Bakı Dövlət Universiteti Elmi Şurasının iclası olub
10.07.2010 [08:09]
İclasda Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, Ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin Fəxri doktoru olduğunu xatırladan rektor dövlətimizin başçısının təhsil sahəsinin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu bildirən akademik A.Məhərrəmov BDU-da bu prosesin tələblərinə uyğun olaraq həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb, təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdırıb.
Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, professor Vüsət Əfəndiyev 2009/2010-cu tədris ilinin yay imtahan sessiyasının, buraxılış dövlət imtahanlarının nəticələri, aparılan istehsalat, tədris təcrübələri barədə ətraflı məlumat verib. Bildirilib ki, yay imtahan sessiyası, buraxılış dövlət imtahanları uğurlu olub, tələbələr ürəkaçan nəticələr göstəriblər. Mənimsəmə faizi yüksək olub.
BDU-nun elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev və digər çıxış edənlər də Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Sonra tədris ilinin yekunları üzrə “İlin müəllimi”, “İlin kafedra müdiri”, “İlin dekanı” müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub, elm və təhsildə fərqlənən alim və müəllimlər elmi adlara layiq görülüblər.
Elmi Şuranın iclasında Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, BDU-nun kafedra müdiri Əli Əhmədov professor elmi adına layiq görülüb.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59

