“II Minsk qrupu”da iflasa uğradı?
04.02.2022 [10:17]
Yaxud “Normand dördlüyü” özünü doğrulda bilmədi
Pərviz SADAYOĞLU
Hələ də açılmayan Ukrayna düyünü ətrafında gedən müzakirələr yeni məcraya qədəm qoyur. Maraqlıdır ki, bir neçə il öncə bu problem fərqli mahiyyətə malik idi. Başqa sözlə, Ukrayna problemi dedikdə Rusiya ilə Kiyev arasındakı ərazi mübahisəsi yada düşürdü. Amma cəmi bir neçə il keçməsinə baxmayaraq, problem yeni istiqamət, yeni xarakter alıb. Artıq münaqişə tərəfləri kimi Ukrayna-Rusiya deyil, ABŞ və ya NATO ilə Rusiya tanınır. Məsələni özünün geosiyasi inhisarına alan ABŞ bununla da Ukrayna ilə bağlı prosesə yeni yön vermiş oldu. ABŞ Ukrayna məsələsinin bütün iplərini ələ keçirməklə diplomatik müstəvidə də yeni situasiya yaratdı: torpaq savaşı ilə bağlı yaradılmış sülhyaratma missiyaları da sıradan çıxmış oldu. Məsələn, 2014-cü ildə Ukrayna-Rusiya probleminin həlli istiqamətində danışıqlar formatı kimi meydana çıxan “Normand dördlüyü” öz aktuallığını itirib. Halbuki 2014-2017-ci illərdə aktiv şəkildə bu problemin həllində iştirak edən dördlük müəyyən razılaşmalar da əldə etmişdi. 2015-ci ildə 17 saat davam edən Minsk danışıqları isə eyniadlı sazişin imzalanması ilə nəticələnmişdi. Sonradan prosesə ABŞ-ın müdaxiləsi “Normand dördlüyü”nü unutdurdu. Almaniya kansleri Angela Merkelin siyasi səhnədən getməsi ilə sülhyaratma missiyası tam olaraq “dəfn edildi”. Düzdür, “Normand dördlüyü”nün digər nəhəngi Fransa ötən dövr ərzində epizodik də olsa, özünü xatırlatmağa çalışır, amma nəticə əldə olunmur. Rəsmi Parisin münaqişə tərəflərini nəinki bir masa arxasında oturtmağa, hətta ən primitiv detalların müzakirəsini belə təşkil etməyə gücü çatmır.
Ekspertlərin “II Minsk qrupu” adlandırdıqları “Normand dördlüyü” artıq tam olaraq siyasi mahiyyətini itirməkdədir. Hətta rəsmi Kiyev bu formatın nail olduğu ən böyük “uğur”u – Minsk razılaşmasını da gözardı etməyə başlayıb. Prezident Zelenski bir neçə gün öncə Böyük Britaniyanın Baş naziri Boris Consonla keçirdiyi brifinqdə Minsk razılaşmalarını kimin imzaladığını xatırlamadığını, lakin onların icrasına görə məsuliyyət daşıdığını deyib: “Minsk sazişlərini kimin imzaladığını artıq xatırlamıram, amma onları kimin yerinə yetirməli olduğunu dəqiq bilirəm. Biz müəyyən sazişlərə məsuliyyətlə yanaşırıq, mən Minsk razılaşmalarının nə olduğunu başa düşürəm və bilirəm ki, onlar Normandiya formatından doğulub, təəssüflənsək də, təəssüflənməsək də, qüvvədədir”.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə xarici media üçün keçirdiyi onlayn mətbuat konfransında bildirib ki, ölkəsi Rusiyanın həyata keçirəcəyi Minsk razılaşmasını qəbul etmir və etməyəcək. O bildirib ki, Rusiya bu ərazilərə xüsusi statusun verilməsini istəyir ki, bu da həmin regiona Ukraynanın strateji qərarlarına veto qoymaq hüququ verəcək.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Ukrayna probleminin həlli ilə bağlı yaradılmış “Normand dördlüyü” formatının fəaliyyətsiz olduğunu deyib. Millət vəkilinin fikrincə, Ukrayna ilə bağlı imzalanan Minsk razılaşması, yaradılan qrup vaxtilə ATƏT tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar formalaşdırılan Minsk qrupunu xatırladır: “Nə sirrdirsə, Minsk qrupları münaqişənin həlli ilə deyil, dondurulması ilə məşğuldurlar. İllərlə davam edən prosesin ortaya çıxardığı nəticə isə eynidir: boş danışıqlar, beynəlxalq hüquq normalarına fərqli baxışlar, uzunmüddətli “diplomatik turizm”ə çevrilən səfərlər”.
“Normand dördlüyü”nün yenidən prosesə qoşulma perspektivinə inanmayan A.Mollazadənin fikrincə, münaqişənin həlli məsələsində əsas məqamlar fərqlidir. “Söhbət tərəflərin və ya danışıq aparan dövlətlərin kimliyindən getmir. Ortada fərqli oyunlar mövcuddur. Əslində, bu cür münaqişələrin həlli dövlətlərin özlərindən asılıdır. O mənada ki, dövlət güclü olmalıdır. Ukrayna kifayət qədər güclənib daha qüdrətli dövlətə çevrilərsə, münaqişənin həllinə nail ola bilər. Əks halda, bu proses uzun müddət davam edəcək. Ukrayna böyük potensiala malikdir, amma dövlət quruculuğu məsələsində böyük boşluqlar var. Ukrayna inqilabdan inqilaba gedən və bu yolda da nələrisə itirən ölkəyə çevrilib. Xalq vahid yumruğa çevrilməli, öz dövlətinin arxasında olmalıdır. Əks halda, Normad dördlükləri, Minsk qrupları heç bir işə yaramayacaq. Bu kimi qruplar beynəlxalq hüquq normalarına hörmətlə yanaşmırlar. Təəssüf ki, artıq dünyada ancaq gücə hörmət edilir”, - deyə A.Mollazadə əlavə edib.
Xəbər lenti
Hamısına baxGündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08

