Bakı-Moskva xəttində münasibətlər...
27.01.2022 [09:58]
Azərbaycan dövləti İlham Əliyevin strateji diplomatiya siyasəti nəticəsində...
Nurlan
Dünən Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov mətbuat konfransı keçirib. Rusiya-Azərbaycan münasibətlərinin inkişaf dinamikasından və perspektivlərdən, regionda yeni əməkdaşlıq platformasının yaradılmasından, ölkəsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində iştirakından və digər bir sıra məsələlərdən bəhs edən səfir olduqca mühüm məqamlara toxunub.
İki ölkə lideri münasibətlərin dinamikasını müəyyən edib
Mixail Boçarnikov qeyd edib ki, Azərbaycan və Rusiyanın ikitərəfli münasibətləri baxımından 2021-ci il əhəmiyyətli oldu. Onun sözlərinə görə, ötən il 4 dəfə görüşmüş iki ölkə lideri münasibətlərin dinamikasını müəyyən ediblər. “Bundan başqa, digər səviyyələrdə də görüşlər keçirilib. Buraya parlament, Baş nazirlərin müavinləri, xarici işlər nazirləri və digər səviyyələr üzrə görüşlər daxildir. Ötən ilin ticari-iqtisadi yekunlarına gəlincə, Rusiya tərəfinin statistikasına görə, ilk 11 ay ərzində ölkələr arasında mal dövriyyəsi 2,9 milyard ABŞ dolları təşkil edib”,-deyən səfirin sözlərinə görə, dekabr ayını da nəzərə alsaq, bu göstəricinin 3 milyard ABŞ dolları təşkil edəcəyini gözləmək olar: “Rusiyanın Azərbaycandakı ümumi investisiya həcmi 4,2 milyard təşkil edir”.
Göründüyü kimi, ötən il ərzində də Rusiya ilə Azərbaycan arasında fəal siyasi dialoq, qarşılıqlı-faydalı əməkdaşlıq uğurla davam etdirilib. Əlbəttə, Azərbaycan-Rusiya münasibətlərində müsbət dinamikanın qeydə alınması təsadüfi deyil və tərəflərin geosiyasi iradəsinin ifadəsi, yaxud nəticəsidir. Ümumiyyətlə, iki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Münasibətlər qarşılıqlı-faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri çoxşaxəlidir, hər iki ölkənin milli mənafeyinə, strateji maraqlarına cavab verir.
O da qeyd edilməlidir ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qarşılıqlı investisiya qoyuluşu iqtisadi əlaqələrin inkişafına əlavə təkan verir.
Diplomatik münasibətlərin 30 illiyi qeyd olunacaq
Rusiyalı səfir münasibətlərin inkişaf dinamikasından və perspektivlərdən bəhs edərək “Rusiya bu il Azərbaycan ilə əməkdaşlığı daha da inkişaf etdirməyi planlaşdırır. Rusiya siyasi əlaqələri inkişaf etdirməyi, hökumətlərarası komissiyalar çərçivəsində fəaliyyəti aktivləşdirməyi planlaşdırır”,-deyə bildirib. O xatırladıb ki, bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq: “Bu il, həmçinin Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 20-ci yubiley iclası keçiriləcək. Bu iclas zamanı əməkdaşlığın inkişafı ilə bağlı müxtəlif aktual məsələlərin müzakirə olunacağı gözlənilir. Əminəm ki, yüksək səviyyədə görüşlər də keçiriləcək”. Səfirin sözlərinə görə, regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi də planlaşdırılıb: “Prinsipcə, 2022-ci il üçün planlar çox genişdir”.
“3+3” formatı - yeni regional əməkdaşlıq platforması
Səfir bəhs olunan mətbuat konfransı zamanı yeni regional əməkdaşlıq platformasının yaradılmasının əhəmiyyətindən də söz açıb. Onun sözlərinə görə, Rusiya hesab edir ki, “3+3” formatı regionda iqtisadi əlaqələrin və etimadın inkişaf etdirilməsinə töhfə verəcək: “Burada əsas maraq regionda vəziyyəti sabitləşdirmək və kommunikasiyanı bərpa etməkdir”.
Şübhəsiz ki, Azərbaycan və Türkiyənin birgə - ortaq təşəbbüsü olan bu yeni əməkdaşlıq platforması regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına xidmət göstərir. Ümumiyyətlə, Azərbaycan regional miqyaslı, qlobal xarakterli proseslərdə fəal rol oynayır, geostrateji gündəmi təyin edir. Tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti İlham Əliyevin dərin strateji diplomatiya siyasəti nəticəsində nəinki Cənubi Qafqazda, hətta daha geniş coğrafiyada geostrateji nizamın yaradılmasında - regional dizayn prosesində fəal iştirak edir.
Rusiyanın 14 şirkəti müraciət edib
Mixail Boçarnikovun mətbuat konfransı zamanı toxunduğu məsələlərdən biri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq işlərində Rusiya şirkətlərinin iştirakıdır. Səfir vurğulayıb ki, indiyədək Rusiyanın 14 şirkəti Azərbaycanın azad olunmuş ərazilərində bərpa layihələrində iştirak etmək üçün müraciət edib: “Ötən il Rusiyanın Azərbaycana 50-dək şirkətin iştirak etdiyi iki işgüzar missiyası həyata keçirilib. Həmin missiyaların gündəliyində Rusiya şirkətlərinin Qarabağdakı layihələrdə iştirak etməsi mühüm yer tutub”.
Ümumiyyətlə, işğaldan azad edilmiş torpaqlarımızda bərpa prosesinin aparılması, layihələrin reallaşdırılması strateji əhəmiyyət daşıyır. Çünki bu, həm yeni infrastrukturun yaradılması, ölkə iqtisadiyyatının inkişafına əlavə təkan verilməsi, investisiya axınının təmin olunması baxımından əhəmiyyətli olmaqla yanaşı, həm də mühüm mənəvi-tarixi və siyasi önəm kəsb edir. Dost və tərəfdaş ölkələrin şirkətlərinin bu prosesdə iştirakı isə ikitərəfli münasibətlərin inkişafına təkan verən əhəmiyyətli amildir.
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

