7 yol xəritəsini reallaşdırırıq
27.11.2021 [09:55]
Rusiya-Azərbaycan münasibətləri yeni mərhələdə
Noyabrın 26-da keçirilən Soçi görüşü bir sıra istiqamətlərdə yaddaqalan oldu. Görüşün ən aktual mövzusu Ermənistan - Azərbaycan münasibətlərinin tənzimlənməsi olsa da, bəzi mühüm nüansları da gözdən qaçırmaq olmaz. Belə ki, üçtərəfli görüşdən öncə keçirilən Rusiya və Azərbaycan Prezidentləri arasındakı görüş iki dövlətin əlaqələrinin inkişafında yeni mərhələnin başlanmasını özündə əks etdirmiş oldu. Diplomatik əlaqələrinin qurulmasının 30 illiyini yaşayan Azərbaycan ilə Rusiya arasında daim yüksək əməkdaşlıq münasibətləri mövcud olub. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində inkişaf edən ikitərəfli əlaqələr bu gün də çoxşaxəli formada, uğurla davam etdirilir. Məhz bu amil yeni dövrdə Rusiya ilə Azərbaycan arasında dostluğa və qarşılıqlı hörmətə söykənən münasibətlərin yeni əsasda tərəqqisinə zəmin yaradıb. Dövlətlər arasında məzmunlu siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında təmaslar genişlənib. Moskva ilə Bakı regional və qlobal gündəliyin həllində səylərini əlaqələndirir, müxtəlif beynəlxalq strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir.
Fəal iqtisadi tərəfdaşlıq
Bu fakt Soçi görüşü çərçivəsində hər iki Prezident tərəfindən bir daha səsləndirildi. İki ölkə arasındakı iqtisadi münasibətlər bu gün ən yaxın qonşuluğu özündə əks etdirməkdədir. Hətta dünyada yaşanan qlobal pandemiya ilə bağlı problemlərə və iqtisadi sahədə məhdudiyyətlərə baxmayaraq, bu ilin 9 ayı ərzində iki dövlət arasındakı əmtəə dövriyyəsinin həcmi 11 faiz artıb. Digər tərəfdən, Rusiyanın 900 müəssisəsi Azərbaycanda işləyir. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard dollar birbaşa investisiya qoyulub. Prezident Putinin də ifadə etdiyi kimi bu faktlar Rusiyanın Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biri olduğunu deməyə əsas verir.
Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında iqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı marağın çox güclü olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, münasibətlərimizin çoxlu sahələri ehtiva etməsi bizi çox sevindirir. Hazırda iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsi reallaşdırılır.
Tarixi əlaqələrə malik iki dövlət arasındakı əməkdaşlıq 44 günlük Vətən müharibəsindən sonra yeni məzmun qazanıb. Müharibənin bitməsi ilə regionda yaranan münbit əməkdaşlıq zəmini digər ölkələrlə yanaşı, Rusiyanın da diqqətindədir. Ən əsası, rəsmi Moskva yaranacaq çoxtərəfli əməkdaşlıq platformalarında təmsil olunma arzusunu dəfələrlə dilə gətirib. Rusiya rəsmiləri, o cümlədən Prezident Putin regionda yaranan sabitliyin, təhlükəsizliyin ikitərəli əlaqələrin inkişafına müsbət təsirini də vurğulayıb.
Humanitar əlaqələr dövlətlər arasında körpüdür
İki dövlət arasındakı münasibətlər yalnız siyasi-iqtisadi müstəvidə məhdudlaşmır. Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələr də daim yüksək olub. Ölkəmizdə rus dilinə olan qayğı, Bakıda Slavyan Universitetinin fəaliyyəti, o cümlədən ölkəmizdəki rus icmasına göstərilən diqqət hər zaman Rusiya dövlətinin rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib. Bununla yanaşı, qarşılıqlı şəkildə iki ölkənin gənclərinin Rusiyada və Azərbaycanda təhsil almaları üçün yaradılan şərait dövlətlərarası münasibətlərdə ən mühüm prioritetlərdən sayılıb. Bunun nəticəsidir ki, 15 mindən çox azərbaycanlı (Azərbaycan vətəndaşı) Rusiyanın ali məktəblərində təhsil alır.
Soçidə keçirilən ikitərəfli görüşdə ölkələr arasındakı humanitar-mədəni əlaqələrin inkişafı da mühüm müzakirə predmeti olub. Vladimir Putin rus dilinin inkişafına, dəstəklənməsinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edib. Rusiyanın dövlət başçısı ölkəmizdə 340 məktəbdə rus dilinin tədris edilməsini yüksək dəyərləndirib. Qeyd olunub ki, Azərbaycan məktəblilərinin 34 faizi bu və ya digər şəkildə rus dilində oxuyur və bu dili öyrənirlər. Bu, Azərbaycan rəhbərliyinin, Azərbaycan xalqının Rusiya ilə yaxın və çoxtərəfli əlaqələr saxlamaq cəhdinə dəlalət edir.
Öz növbəsində, Prezident İlham Əliyev də bu işlərin qiymətləndirilməsinə və Rusiyada azərbaycanlı tələbələrin təhsil almaları üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. Ölkə başçısı qeyd edib ki, bu, həm də ölkələr arasında körpüdür.
Əməkdaşlığın genişləndirilməsi əsas hədəfdir
Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələr üzrə uğurla inkişaf edir. Hər iki ölkə rəhbərinin səsləndirdiyi fikirlər isə, qarşıdakı perspektivdə də əməkdaşlığın genişləndirilməsinə, əlaqələrin inkişafına, ikitərəfli layihələrin icrasına münbit bir zəmin olduğunu açıq şəkildə büruzə verir. Bu mənada, Azərbaycan və Rusiya müxtəlif sahələrdə imkanlarından və potensialından istifadə etməklə yeni mərhələyə qədəm qoymuş əməkdaşlığını bundan sonra da fəal inkişaf etdirəcək.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

