Bu gün aşağı seçki komissiyaları üçün növbəti kurslar başlayır
01.09.2010 [09:57]
Məlum olduğu kimi, Azərbaycanda qarşıdan gələn parlament seçkilərinin azad və şəffaf keçirilməsi istiqamətində dövlət tərəfindən lazımi addımlar atılmaqdadır. Bu baxımdan Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq müvafiq seçki sənədlərinin qəbul edilməsi, seçki komissiyalarının peşəkarlığının artırılması da vacib məsələlərdəndir. Ona görə də, Mərkəzi Seçki Komissiyası (MSK) bu məsələyə önəm verərək bir sıra vacib sənədlər qəbul edib. Eləcə də, qurum tərəfindən mütəmadi olaraq aşağı seçki komissiyalarının üzvləri üçün kurslar təşkil edilir.
Qeyd edək ki, MSK dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirəcək. Tədbir Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar həyata keçirilir. Sentyabrın 1-də başlayacaq kurslar üç gün davam edəcək. Kurslar bütün seçki dairələrində olacaq. Kursların keçirilməsində məqsəd Mərkəzi Seçki Komissiyasının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işini gücləndirmək, aşağı seçki komissiyalarının üzvlərinin peşəkar hazırlığını artırmaqdır. Xatırladaq ki, MSK bir neçə gün öncə belə bir kursları DSK sədrləri üçün təşkil edib. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim olunub. Sirr deyil ki, seçkilər hər bir ölkədə demokratiyanın əsas göstəricilərindən biridir. Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ənənəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ulu öndərimizin yürütdüyü uğurlu siyasət nəticəsində demokratik seçkilərin keçirilməsi üçün zəruri ictimai-siyasi sabitlik bərqərar olub, beynəlxalq təcrübəyə əsaslanan mütərəqqi hüquqi baza yaradılıb. ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti illərində ictimai-siyasi sabitlik daha da möhkəmləndirilib, qanunverici baza təkmilləşdirilib. Məhz dövlət başçısının tapşırığı əsasında dairə seçki komissiyalarının əksəriyyəti üçün yeni binalar inşa edilib, qalan DSK-ların binaları isə əsaslı təmir olunub. Onların hərtərəfli fəaliyyət göstərmələri üçün bütün lazımi şərait yaradılıb, DSK-lar texniki və digər zəruri avadanlıqla təchiz ediliblər. ölkə rəhbərinin siyasi iradəsi, diqqəti və qayğısı nəticəsində respublikamızda demokratik seçki praktikası ildən-ilə təkmilləşir və bu sahədə böyük nailiyyətlər əldə olunub. Seçkilərin hazırlanıb keçirilməsinə məsul orqan kimi MSK aşağı seçki komissiyalarının maarifləndirilməsi və peşə hazırlığının gücləndirilməsi işini daim diqqətdə saxlayır. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı bu baxımdan müstəsna əhəmiyyətə malik sənəddir. Sərəncama uyğun olaraq Mərkəzi Seçki Komissiyası 2007 və 2009-cu illərdə də aşağı seçki komissiyaları üçün seçki hüququ üzrə ixtisasartırma kursları keçirib və həmin tədbirlərdə aşağı seçki komissiyalarının üzvləri iştirak etmişdi. MSK, həmçinin, Milli Məclisə seçkilərlə bağlı namizədliyin irəli sürülməsi, seçki bloklarının yaradılması, təşviqat prosesi, seçki fondları haqqında və digər məsələlərlə bağlı sənədlər qəbul edib. Seçkilərin demokratik keçirilməsi üçün görülən bu işlər beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Məsələn, ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel bildirib ki, Azərbaycan dövləti ölkədə seçki sisteminin təkmilləşməsi, azad, demokratik və şəffaf seçki keçirilməsi üçün çox mühüm işlər görüb. Azərbaycanda növbəti parlament seçkilərinə hazırlığın səviyyəsini də çox yüksək qiymətləndirən səfir deyib ki, bu seçkiləri izləmək üçün ATƏT-dən 450 müşahidəçinin gələcəyi gözlənilir. Bunlardan 45 nəfəri uzunmüddətli müşahidəçi olacaqlar. Onun sözlərinə görə, ekspert və müşahidəçilərin sayının çoxluğu Azərbaycanda seçkilərin qanunun tələblərinə uyğun keçirilməsinin bariz nümunəsidir.
Göründüyü kimi, beynəlxalq müstəvidə də Azərbaycanın seçki praktikası yüksək qiymətləndirilir. Şübhəsiz ki, bu uğurun qazanılmasında yuxarıda sadalanan tədbirlərin də rolu mühüm əhəmiyyətə malikdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14

