Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda qadınlar bütün sahələrdə fəal təmsil olunurlar

Azərbaycanda qadınlar bütün sahələrdə fəal təmsil olunurlar

28.05.2010 [09:40]

Mehriban Əliyeva: Qadınlar və uşaqlara qarşı hər hansı zorakılıq, hətta bir hadisə olsa belə, qəbuledilməzdir
Xəbər verdiyimiz kimi, Bakıda “De-yure və de-fakto gender bərabərliyinin təmin olunması” mövzusunda beynəlxalq konfrans keçirildi. Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirləri ölkəmizin paytaxtında bir araya gələrək gender bərabərliyi ilə bağlı vəziyyəti qiymətləndirməyə və mümkün həll yollarını müəyyən etməyə çalışdı. Bakıda keçirilən tədbir avropalı nazirlərin sayca 7-ci konfransı olsa da, gender bərabərliyi mövzusunda ilk toplantısı kimi tarixə düşdü. Yəqin ki, bu da təsadüfi deyil. Azərbaycan qadınlara seçki hüququ verən ilk Şərq ölkəsi olmaqla yanaşı, Avropa Şurasına üzv olan dövlət kimi qoşulduğu konvensiyaların icrasında da fərqlənir. “Məişət zorakılığı haqqında” qanun layihəsi bir neçə gün öncə Milli Məclisdə ilk oxunuşdan keçib və tezliklə qəbul ediləcəyi gözlənilir. Müasir Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin. Onlar idarəçilik, hüquq-mühafizə və ədliyyə orqanlarında təmsil olunurlar, biznes fəaliyyəti ilə məşğul olur, siyasi və ictimai proseslərdə iştirak edirlər.
Qadınların siyasi və ictimai fəaliyyətində böyük nailiyyətlər əldə olunub. 2009-cu ildə bələdiyyə orqanlarına seçilən qadınların sayı 2004-cü ildəki göstəricilərlə müqayisədə 7 dəfə artıb. Hazırda qadınlar dövlət məmurları və elmi işçilərin yarısını təşkil edirlər. Həkimlərin və məktəb müəllimlərinin əksəriyyəti qadınlardır. ölkəmizdə hər beş ildən bir qadınların cəmiyyətdə rolu və mövqeyini müzakirə etmək məqsədi ilə ümumrespublika forumu keçirilir. Bütün bu nailiyyətlər müsbət və nikbin gələcəyə dəlalət edən göstəricidir. Şübhə yoxdur ki, Azərbaycanın gender bərabərliyinə aid fəal mövqeyi və konkret strategiyası bu tədbirin məhz Bakıda keçirilməsinin əsas səbəblərindəndir. Gender və hüquqlar bərabərliyi hər hansı demokratik cəmiyyətin ən mühüm əsaslarından biridir və bu istiqamətdə Azərbaycanda görülən işlər avropalıların da diqqətindən yayınmır.
Lakin Azərbaycanda gender münasibətləri və qadınların ailə və cəmiyyətdə statusu ilə bağlı bir sıra problemlər də var. Azərbaycan öz müstəqilliyinin bərpasının ilk illərindən sonra qonşu Ermənistanın təcavüzünə məruz qalıb. Ərazimizin 20 faizinin işğalı nəticəsində bir milyon vətəndaşın, o cümlədən, qadınların insan hüquqları kobud şəkildə pozulub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın təxminən yarısı qadınlardır.
Sirr deyil ki, hətta ən inkişaf etmiş cəmiyyətlərdə belə qadınlar müxtəlif növ zorakılığa məruz qalırlar. Təbii ki, bu məsələ hamını narahat edir və bununla bağlı ciddi səylər müşahidə olunmaqdadır. ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva bu məsələyə münasibət bildirərkən deyib ki, digər ölkələrdə olduğu kimi, bizim ölkədə də məişət zorakılığını müəyyən etmək çox çətin olur: “Bununla belə, qadınlar və uşaqlara qarşı hər hansı zorakılıq, hətta bir hadisə olsa belə, qəbuledilməzdir”.
Mehriban xanım Əliyeva hesab edir ki, bəzən vətəndaşlara bərabər imkanların yaradılmasına yönəlmiş qanunlar kişi və qadın üçün eyni fürsətin olmasına zəmanət vermir. Odur ki: “Cəmiyyətdə qadınlar və kişilər arasında hər hansı qeyri-bərabərliyi yalnız bir platforma və ya tədbirlər planı sayəsində aradan qaldırmaq olmaz”.
Bütün tədqiqatçılar hesab edirlər ki, sivilizasiyanın inkişaf dövründən başlayaraq, qadınlar dini mənsubiyyətdən və ya siyasi quruluşdan asılı olmayaraq, kişilərdən asılı vəziyyətdə olublar. Vəziyyətin dəyişilməsində uğurlar isə bir çox - siyasi, ictimai, sosial, dini və mənəvi amillərdən asılıdır.
Dünya ictimaiyyətini narahat edən başqa bir məsələ isə real həyatda ən çox kişilərin rəhbər vəzifələri tutmalarıdır. Onlar da qadınların ikinci dərəcəli rol oynamasından, çox hallarda əhalinin zəif kateqoriyası kimi qiymətləndirilməsindən narahatdır.
Qadınlar və kişilər arasında bərabərliyi, əslində, insan hüquqlarının və demokratiyanın ən vacib şərtlərindən biri sayan Avropa Şurasının baş katibinin müavini xanım Mod de Bur Bukikkio hesab edir ki, gender bərabərliyi qadın və kişilər arasında imkanların bütün sahələrdə bərabər tətbiq olunmasından ibarətdir. Halbuki, qadınların seçkili siyasi vəzifəyə namizədliklərini vermək imkanı, siyasi həyatda iştirakı cüzidir. Qadınlar hələ də struktur xarakterli və ictimai problemlər - zorakılıq, siyasi və iqtisadi həyatdan sıxışdırılma, işəgötürmədə ayrı-seçkilik, iş həyatı ilə şəxsi həyatın uzlaşdırılmasında çətinliklər ucbatından heç də həmişə kişilərlə eyni imkanlara malik olmurlar.
Qadınlar qərarverici orqanlarda indikindən daha çox olmalıdır. ümumiyyətlə isə, işlərinə kişilər qədər çox vaxt sərf edən və uşaqların və ev təsərrüfatlarının qayğısına da qalan fövqəlqadınların olmasına ehtiyac yoxdur. Ailə vəzifələrinin kişilər və qadınlar arasında bərabər bölüşdürülməsi mədəniyyətinə ehtiyac olduğunu vurğulayan Avropa Şurasının Baş katibinin müavini bütün dövlət siyasətlərinə gender bərabərliyi meyarını daxil etməyi təklif edir.
Azərbaycanda avropalıların indi səsləndirdiyi bu təklif çoxdan tətbiq olunur. Siyasətdə gender xətti açıq-aydın görünür. ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva həm siyasi, həm də ictimai fəallığı ilə nümunədir. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkilərində qarşıya qoyduğu məqsədlərdən biri partiya namizədləri arasında qadınlara üstünlük verilməsi idi və bu xətt partiyanın ümumi siyasətində əsas yer tutur. Bunun nəticəsidir ki, YAP üzvləri arasında qadınların sayını artırmaqla yanaşı, həm də onların siyasi fəallığının yüksəldilməsinə nail olub.
Mütəxəssislər hesab edir ki, gender stereotiplərinə qarşı mübarizədə uğurlu üsullar var və bu sahədə təhsilin rolu əvəzedilməzdir. Cəmiyyətin hər bir üzvü bərabər təhsil imkanları, peşəkar fəaliyyət və həyat tərzi ilə təmin olunmalıdır.
Azərbaycanda da bu üsulun uğuruna inanırlar. Məlum olduğu kimi, ölkəmizin gender siyasətinin məqsədi statistik göstəricini artırmaq deyil, ənənəvi stereotiplərə üstün gəlməklə ictimai şüuru dəyişməkdir. Bu, uzunmüddətli strategiyadır və onun məhz təhsil proqramları vasitəsilə həllinə çalışılır. Artıq ilkin nəticələr də özünü göstərməkdədir. Ekspertlər hesab edir ki, qanunvericilik qadın hüquqlarının tam təminatına imkan verir. Bu özünü qəbul edilmiş qanun, fərman və sərəncamlarda, icra edilən milli fəaliyyət planları, dövlət proqramları və tədbirlər planlarında göstərir. Respublikamızda “Gender bərabərliyinin təminatları haqqında” Qanunun qəbul edilməsi bu sahədə diqqətçəkən nailiyyətlərdəndir. Və bu nailiyyətlər hələ davam edəcək.
RUHİYYƏ

Paylaş:
Baxılıb: 1203 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30