Brüsseldən öncə Soçi görüşü?
24.11.2021 [10:49]
Üçtərəfli görüşdə əsas nəticələr Rusiya ərazisində olacaq...
Noyabrın 26-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin Soçidə görüşü baş tutacaq. Bu informasiyanı Rusiyanın rəsmi agentlikləri və Ermənistanın “Teleqram” kanalları yayıb. Məlumatda qeyd olunur: “Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putin Soçidə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək”.
Xatırladaq ki, noyabrın birinci ongünlüyündə Moskvada planlaşdırılan üçtərəfli görüş baş tutmadı. Lakin sonra bəlli oldu ki, Azərbaycan və Ermənistan liderləri Brüsseldə ikitərəfli görüşə razılıq veriblər. Avropa Şurasının rəsmi saytında verilən məlumata görə, dekabrın 15-də İlham Əliyev və Nikol Paşinyan Şərq Tərəfdaşlığı proqramının sammitində bir araya gələcəklər. Avropa Şurasının məlumatında deyilir: “İki lider regional vəziyyəti, habelə çiçəklənən və stabil Cənubi Qafqaz naminə fikir ayrılıqlarının aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşməyə razılıq verib”.
44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş 3 görüşün hər biri Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutub. Amma bu yaxınlarda - müharibənin ildönümü ərəfəsində Nikol Paşinyan Moskvaya getməkdən və orada sərhədlərin dəqiqləşdirilməsi və kommunikasiyaların açılması ilə bağlı razılaşmaya imza atmaqdan imtina edib. Laçın dəhlizində, daha sonra Qaragöldə və Laçın-Kəlbəcər istiqamətindəki dövlət sərhədində itkilərlə müşayiət olunan hərbi toqquşmalar baş verib. Ağır silahların da işə düşdüyü atışmalar Rusiyanın müdaxiləsindən sonra dayandırılıb. İki gün sonra - noyabrın 18-də Ermənistan hakimiyyəti bəyan edib ki, Rusiya Ermənistana Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası prosesinə sıfırdan başlamağı təklif edib. Baş nazir Paşinyan bu təşəbbüsə razılıq verib, amma təklifin detallarını açıqlamayıb.
Gözlənilən Soçi görüşü barədə “Yeni Azərbaycan”a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Paşinyanın yeni planlar qurduğunu düşünür.
“Dekabrın 15-də Brüsseldə üçtərəfli görüş baş tutmalıdır. Rusiyanın Avropa İttifaqı (Aİ) ilə vasitəçilik təşəbbüsünü bölüşmək istəməməsi mümkündür. Ehtimal var ki, Brüsseldəki görüşdən sonra Moskvada da görüş baş tutsun. Lakin Moskva görüşü dekabrın 15-dən əvvələ də çəkə bilər. Çünki Şimal qonşumuz Paşinyanın mövqeyindən narahatdır. Rusiyada düşünürlər ki, əslində görüş noyabrın əvvəllərində Moskvada baş tutmalı idi, amma Paşinyan imtina etdi. Lakin Brüssel görüşünə razılıq verdi. Ona görə də, Rusiya prezidenti qısa müddət ərzində iki dəfə Paşinyanla telefonla danışdı ki, onun fikrinin nə olduğunu anlasın.
Paşinyan bilir ki, Rusiya da sərhədlərin müəyyənləşməsini istəyir və masada xəritələr var, həmin xəritələr də Azərbaycanın xeyrinədir, müəyyən torpaqlar var ki, onlar Azərbaycana qaytarılmalıdır. Bu səbəbdən də Paşinyan Rusiyada baş tutacaq görüşlərdən çəkinir. Ancaq bu ay olmasa da, dekabrın 15-dən sonra Rusiya ərazisində üçtərəfli görüş baş tutacaq. Brüssel görüşündə isə hansısa nəticələr əldə edilməyəcək, sadəcə fikir mübadiləsi aparılacaq”.
Politoloqun qənaətincə, üçtərəfli görüşlər zamanı nəticə çıxa biləcək əsas məkan məhz Soçi və yaxud Moskvadır:
“Rusiya ərazisində baş tutacaq üçtərəfli görüşdə iki əsas mövzu müzakirə olunacaq: Zəngəzur dəhlizi və sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqların başlanılması. Bu iki məsələdə Rusiyanın Azərbaycanla mövqeləri üst-üstə düşür. Rusiya və Azərbaycan istəyir ki, dəhliz məsələsi həll olunsun, kommunikasiya xətləri açılsın və sərhədlər müəyyənləşsin. Bütün bunlara nail olunmasını istəməyən Ermənistandır. Paşinyan qorxur ki, bu istiqamətdə addım atsa, onu hakimiyyətdən devirə bilərlər. Amma nə olursa olsun, istəsə də, istəməsə də bu barədə danışıqlara başlamalıdır!”.
E.Şahinoğlunun sözlərinə görə, Rusiyanın Aİ-ni üçtərəfli görüşün keçirilməsi ilə bağlı qabaqlamasına ehtiyac yoxdur. Çünki onsuz da Brüssel görüşündən nəticə çıxmayacaq:
“Brüsseldən sonra Rusiya ərazisində görüş baş tutacaq. Rusiya imkan verməz ki, Brüssel ciddi vasitəçiyə çevrilsin. Əslində, bu, mümkün də deyil. Bizim də Brüsselin əsas vasitəçilərdən biri olmasında marağımız yoxdur. Çünki Aİ-də ermənipərəst mərkəzlər çoxdur. Rusiya isə bölgədə əsas oyunçulardan biridir. Kremlin müsbət tərəfi odur ki, qardaş Türkiyənin də vasitəçiliyini qəbul edib. Ona görə də, Brüsseldəki fikir mübadiləsi bizim üçün faydalı olsa da, əsas nəticələr Rusiya ərazisində olacaq”.
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

