Azərbaycan və Türkiyə regionda sülhün qarantıdır
28.10.2021 [10:42]
Rəcəb Tayyib Ərdoğanın ölkəmizə növbəti səfəri Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərir
Dərin tarixi kökə malik Azərbaycan-Türkiyə dostluq və qardaşlığı dünyada birlik, əməkdaşlıq nüm?nəsidir. Oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri cəmiyyətimizin xüsusi diqqət mərkəzində oldu. Bundan əvvəl dövlət başçılarının Şuşada baş tutan görüşündə tarixi Şuşa Bəyannaməsi imzalanmışdı. Rəcəb Tayyib Ərdoğanın ölkəmizə budəfəki səfəri və Prezident İlham Əliyevlə görüşü həm də Şuşa Bəyannaməsinin müddəalarının uğurla həyata keçirilməsinin sübutudur. Qardaş dövlətlərin birgə fəaliyyəti çərçivəsində görülən işlərin hər biri mühüm siyasi hadisədir.
Türkiyə Prezidentinin ölkəmizə növbəti səfərinin əhəmiyyəti ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov bildirib ki, Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilən torpaqlarımıza növbəti səfərini bir neçə aspektdən şərh edə bilərik: “Bunlardan birincisi Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanında ilk olaraq qardaş ölkənin Prezidentinin qarşılanmasıdır. Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi, dövlət başçıları tərəfindən hava limanının rəmzi açılışını bildirən lentin kəsilməsi və hava limanının rəmzi açarlarının hər iki dövlət başçısına təqdim olunması da məhz iki qardaşın bir-birinə göstərdiyi yüksək diqqət və dəyərin ölçüsüdür. İkincisi ondan ibarətdir ki, Azərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoymaqla həm də Zəngəzur dəhlizinin əsasını qoymuş oldular. Bu da öz növbəsində Naxçıvan, or?dan isə Türkiyə ilə avtomobil nəqliyyatı ilə birləşməyimizi təmin edəcək. Bu hadisə olduqca əhəmiyyətli təməlqoyma mərasimi olmaqla, mənəvi və iqtisadi perspektivləri ehtiva edir. Zəngilan rayonunda “Dost Aqropark”ın təməlinin qoyulması, dövlət başçılarının burada ilk çinar ağacını əkməsi, “Anadolu” ?gentliyinin Vətən müharibəsini özündə əks etdirən fotosərgisi ilə tanışlıq və səfərin proqramına daxil olan bütün fəaliyyətlər sarsılmaz birliyi göstərən amillərdəndir. Səfər çərçivəsində açılış və təməlqoyma mərasimləri, eyni zamanda, görülən işlərlə tanışlıq böyük rəmzi məna daşıyır”.
Millət vəkilinin sözlərinə görə, Füzuli aeroportunun açılması, həmçinin Azərbaycanın azad olunmuş ərazilərdə qısa zamanda gördüyü böyük işlərin ifadəsidir: “Bir ildən də az müddətdə inşa edilən hava limanı, eləcə də işğaldan azad olunan digər ərazilərimizdə görülən nəhəng işlər bir tərəfdən Azərbaycanın gücünü göstərirsə, digər tərəfdən də gələcəkdə bu bölgələrin regionun iqtisadi mərkəzlərdən birinə çevrilməsinin anonsunu verir. Düşünürəm ki, aeroportun açılması bu bölgələrimizə xarici investisiyaların gəlməsini də sürətləndirəcək. Bütövlükdə, Azərbaycan-Türkiyə birliyinin fonunda dövlət başçılarının göstərdiyi səylər bütün Türk ?ünyası üçün inam, güc və əzm, antimilli qüvvələr üçün qorxu və təşviş, bəzi dairələrə isə açıq mesajdır. Bütün dünya Azərbaycan və Türkiyə qardaşlığını təcəssüm edən “Bir millət, iki dövlət” milli konsepsiyasının bəşəri missiya olduğunu görür. Çünki Azərbaycan və Türkiyə liderlərinin birgə səyləri regionda sülhün qarantıdır”.
“Azərbaycan 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin ildönümü ərəfəsində Füzuli Beynəlxalq Hava Limanını istifadəyə verməklə hansı potensiala malik old?ğunu, nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi”. Bu fikirləri isə millət vəkili Rauf Əliyev deyib. O, qeyd edib ki, müharibədən sonra keçən bir il ərzində işğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq, bərpa işləri bütün dünyaya göstərir ki, Azərbaycanda qarşıya qoyulan bütün vəzifələr uğurla həyata keçiriləcək: “Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə bu açılış və təməlqoyma mərasimlərini reallaşdırması təkcə dostluq və qardaşlıq nümunəsi deyil, eyni zamanda, ölkələrimiz və xalqlarımız arasında möhkəm birliyin və həmrəyliyin bariz nümunəsidir”.
R.Əliyevin fikrincə, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi təkcə bu rayonun deyil, bütövlükdə Qarabağın, Şərqi Zəngəzurun hərtərəfli inkişafına şərait yaradacaq: “Eyni zamanda, bu hava limanı yerləşdiyi coğrafi məkana görə bütün türk dünyası üçün mühüm nəqliyyat mərkəzinə çevriləcək. İki qardaş ölkənin liderlərinin bu açılış mərasimində və təməlqoyma mərasimlərində birgə iştirak etməsi bütün dünyaya, ilk növbədə, region ölkələrinə Azərbaycan-Türkiyə qardaşlığının və həmrəyliyinin nümayişidir. Bu bir daha göstərir ki, hazırda Azərbaycan-Türkiyə münasibətləri tarixdə özünün ən yüksək səviyyəsini yaşayır və bu münasibətlər ildən-ilə daha da möhkəmlənəcək”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24

