Ermənistan yenilənmiş Madrid prinsiplərinə müsbət cavab verməsə...
01.06.2010 [11:40]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi miqyasına görə lokal, mahiyyətinə görə isə qlobal xarakterli problemlərdəndir. Məhz buna görə də, münaqişənın həlli məsələsi mütəmadi qaydada beynəlxalq arenada gündəmə gətirilməkdə və müxtəlif beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən birini təşkil etməkdədir. Müxtəlif zaman kəsimlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli problemi istər BMT Baş Məclisinin geniş çərçivəli toplantılarında, istər digər beynəlxalq təşkilatların sessiyalarında, müxtəlif dövlətlərin qanunvericilik orqanlarında-parlamentlərində, istərsə də dövlətlərarası ikitərəfli və çoxtərəfli görüşlərdə ən yüksək səviyyə və formada gündəmə gətirilib. Təbii ki, bütün bunların əsasında dayanan fundamental amil Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasəti və yüksək diplomatik səriştəsidir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu praqmatik, rasional və realist xarici siyasi strateji kursun bu gün Prezident İlham Əliyev tərəfindən müasir beynəlxalq münasibətlər sisteminin tələblərinə müvafiq qaydada uğurla davam etdirilməsi, sözsüz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin intensivləşməsinə də təsir edib. Artıq Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsinə dair bəyanatlar birmənalı şəkildə, bu və ya digər səviyyədə bütün dövlətlər tərəfindən mütəmadi şəkildə səsləndirilməkdədir...
Lakin münaqişənin həllinə mane olan bir sıra dağıdıcı faktorlar da mövcuddur. Bunların başında isə, şübhəsiz, Ermənistanın qeyri-konstruktiv mövqeyi gəlir. Bu barədə daha geniş bir qədər sonra...
DAÄžLIQ QARABAÄž MüNAQİŞƏSİNİN HƏLLİNİN QLOBAL STRATEJİ öNƏMİ...
Sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regional miqyasda böyük fəsadlara səbəb olmaqdadır. Belə ki, Cənubi Qafqaz regionu strateji əhəmiyyəti ilə yanaşı, mövcud təhlükəsizlik və münasibətlər balansı ilə də dünyanın diqqət mərkəzində olan həssas məkanlardan biridir. Təsadüfi deyil ki, dünyanı idarə edən güc mərkəzləri bu bölgəni özlərinin uzunmüddətli strateji planları və konsepsiyalarına daxil ediblər. Qlobal aktorlar anlayırlar ki, Cənubi Qafqaz kimi həssas balansa malik olan bölgədə uzunmüddətli, permanent əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırmaq üçün, ilk növbədə, regionun təhlükəsizlik və münasibətlər balansının tələblərinə adekvat cavab vermək zəruridir. çünki regional təhlükəsizlik balansına mənfi təsir edəcək hər hansı bir addımın atılması, nəticədə həmin qüvvələri “bumeranq” zərbəsi ilə üz-üzə qoya bilər. Deməli, öncə, “mərkəzdənqaçma meyilləri”ni neytrallaşdırmaq və separatizmə söykənən siyasi aksiyaları aradan qaldırmaq lazımdır. Yəni, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə təhlükə törədən amilləri “sındırmaq” vacibdir ki, sonradan acı nəticələr və göstəricilər bölgəni “barıt çəlləyi”nə döndərməsin.
2008-ci ilin avqustunda baş verən hadisələr, daha doğrusu, Rusiya-Gürcüstan müharibəsinin fonunda ortaya çıxan mənzərə vurğuladığımız məqamı isbat edir. İndi isə regionun başlıca dağıdıcı faktoru Ermənistanın işğalçılıq faktıdır. Nə qədər ki, bu işğalçı dövlət imperialist “ağası”nın dəstəyi ilə davam etdirdiyi qeyri-konstruktiv mövqeyindən əl çəkməyəcək, məhz bir o qədər də bölgədə sabitlik və təhlükəsizlikdən danışmağa belə dəyməz. Digər tərəfdən, müxtəlif xarakterli digər proseslər də dediyimiz fikri əsaslandırır. Belə ki, güc mərkəzlərinin diktəsi və tələbləri ilə start verilən Türkiyə-Ermənistan yaxınlaşması prosesinin fonunda yaşanan olaylar növbəti dəfə sübuta yetirdi ki, regiona aidiyyəti olan birinci dərəcəli strateji planlar-əlbəttə, bu cür strateji planlar bölgəsəl sabitliyə və təhlükəsizlik balansına xidmət edirsə, ikitərəfli, yəni, 1+1 formatında deyil, yalnız çoxtərəfli formatda reallaşdırıla bilər. Deməli, regionda hərbi-siyasi balansa əsaslı təsir edəcək hər hansı bir addım atılırsa, bu zaman regional sabitliyin və təhlükəsizliyin təminatçı aktorunun mövqeyi rəhbər tutulmalıdır. Regional balansı düzənləyən və mühafizə edən aktor isə məhz Azərbaycandır. Buna görə də, qlobal təhlükəsizlik sisteminin tərkib hissəsi olan regional sabitliyin təmin olunması məsələsində güc mərkəzləri mütləq şəkildə Azərbaycanın mövqeyini nəzərə almalıdırlar. Qısası, ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına müvafiq qaydada həll edilməsi üçün beynəlxalq təşkilatlar və aparıcı milli dövlətlər ciddi səy və cəhdlərlə çıxış etməlidirlər...
Bununla yanaşı, nüfuzlu strateji araşdırma mərkəzləri Dağlıq Qarabağ münaqişəsinin həllinin önəminə daha geniş rakursdan yanaşırlar. ümumilikdə isə münaqişənin həllini şərtləndirən faktorları aşağıdakı kimi təsnif edə bilərik:
Birincisi, qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsi bütövlükdə regionun inkişafına mane olan ciddi problematik faktordur. Bu münaqişənin həll edilməsi regional miqyaslı, qlobal xarakterli qarşılıqlı faydalı-uzlaşdırılmış əməkdaşlıq münasibətlərinin formalaşdırılmasına və uzunmüddətli perspektivdə davam etdirilməsinə təkan və stimul verəcək. Yox, əgər münaqişə həll olunmamış qalarsa, məhz bu zaman Cənubi Qafqaz bölgəsi səmərəsiz geosiyasi məkana çevrilməkdən qurtula bilməz. Bu isə region dövlətlərindən daha çox qlobal aktorlara mənfi təsir göstərər. çünki hər kəsə məlumdur ki, Cənubi Qafqaz ən böyük sərmayə məkanlarından biri olmaqla yanaşı, ən önəmli bölgələrə çıxış qapısı rolunu oynayan tranzit mərkəzlərdəndir;
İkincisi, Cənubi Qafqaz kimi “heartland” önəmi kəsb edən bölgədə təhlükəsizlik balansının pozulması-qeyri-sabitliyə səbəb olacaq halların davam etməsi regionda marağı olan bütün dövlətlər üçün mənfi əlamətdir. Ermənistanın işğalına son qoyulmadıqca nə İrəvan regional layihələrdə iştirak edə biləcək, nə də sərmayədar dövlətlər istədikləri səviyyədə bölgəyə investisiya yönəldə biləcəklər. Bundan başqa, münaqişənin həll olunmamış qalması Cənubi Qafqazda yeni əməkdaşlıq platformalarının yaradılmasına və növbəti strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə mane olacaq...
ALTERNATİV HüQUQİ VARİANT: DİPLOMATİK VASİTƏLƏR NƏTİCƏ VERMƏZSƏ...
Qeyd etdiyimiz kimi, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquqi prinsiplər çərçivəsində həllinə nail olmaq üçün bütün zəruri addımları atmaqdadır. Bu gün artıq bütün beynəlxalq ictimai institutlar və dövlət rəsmiləri də bu məqamı önə çəkirlər. Amma buna baxmayaraq, münaqişənin yekun həllinə nail olunmayıb. Yeri gəlmişkən, xatırladaq ki, bir müddət öncə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşdə Azərbaycan Prezidenti İlham Əliyev problemin həllinə dair qeyd edib ki, əgər Ermənistan yenilənmiş Madrid prinsiplərini qəbul etməsə, münaqişənin həlli istiqamətində yeni mərhələ yarana bilər. Bəli, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməsə, bu zaman münaqişənin həlli prosesi başqa müstəvidə davam edəcək. çünki bu, artıq strateji zərurətə çevriləcək. Rəsmi Bakı danışıqlara start veriləndən bəri hər zaman sülh yolunun tərəfdarı olduğunu bəyan edib. Amma bunun əksinə olaraq Ermənistan “nə hərb, nə sülh” variantını qoruyub saxlamağa, hər vəchlə diplomatik danışıqlardan yayınmağa çalışır və nizamlama prosesinin tələblərini mütəmadi qaydada pozur. Məhz bu zaman ortaya belə bir mənzərə çıxır: qarşı tərəf-Ermənistan münaqişəni dinc yolla-diplomatik vasitələrlə həll etməyə müsbət yanaşmırsa, alternativ variantlara müraciət etməyə ehtiyac yaranır.
Bəs alternativ variant dedikdə nə nəzərdə tutulur?
Beynəlxalq münasibətlər sistemində münaqişələri həll etməyin iki yolu var: ya diplomatik vasitələrdən, ya da hərb variantından istifadə etmək. Buradan da belə bir nəticə hasil olunur ki, əgər Dağlıq Qarabağ münaqişəsinin həlli diplomatik vasitələrlə-sülh yolu ilə mümkün olmasa, bu zaman hərb variantı qaçılmaz olacaq. Azərbaycan sahib olduğu hərbi və iqtisadi potensialı, eləcə də, rasional idarəetmə sistemi ilə hər zaman işğal edilmiş torpaqlarını azad etməyə hazır və qadirdir. Bildirdiyimiz kimi, sözün qurtardığı məqamda ölkəmiz silahlı müdafiə metoduna istinad edəcək. “Silahlı müdafiə metodu” anlayışı təsadüfi ifadə deyil. çünki Azərbaycan savaşa başlayarsa, bu, işğalçı müharibə səciyyəsi daşımayacaq. Bu savaş öz torpaqlarını azad etmək üçün Azərbaycanın haqq mübarizəsi olacaq. İstər BMT-nin nizamnaməsində, istərsə bu nizamnaməyə müvafiq qaydada qəbul edilmiş müxtəlif normativ akt və qətnamələrdə, istərsə də ATƏT-in Helsinki yekun aktı və Paris xartiyasında Azərbaycanın hərb variantından istifadə hüququ tam mənada dəstəklənir: “Ərazi bütövlüyü beynəlxalq hüquq normalarının əsasını təşkil edir. Hər hansı bir dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş istənilən akt təcavüzkar xarakterlidir və buna qətiyyən yol vermək olmaz. Əgər bir dövlətin ərazi bütövlüyünə qarşı təcavüz aktı baş veribsə, bu zaman təcavüzə məruz qalmış dövlət özünün ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək naminə silahlı qüvvələrdən istifadə edə bilər. Bu, həmin dövlətlərin beynəlxalq hüquq normalarına müvafiq qaydada təsbit edilmiş ali siyasi hüququdu”.
Digər tərəfdən, savaşın başlanması isə qlobal miqyasda Cənubi Qafqazı özünün əməkdaşlıq məkanı kimi görən heç bir dövlət tərəfindən arzu olunmur. Separatizm və münaqişəli qarşıdurmanın fonunda ortaya çıxan 2008-ci ilin avqust hadisələri yəni, Rusiya-Gürcüstan müharibəsi deyilənləri təsdiq edən ən güclü dəlillərdəndir. Qeyd etdiyimiz kimi, bu savaş öz növbəsində regional əməkdaşlıqları “baltalayan” faktor kimi çıxış etdi. Belə olan halda, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi yönündə qlobal güclər-söz sahibi aktorlar özlərinin ən yüksək cəhdlərini ortaya qoymalıdırlar. Cənubi Qafqazın lokomotiv aktoru olan Azərbaycanın iştirakı və razılığı olmadan nə bölgədə hər hansı bir transmilli layihəni reallaşdırmaq olar, nə də ki, regionda yeni bir təhlükəsizlik çətiri formalaşdırmaq mümkün deyil. Odur ki, qlobal aktorların strateji cəhətdən atmalı olduğu bir nömrəli addım Azərbaycanın mövqeyini dəstəkləmək və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət mənada öz səylərini artırmaqdır. Məhz bu cür strateji seçim güc mərkəzləri üçün regional miqyaslı qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin yeni keyfiyyətdə formalaşdırılması və möhkəmləndirilməsi baxımından fundamental təminatçı faktor olacaq...
Təbii ki, bütün fors-major situasiyalara hazırlıqlı olan Azərbaycan dövləti sülh danışıqlarına paralel olaraq, münaqişə ehtimalını da daim gündəmdə saxlayır, bu yöndə lazımi baza mövcuddur. Müasir dünyanın mənzərəsini və hadisələrin gələcək axınını müəyyənləşdirən “güc” amili artıq ölkəmiz üçün də yad bir anlayış deyil. Əksinə, Azərbaycan geridə qoyduğumuz tarixi dövr ərzində üzərinə götürdüyü missiyaları yüksək səviyyədə icra edib və vəzifələrini yerinə yetirərək hansı gücə sahib olduğunu təsdiqləyib. Lakin ölkəmiz bunları yetərli hesab etmir və sürətli inkişaf prosesini davam etdirməkdə qərarlıdır. Aparılan islahatlar, həyata keçirilən proqramlar, icra olunan layihələr Azərbaycanın gücünə güc qatır, mövqelərini gücləndirir. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bəyan edib ki, artıq Azərbaycan istənilən yolla münaqişənin taleyini həll edə bilmək imkanına malikdir: “Dünyada gedən proseslər onu göstərir ki, kim güclüdürsə, o da haqlıdır. Əfsuslar olsun ki, belədir. Amma bu, həqiqətdir və biz bu real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Hamı istəyər ki, qanunlar, beynəlxalq hüquq normaları işləsin, ədalət olsun. Ancaq biz bunu görmürük. Biz bu münaqişənin timsalında görürük ki, ədalətsizlik 20 ilə yaxındır davam edir və nə qədər də davam edəcək. Ona görə güclü olmaq üçün biz bütün imkanlarımızı səfərbər etməliyik. İqtisadi inkişafımızı daha da gücləndirməliyik. Baxmayaraq ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. 2009-cu ilin yekunlarına görə dünya miqyasında bütün ölkələr arasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Biz iqtisadi imkanlarımızı daha da gücləndirməliyik. Görülən bütün işlər bu məqsədi güdür”.
O da vurğulanmalıdır ki, iqtisadi inkişaf, ölkənin əldə etdiyi iqtisadi nailiyyətlər digər sahələrdə də yüksək qələbələrin əldə olunmasına şərait yaradır. Bu mənada ölkəmizin iqtisadi gücünün artması bir nömrəli problem olan Dağlıq Qarabağ münaqişəsinin həllinə də zəmin hazırlayır. Məhz bu zəmindən yararlanaraq Azərbaycan ən qısa zamanda münaqişənin yekun həllinə nail olmaqda qərarlıdır. Təbii ki, bunun hansı formada reallaşacağı gələcək proseslərdən asılı olacaq. Əgər Ermənistan onlar üçün yaradılmış bu qızıl fürsətdən istifadə edib münaqişənin sülh yolu ilə həllinə razılıq verərsə və addımlarını bu yöndə atarsa təbii ki, hərb variantına əl atmağa ehtiyac qalmayacaq. Yox əgər, İrəvan hakimiyyəti 20 ildir sərgilədiyi mövqeni qoruyacaqsa, onda hərb ehtimalı qaçılmaz və hətta labüd olacaq.
“Yeni Azərbaycan” Analitik Qrupu
Xəbər lenti
Hamısına baxGündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09

