Daşqın zonasından köçürülmüş əhali tezliklə evlərinə qaytarılacaq
15.05.2010 [08:33]
Yığıncaqdan sonra mətbuata açıqlama verən A.Şərifov əvvəlcə bəzi KİV-lərdə verilmiş əsassız məlumatlara münasibət bildirərək deyib ki, təbii fəlakətdən qrup maraqları naminə istifadə etmək sağlam düşüncə ilə bir araya sığmır. Hadisələrin gedişinə obyektiv yanaşmaq lazımdır. Bunu bacarmayanlar əks-təbliğat, şayiə yaymaqla məşğul olmamalıdırlar. Kürün Bayramlı qəsəbəsi ərazisində yıxdığı bəndin bərpası ən qısa müddətdə aradan qaldırılıb. Əraziyə 5 min kubmetrə yaxın ağır daş parçaları, dəmir-beton hissələr daşınıb.
Baş nazirin müavini bildirib ki, fəlakət ərazisinə Fövqəladə Hallar Nazirliyinin 2 min, Daxili İşlər Nazirliyinin 1500 və Müdafiə Nazirliyinin çoxsaylı canlı qüvvələri cəlb edilib. Bu qüvvələr yerli əhali ilə birlikdə daşqının nəticələrinin aradan qaldırılması ilə məşğuldurlar. Mürsəlli kəndindəki dambanın bərpası ilə bağlı işlərin dünən - mayın 14-də yekunlaşacağını qeyd edən A.Şərifov bildirib ki, ikinci dambanın bərkidilməsi ilə bağlı işlər də yekunlaşmaq üzrədir.
Yaxın iki gün ərzində əhalinin doğma evlərinə köçürülməsi üçün hazırlıq işlərinin də aparıldığını bildirən Baş nazirin müavini ilk növbədə həmin kəndlərdəki infrastrukturun bərpa olunacağını deyib. Yəni kəndlərə elektrik enerjisinin, qazın, suyun verilməsi bərpa olunacaq, sel suları qurudulduqdan sonra dezinfeksiya işləri aparılacaq.
Daxili işlər naziri, general-polkovnik Ramul Usubov da jurnalistlərə açıqlama verərək bildirib ki, Mürsəlli istiqamətində uçmuş bəndin bərpası mayın 14-də axşama yaxın başa çatdırılacaq. Prezident İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə nazirliklərinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin bütün qüvvələri və yerli əhalinin birgə səmərəli fəaliyyəti nəticəsində bu işlərin görüldüyü vurğulanıb.
Nazir daşqın zonasında ciddi qanun pozuntusu hallarının olmadığını qeyd edib. Yalnız 2 oğurluq faktı qeydə alınıb. Belə halların baş verəcəyi ehtimalının olduğunu bildirən nazir, bunun qarşısını almaq, vətəndaşların əmlakını qorumaq məqsədi ilə bütün lazımi tədbirlərin görüldüyünü deyib.
Jurnalistlərin suallarını cavablandıran R.Usubov evakuasiya olunmuş əhalinin yaxın günlərdə evlərinə qaytarılacağını bildirib. Əlaqədar qurumların su basmayan evlərdəki vəziyyəti araşdıracağı, yalnız bundan sonra qarşılıqlı razılaşma əsasında əhalinin geriyə köçürülməsinə icazə veriləcəyi qeyd olunub.
Bəndbərkitmə işlərinin gedişi ilə tanış olmaq üçün hadisə yerinə gedəcəklərini bildirən nazir, vəziyyətlə bağlı növbəti yığıncağın keçiriləcəyini deyib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

