İtaliya Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir
21.05.2010 [09:50]
Son illər Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi güclənir. Bu proses bir sıra regional və beynəlxalq layihələrin həyata keçirilməsində ölkəmizin oynadığı rolda da özünü açıq şəkildə göstərməkdədir. Xüsusilə, Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan siyasət dünyanın aparıcı dövlətlərinin ölkəmizə olan diqqətini artırmaqdadır. Bütün bunlar Azərbaycan həqiqətlərinin dünyada obyektiv şəkildə qarşılanmasına, Ermənistanın işğalçılıq siyasətinin də düzgün qiymətləndirilməsinə böyük imkanlar yaradır.
Bu baxımdan Avropanın aparıcı dövlətlərindən biri olan İtaliyanın mövqeyi xüsusilə diqqəti cəlb edir. ümumiyyətlə, İtaliya ölkəmiz üçün Avropada və dünyada ən mühüm tərəfdaşlardan biridir. ölkələr arasında siyasi, iqtisadi, mədəni, humanitar və parlamentlərarası münasibətlər inkişaf etməkdədir. Diqqətçəkən məqam ondan ibarətdir ki, İtaliya Dağlıq Qarabağ probleminə dair Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.
Məlum olduğu kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti mayın 3-dən 5-dək İtaliyada rəsmi səfərdə olub. Milli Məclisin sədri Oqtay Əsədovun ilk rəsmi görüşü İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini ilə olub. Görüş zamanı Azərbaycan parlamentinin spikeri bildirib ki, ölkələr arasında siyasi dialoqun davam etdirilməsi baxımından yüksək səviyyəli səfərlərin həyata keçirilməsi olduqca vacibdir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.
Görüş zamanı Azərbaycanın neçə illərdən bəri üzləşdiyi ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ xüsusilə diqqət mərkəzində olub. İtaliya Deputatlar Palatasının sədri bir daha ölkəsinin bu sahədəki mövqeyini ortaya qoyaraq qeyd edib: “Azərbaycan ikiqat haqsızlıqla üz-üzə qalıb. Həm torpaqları işğal olunub, həm də beynəlxalq birlik problemin ədalətli həllinə dəstək vermir”.
Əlbəttə, bu fikir bizim üçün çox dəyərlidir və bunu dünyanın çox nüfuzlu ölkələrindən birinin rəsmisinin beynəlxalq aləmə mesajı kimi də dəyərləndirmək olar. Bu fakt onu göstərir ki, İtaliya tərəfi bu problemə haqq və ədalət müstəvisində çox həssaslıqla yanaşır. Yeri gəlmişkən, xatırladaq ki, bu il fevral ayının 16-da İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapıb. Senat Yeni Avropa Xartiyasında da təsbit olunduğu kimi, sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyib. Qətnamədə bütöv bir regionun inkişafına maneçilik törədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin Avropa məkanı üçün əhəmiyyətli olduğuna diqqət yetirilir. Bu qətnamə ilə İtaliya Senatı Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT, ATƏT və Avropa Şurasının bütün qətnamələrinin, qərarlarının tam şəkildə yerinə yetirilməsinin təmin edilməsinin vacibliyini qeyd edir.
O da qeyd olunmalıdır ki, Azərbaycan və İtaliya yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində, iqtisadi münasibətlərin gücləndirilməsində maraqlıdırlar. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Qeyd edək ki, 1997-ci ilin sentyabrında Ulu öndər Heydər Əliyevin, 2005-ci ilin fevralında və 2008-ci ilin noyabrında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri ikitərəfli münasibətlərə xüsusi təkan verib. Hər iki ölkənin əlaqələri baxımından mühüm hadisə olan bu səfərlər əlaqələrimizin inkişafının bütün istiqamətlərinin konturlarını cızaraq bütün sahələrdə əməkdaşlığımızın, müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılan danışıqların, imzalanan sənədlərin təməlinə çevrilib. 2009-cu ildə isə İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard ABŞ dollarına yaxın olub. ötən illərdə iqtisadi əməkdaşlıq davamlı olaraq eyni səviyyədə olsa da, cari ilin bir neçə ayı ərzində iqtisadi göstəricilər nəzərə çarpacaq dərəcədə inkişaf edib. Regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rol oynayan Azərbaycanın Avropanın etibarlı strateji tərəfdaşına çevrilməsi İtaliya tərəfindən də yüksək dəyərləndirilir.
Azərbaycanla İtaliya bir sıra beynəlxalq təşkilatlar çərçivəsində və eləcə də, onların parlament assambleyaları səviyyəsində qarşılıqlı faydalı əməkdaşlıq edirlər və bu əməkdaşlığı gələcəkdə daha da dərinləşdirmək məqsədəuyğun hesab olunur.
Ekspertlər hesab edir ki, yaxın gələcəkdə İtaliya Avropa dövlətləri arasında Azərbaycanın ən fəal strateji tərəfdaşına çevriləcək. Bu prosesdə enerji sahəsində əməkdaşlıq xüsusi rol oynayır. Məlum olduğu kimi, Türkiyənin enerji naziri Azərbaycan qazının Avropaya nəqli ilə bağlı Azərbaycan, Türkiyə, İtaliya və Yunanıstanın iştirakı ilə sammitin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bu sammiti Azərbaycan-İtaliya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirmək olar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19

