/ / Azərbaycan və Türkiyə Vətən müharibəsində qazanılan böyük Qələbənin sevincini birlikdə yaşayırlar
Azərbaycan və Türkiyə Vətən müharibəsində qazanılan böyük Qələbənin sevincini birlikdə yaşayırlar
15.06.2021 [08:43]
Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərə gəlməsi Azərbaycanla Türkiyə arasındakı əlaqələrin qardaşlıq münasibətləri üzərində qurulduğunu bir daha nümayiş etdirir
Nəhayət, iki qardaş ölkə olan Azərbaycan və Türkiyə cəmiyyətlərinin çoxdan gözlədikləri an gəlib çatdı. Öncədən verilən məlumata görə, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bizim hər birimiz üçün əziz olan Şuşaya səfər edəcək. Rəcəb Tayyib Ərdoğan ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan Şuşaya səfər edən ilk xarici ölkə prezidentidir və bu, tamamilə təbiidir. Türkiyənin dövlət başçısının xarici ölkə liderləri arasında ilk olaraq Şuşaya səfərə gəlməyə tam mənəvi haqqı var. Bu səfər iki ölkə arasındakı əlaqələrin qardaşlıq münasibətləri üzərində qurulduğunu nümayiş etdirir. Artıq dəfələrlə sübut olunmuş bir həqiqətdir ki, Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvə nöqtəsidir.
Azərbaycan və Türkiyə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir
Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri zəminində qurulan əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. İkitərəfli əlaqələrdən bəhs edərkən ölkələrimiz arasındakı siyasi dialoqun dinamik səciyyə daşıdığını xüsusi vurğulamaq lazımdır. İki ölkə liderləri bir-birlərinə “qardaşım” deyə xitab edirlər. Artıq yaxşı ənənə formalaşıb. Qarşılıqlı hörmətin və etimadın ifadəsi olaraq Azərbaycan Prezidenti dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu ənənə digər səviyyələrdə də davam etdirilir. Eyni zamanda, iki qardaş ölkənin rəhbərləri ikitərəfli və digər platformalarda davamlı olaraq görüşür və səmərəli təmaslar qururlar.
İki ölkə arasında digər sahələrdə əməkdaşlıq əlaqələri də məhz siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq inkişaf etdirilir. Bu gün ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Belə ki, indiyədək Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın perspektiv inkişafını özündə ehtiva edən bir sıra sənədlər imzalanıb. Hökumətlərarası Komissiyanın cari ilin fevralında Ankarada baş tutan son iclasında isə sənaye və texnologiya, enerji, müdafiə, mədəniyyət və turizm, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, təhsil, gənclər və idman kimi sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib və bir sıra önəmli qərarlar qəbul olunub. Hökumətlərarası Komissiyanın iclasından sonra keçirilən mətbuat konfransında bildirildiyi kimi, COVID-19 pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Azərbaycan və Türkiyə arasında ikitərəfli ticarət əlaqələri 2020-ci ildə əvvəlki illə müqayisədə 14 faiz artaraq 4,6 milyard dollara çatıb. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar. Məlumat üçün bildirək ki, Türkiyə şirkətləri Azərbaycanda indiyədək 400-dən çox layihə həyata keçiriblər. Azərbaycanlı iş adamları da qardaş ölkədə yüksək fəallıq nümayiş etdirirlər. Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir.
Qardaş ölkənin mənəvi-siyasi dəstəyi Vətən müharibəsində şanlı qələbəmizin təmin olunmasında mühüm rol oynadı
Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə qazanaraq özünün ərazi bütövlüyünü təmin etdi. Bu qələbənin təmin olunmasına dost ölkələr də respublikamıza mənəvi-siyasi dəstək göstərməklə öz töhfələrini verdilər. Bu sırada qardaş Türkiyə həmişəki kimi, yenə də öndə gəlir. Məlum olduğu kimi, Türkiyə lap əvvəldən artıq keçmişdə qalmış Dağlıq Qarabağ münaqişəsinin həllində tarixi ədalətə və beynəlxalq hüquqa istinad edən Azərbaycanın mövqeyini dəstəkləyirdi. Qardaş ölkə Ermənistanın işğalçılıq siyasətinə etiraz əlaməti olaraq bu ölkə ilə sərhədlərini bağlamışdı.
Türkiyə Vətən müharibəsində elə ilk saatlardan Azərbaycanın yanında olduğunu bildirdi və müharibənin sonunadək mövqeyini dəyişmədi. Türkiyənin və diğər dost ölkələrin bu dəstəyi isə Azərbaycanın özünəinam hissini artırdı və müzəffər Ordumuz düşməni tam kapitulyasiyaya məruz qoydu.
Azərbaycan dost ölkələrin Vətən müharibəsində respublikamıza göstərdikləri mənəvi-siyasi dəstəyi yüksək dəyərləndirir. Elə işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə məhz dost ölkələrin şirkətləri cəlb olunur. Bəhs olunan ərazilərdə layihələrin reallaşdırılmasında Türkiyə şirkətləri də yaxından iştirak edirlər. Bir sözlə, Azərbaycan və Türkiyə həmişə bir yerdədirlər. Qardaş Türkiyənin Prezidentinin Şuşaya səfərə gəlməsi bir daha təsdiqləyir ki, iki ölkə Vətən müharibəsində qazanılan böyük Qələbənin sevincini birgə yaşayır.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07

