Qazaxıstan Parlamenti Məclisinin komitə sədri Milli Məclisdə olub
11.09.2021 [10:11]
Sentyabrın 10-da Milli Məclis sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonağı salamlayan Milli Məclis sədrinin müavini Azərbaycan ilə Qazaxıstan arasında çoxəsrlik tarixə malik dostluq əlaqələrinin olduğunu deyib. Vurğulayıb ki, bu gün ölkələrimizin ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etməsi təqdirəlayiqdir. Dövlət başçıları səviyyəsində münasibətlərin inkişafına xüsusi əhəmiyyət verilməsi, yüksək səviyyəli rəsmi və işgüzar səfərlərin həyata keçirilməsi müxtəlif sahələrdə mühüm addımların atılmasını və müsbət nəticələrin əldə olunmasını şərtləndirir. Ölkələrimizin qlobal arenada, beynəlxalq təşkilatlar səviyyəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini dəstəkləməsi də pozitiv hal kimi xüsusi önəm daşıyır.
Milli Məclis sədrinin müavini qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq 30 illik erməni işğalına son qoyub. Ölkəmiz ərazi bütövlüyünü bərpa edib və artıq münaqişə tarixə qovuşub. O bildirib ki, Qazaxıstan Parlamenti Məclisinin nümayəndə heyəti işğaldan azad olunmuş Şuşa şəhərinə - Azərbaycanın mədəniyyət paytaxtına səfər zamanı reallıqların şahidi olacaq.
Qonaqlara məlumat verilib ki, bu gün Azərbaycan dövləti ermənilər tərəfindən dağıdılmış Şuşada və digər ərazilərimizdə geniş bərpa-quruculuq işləri aparır, o cümlədən erməni vandalizminə məruz qalmış tarixi, dini və mədəni abidələr bərpa olunur.
Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan Azərbaycanın 44 günlük müharibə nəticəsində torpaqlarını işğaldan azad etməsi münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışan qonaq tezliklə azad olunmuş torpaqların bərpa olunacağına əminliyini ifadə edib. Bildirib ki, qısa müddət ərzində Füzuli aeroportunun istifadəyə verilməsi bunu deməyə əsas verir.
Söhbət zamanı iki ölkənin parlamentləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinin, deputatların qarşılıqlı səfərlərinin sayının artırılmasının vacibliyi qeyd olunub.
Görüşdə Milli Məclisin deputatları, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Etibar Əliyev, Anar Məmmədov, Naqif Həmzəyev, Sadiq Qurbanov, Fatma Yıldırım, Qazaxıstan parlamentinin deputatları, Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimov və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

