/ / Qulamhüseyn Əlibəyli: Ağdam şəhərinin Baş Planının təsdiq edilməsinin əhəmiyyəti olduqca böyükdür
Qulamhüseyn Əlibəyli: Ağdam şəhərinin Baş Planının təsdiq edilməsinin əhəmiyyəti olduqca böyükdür
04.06.2021 [09:17]
“İşğaldan azad edildikdən sonra Ağdam şəhərinin Baş Planının təsdiq edilməsinin əhəmiyyəti olduqca böyükdür. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olunmuş rayonlara səfər etməsi, orada aparılan quruculuq işləri ilə yaxından tanış olması çox mühüm önəm kəsb edir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.
Partiya sədri deyib ki, dövlət başçısının işğaldan azad edilmiş rayonlara səfərləri zamanı bir çox infrastruktur obyektlərinin təməlinin atılması, hətta şəhərlərin Baş planlarının hazırlanması yüksək qiymətə layiqdir: “Partiya sədrlərinin həmin rayona təşkil edilən səfərində biz Ağdam kimi böyük şəhərin erməni vandalizminə məruz qalmasını öz gözlərimizlə görmüşük. İşğal dövründə dağıntılara məruz qalmış Ağdamın bərpası üçün dövlət başçısının qətiyyəti sayəsində qısa müddətdə Baş Planın hazırlanması və təsdiq olunması sevindiricidir”.
Q.Əlibəylinin sözlərinə görə, Azərbaycan Prezidentinin Ağdama son səfərini orada verdiyi mühüm mesajlar baxımından da əlamətdar hesab etmək olar: “Bu mesajlardan ən mühümü məğlubiyyətə düçar olan Ermənistanın son günlər sərgilədiyi mövqe ilə bağlı olub. Ermənistan tərəfinin öz təxribatçı əməllərindən əl çəkmədiyinə diqqəti yönəldən dövlət başçısı son dövrlər sərhəddə baş verən insidentlərlə bağlı Azərbaycanın qətiyyətini bir daha ortaya qoyub. Dövlət başçısı, Ali Baş Komandan qətiyyətlə bildirib ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə olsa, düşmən yerindəcə məhv ediləcək. Vurğulanıb ki, Ermənistan ordusu tərəfindən törədilmiş təxribatlar cavabsız qalmayıb və düşmən növbəti dəfə rəzil olub. Belə ki, Azərbaycan ərazilərini minalamağa cəhd edən erməni hərbçilərinin əsir götürülməsi göstərdi ki, düşmənin təxribatçı əməlləri gec-tez onların öz başında çatlayacaq”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56

