Avropadan ABŞ-a zərbə - NATO dağılır
02.11.2021 [10:19]
Fransanın “İttifaq ordusu” ideyası köhnə qitəni parçalaya bilər
Avropa İttifaqı (Aİ) ordusunun yaradılması məsələsi yenidən aktuallaşır. Belə ki, Avstraliya, İngiltərə və ABŞ-ın yeni “AUKUS” adlı hərbi-siyasi alyans yaratması Fransanın köhnə-təzə ideyasını gündəmə gətirib. Bu ölkənin müdafiə naziri Florens Parli NATO-ya Avropa İttifaqının vahid ordusunun yaradılması ilə barışmağı məsləhət görüb. “Avropa müdafiəsi NATO-ya qarşı deyil, əksinə qurulur: Avropanın möhkəmlənməsi alyansın gücləndirilməsinə və həyat qabiliyyətinin artırılmasına kömək edəcək”, - deyə Parli bildirib. Artıq bir neçə ildir ki, səsləndirilən bu fikir Avropa Parlamentinin (AP) ən böyük partiyası olan Avropa Xalq Partiyası tərəfindən də dəstəklənib.
NATO-nun Baş katibi Yens Stoltenberq isə bəyan edib ki, Aİ ümumi silahlı qüvvələrinin yaradılması NATO-nun zəiflədilməsi kimi neqativ effekt yaradar və Avropa Birliyinin özünün parçalanmasına gətirər. O, dəqiqləşdirib ki, problemin kökündə maliyyə məsələsi dayanır. NATO-nun müdafiə xərclərinin 80 faizi alyansın Aİ-dən kənar üzvlərinin payına düşür. Bunlar ABŞ, Böyük Britaniya, İslandiya, Norveç, Kanada və Türkiyədir. Bununla belə, adıçəkilən dövlətlər Avropanın təhlükəsizliyinin açar oyunçularıdır.
Avroatlantik alyansda inkişaf edən proseslərlə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamran Bayramov bildirib ki, bu fikir Fransa ilə yanaşı Avropa İttifaqının bir sıra strukturlarında da müxtəlif vaxtlarda səslənib. NATO rəhbərliyinin bu ideyaya münasibətinin heç də pozitiv olmadığını deyən K.Bayramovun fikrincə də, Aİ ordusunun yaradılması ideyası NATO-nu zəiflədəcək: “NATO baş katibinin bildirdiyi kimi, bu addım Avropanın parçalanmasına da gətirib çıxara bilər. Ən əsası, NATO-nun aparıcı ölkəsi olan ABŞ anlayır ki, Aİ ordusunun yaradılması onun Avropadakı mövqelərini zəiflədə bilər. Aİ vaxtilə yalnız iqtisadi məqsədlər üçün yaradılmışdısa, artıq ordu yaratmaq niyyətinə düşüb. Bu, Avrozona ölkələri ilə NATO arasındakı soyuq münasibətlərdən və fikir ayrılıqlarından qaynaqlanır”.
Aİ ordusunun yaradılmasının Avroməkana daha çox ziyan gətirəcəyini düşünən K.Bayramovun sözlərinə görə, hazırda Avropanın təhlükəsizliyinə cavabdeh olan NATO-da əsas “yük” ABŞ, Türkiyə, Kanada kimi Aİ üzvü olmayan ölkələrin üzərinə düşür. Bu ölkələr Avroatlantik alyansın fəaliyyətində aparıcı gücə malikdir. Əsas müdafiə xərcləri də Aİ-yə daxil olmayan tərəfdaşlar tərəfindən qarşılanır. “Aİ üzvü olmayan Norveç, İslandiya kimi ölkələr də NATO-nun müdafiə xərclərinin qarşılanmasında mühüm rol oynayır. Bu cür addımların atılması Avropanın Trans Atlantik, TransAsiya əlaqələrinə mənfi təsir göstərəcək. Fikrimcə, Aİ ordusu ilə bağlı “planlar” bəyanatlardan uzağa getməz. Çünki bu qərar bir çox tərəflər üçün təsirsiz ötüşməyəcək”, - deyən K.Bayramov onu da əlavə edib ki, Azərbaycanın strateji müttəfiqi olan Türkiyə də NATO üzvüdür və qurumun əsas aparıcı qüvvələrindəndir. Onun sözlərinə görə, Türkiyə bu gün istər Cənubi Qafqazda, istər Asiyada, istərsə də Avropada mühüm siyasi aktor kimi qəbul edilir: “Türkiyənin Avropada, Asiyada, yaxın regionda təsir qüvvəsi böyükdür. Bu mənada inanmıram ki, Aİ ordusu ilə bağlı hər hansı bir qərar Türkiyəyə böyük təsir göstərsin. Türkiyə müstəqil siyasət həyata keçirir və xüsusilə də, NATO çərçivəsində böyük önəmə malikdir”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə Fransanın bu təkliflə çıxış etməsini prezident Makronla əlaqələndirib. Onun sözlərinə görə, rəsmi Paris məhz Emmanuel Makronun prezident seçilməsinin ardından bu təkliflə çıxış edib. Burada isə məqsəd bəllidir: “Artıq ABŞ ilə Avropa arasında siyasi, hərbi və digər sahələrdə maraqlar toqquşur. Avropa ABŞ-dan ayrılmağın zamanının çatdığını düşünür. Fikrimcə, Fransa tarixinə ən uğursuz siyasətçi kimi düşəcək Makronun Aİ ordusu ideyası reallaşmayacaq. Çünki ortada NATO adlı güc var. Vaxtilə ABŞ NATO-nu yaratmaqla Avropanı SSRİ təhdidi qarşısında qoruyurdu. Amerika Avropanı öz əlinə “toparlamışdı” və “təhdid” bəhanəsi ilə Avropada çox effektiv şəkildə hərbi, siyasi, iqtisadi dominantlığını təmin etmişdi”.
Z.Məmmədovun fikrincə, qeyri-real görünən bu ideya indiki halda Avropadan daha çox Rusiyanın maraqlarına cavab verir. Hətta bu ideyanın ortaya çıxmasından sonra bəzi ekspertlər burada gizli Rusiya-Fransa razılaşması izləri də axtarmışdı: “Amerikanın Avropadan çəkilməsi ən çox Kremlin maraqlarına xidmət edir. Türkiyəyə gəldikdə isə, bu dövlət gücünə, ordusuna görə NATO-nun əsas lokomotivlərindən sayılır. Fikrimcə, bu ideya Türkiyəyə hansısa təsir göstərə bilməz”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxSiyasət
02 Oktyabr 11:22
Siyasət
02 Oktyabr 11:22
Siyasət
02 Oktyabr 11:21
Siyasət
02 Oktyabr 11:20
Sosial
02 Oktyabr 11:16
İqtisadiyyat
02 Oktyabr 10:58
Dünya
02 Oktyabr 10:55
İqtisadiyyat
02 Oktyabr 10:44
Daxili siyasət
02 Oktyabr 10:42
İqtisadiyyat
02 Oktyabr 10:26
Analitik
02 Oktyabr 10:17
Gündəm
02 Oktyabr 10:14
Analitik
02 Oktyabr 09:45
Sosial
02 Oktyabr 09:34
YAP xəbərləri
02 Oktyabr 09:32
Analitik
02 Oktyabr 09:20
Sosial
02 Oktyabr 08:50
MEDİA
02 Oktyabr 08:37
Gündəm
02 Oktyabr 08:10
Dünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15

