıdır. Hesab edirəm ki, Nazirlər Kabinetinin “Tibbi Tullantıların idarə olunmasına dair” Tələblərin təkmilləşdirilməsi məsələsini nəzərdə keçirməsi bu sahədə problemlərin həllinə imkan yaradardı”, - deyə Soltan Məmmədov vurğulayıb.
Qeyd olunub ki, ölkəmiz yeni doğulan uşaqların infeksion xəstəliklərə qarşı immunoprofilaktika tədbirlərinə görə Avropa regionunda ön sıralardadır. Uşaqların anadangəlmə ürək qüsurlarının aradan qaldırılması hər zaman prioritet məsələ olub və bu istiqamətdə çox böyük işlər görülüb. Bu problem bu gün də dünyada xüsusi yer tutur. Hesabatda da qeyd olunduğu kimi bir sıra xəstəliklərin müalicəsi və profilaktikası dövlət proqramları çərçivəsində həyata keçirilir. Lakin “Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması” proqramı üzrə dövlət proqramı çərçivəsində 2 milyon manat büdcə ayrıldığı halda bunun yalnız 15 faizinin icra olunması dövlət proqramlarının icrasına xüsusi nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu göstərir: “Belə ki, bir sıra digər dövlət proqramlarına əlavə maliyyə dəstəyinə ehtiyac tərəfimizdən dəfələrlə vurğulanıb. Çıxışımın sonunda Xəzər rayonu seçicilərinin müraciətinə hər zaman operativ reaksiya verən dövlət qurumlarına minnətdarlığımı bildirmək istərdim. Eyni zamanda, Xəzər rayonu ərazisində yerləşən fərdi yaşayış evlərinə çıxarışların verilməsi ilə bağlı hökumət tərəfindən tədbir görülməsini xahiş edirəm”.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

