Eynulla Fətullayevin Azərbaycan xalqı qarşısında günahları çoxdur
18.08.2010 [09:33]
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hesab edir ki, Eynulla Fətullayev xalqımıza və dövlətimizə xəyanət edib. Onun fikrincə, bu gün Azərbaycan ictimaiyyəti yekdilliklə Eynulla kimilərin hərəkətlərini lənətləyir: “Eynullanın antimilli fəaliyyəti Azərbaycan üçün “qara ləkə”dir. O, bir vaxtlar verdiyi müsahibələrdə xocalılıların şərəf və ləyaqətini alçaldıb və bununla da, Azərbaycanın düşmənlərinin, necə deyərlər, dəyirmanına su töküb. O, Ermənistanda və Dağlıq Qarabağda Azərbaycan xalqının qanını tökmüş, torpaqlarımızı talan etmiş erməni separatçıları ilə şəkillər çəkdirməklə millətimizin heysiyyatına toxunan mövqe sərgiləyib. Bütün bunlar Eynullanın Azərbaycana xəyanət etdiyini göstərir”.
Baş redaktor onu da bildirib ki, Eynulla birmənalı şəkildə ermənilərin əlində alət olub. Ermənilərin onu cidd-cəhdlə müdafiə etməsi də buna sübutdur. V.Rəhimzadənin sözlərinə görə, bu gün mətbuatın özündə də bu məsələdə birlik mövcuddur. Eynullanı dəstəkləyənlər isə, sadəcə, xaricdən maliyyələşən bir-iki mətbu orqandır. Bütövlükdə isə Azərbaycan xalqı Eynullanın hərəkətlərini pisləyir. V.Rəhimzadəyə görə, bu gün Eynullanın xəyanətkar əməllərini müdafiə edənlərin özləri də eyni əməllərin sahibləridir. Yəni onların özləri də Azərbaycana qarşı xəyanətkar davranış nümayiş etdirirlər. Baş redaktorun fikrincə, vətənə xəyanət yolu tutan Eynulla ilə canını xalqına, torpağına qurban vermiş Mübariz İbrahimovu müqayisə edənləri Azərbaycan vətəndaşı saymaq olmaz. çünki Azərbaycan xalqı Mübariz İbrahimov kimi oğulları ilə fəxr edir, Eynulla isə öz xəyanətləri ilə bu xalqa utanc gətirir.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, Eynulla Fətullayevin Azərbaycan xalqı qarşısında günahları çoxdur. “Bir vaxtlar yazdığı məqaləsinə görə bütün xocalılılar, ümumiyyətlə, qarabağlılar ayağa qalxdı, ona etiraz olaraq aksiyalar keçirməyə başladılar” deyən B.Quliyev qeyd edib ki, Eynulla hər zaman antiazərbaycan hərəkətləri ilə fəxr edib. Baş redaktor onun azərbaycanlıların qanını axıdarkən öldürülmüş erməni əsgərlərinin xatirəsinə kilsədə şam yandırmasını, Xocalını işğal etmiş tankın qarşısında gülərüz şəkil çəkdirməsini dövlətimizə və millətimizə təhqir adlandırıb. B.Quliyevin sözlərinə görə, hətta bu azmış kimi, Azərbaycan ordusunun vurulmuş tankının qalıqları qarşısında şəkil çəkdirən Eynulla həmvətənlərimizin heysiyyatına toxunub, göz dağı verib. Bu səbəbdən də, heç bir halda onun hərəkətlərinə haqq qazandırmaq mümkün deyil. “Şəxsən mən Eynullanı Azərbaycanın jurnalisti kimi qəbul etmirəm. Kim ona nə demək istəsə, haqqı çatır. Bu şəxsin əməlləri tam çılpaqlığı ilə açıqlanaraq xalqa göstərilməlidir. Bir baş redaktor kimi mən də bacardığım qədər Eynullanın xalqımızın ünvanına vurmaq istədiyi ləkələri ifşa etməyə çalışacağam” - deyə, B.Quliyev vurğulayıb.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə hələ bir ay öncə erməni saytlarından E.Fətullayevin fəaliyyəti ilə bağlı götürülmüş məlumatları rəhbərlik etdiyi mətbu orqanda çap etdiyini deyib: “O yazıları Eynullanın müdafiəçilərinə göndərdim ki, bu məlumatlardan xəbəriniz varmı? Onların münasibət bildirməsini istəyirdim. Təəssüf ki, həmin müdafiəçilərdən reaksiya gəlmədi. Yenə də mən onlara müraciət edərək münasibət bildirmələrini gözləyirəm. Erməni saytlarındakı məlumatlara gəlincə, əlbəttə ki, bunlar yaxşı faktlar deyil”.
A.Quliyev bu məsələnin böyük hay-küylü siyasi kampaniya ilə həll olunmasının tərəfdarı olmadığını deyib. “Siyasi partiyalar bu məsələyə qoşulmamalıdır. Bəziləri bu yolla siyasi dividend qazanmaq istəyir” - deyə, baş redaktor qeyd edib.
“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz isə bildirib ki, bəzi mətbu orqanlarda E.Fətullayevin məqsədli şəkildə müdafiə edilməsi düzgün hal deyil. “Təəssüf edirəm ki, fəaliyyətini milli yöndən başlayan qəzetlər sonradan bir adamın əsirinə çevriliblər. E.Fətullayevin özünün fəaliyyətinin nəticəsidir ki, bu gün həbsxanada oturub. O, kifayət qədər səhv addımlar atıb. Guya xocalıları ermənilər deyil, özümüzünkülər öldürüb. Bu faktlar göstərir ki, E.Fətullayev dövlətimizə, millətimizə deyil, beynəlxalq konsorsiumlara, mafiyaya, Azərbaycanı sevməyən qüvvələrə xidmət göstərib. Həmin qüvvələr Azərbaycanda öz maraqlarını təmin edə bilməyəndə belələrini pulla ələ alıb istifadə edirlər. Sonra da beynəlxalq aləmdə guya Azərbaycanda insan hüquqlarının pozulduğu iddia olunur. Bunları neçə illərdir ki, görə-görə gəlirik. Xarici qüvvələr Eynullanın qara qaşına-gözünə vurulmayıblar. Onlar ölkəmizdə müəyyən maraqları olanlardır, ermənilərin yanında bizi aşağılamaq istəyənlərdir. Ona görə də, belə adamlardan istifadə edirlər” - deyə, Y.Oğuz vurğulayıb.
“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova da Eynullanın Ermənistana səfəri və orada əli azərbaycanlıların qanına batmış insanlarla isti münasibəti barədə məlumatlı olduğunu bildirib. “Ona görə də, deyə bilərəm ki, Eynulla Azərbaycanın dəyərlərini qorumayıb və bəlkə də, ermənilərə satıb. Necə ola bilər ki, özünə azərbaycanlı deyən bu şəxs öz soydaşlarını qətlə yetirmiş və əlbəttə, döyüşlərdə özləri də həlak olmuş ermənilərin xatirəsinə kilsədə şam yandırsın, onların ruhuna dua etsin? Bunları düşünəndə insanda istər-istəməz ona qarşı münasibət dəyişir. Bu mənada belə hesab edirəm ki, Mirşahinin çəkdiyi “Bədbəxt adam” filmi yetərincə obyektivdir və alqışlanmalıdır. Hətta düşünürəm ki, bu cür filmlərin sayını artırmaqla Eynulla və onun kimilərin əməllərini ifşa etmək lazımdır” - deyə, S.Seyidova vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

