Azərbaycan tikinti-quraşdırma işlərinin miqyasına görə, bölgədə birinci yer tutur
04.09.2010 [09:45]
Keçid iqtisadiyyatını başa vuraraq XXI əsrin ikinci onilliyinə yeni inkişaf ssenariləri ilə daxil olan Azərbaycanda infrastrukturun yenidən qurulması və nəhəng obyektlərin tikintisi ilə bağlı layihələrin həyata keçirilməsi geniş vüsət alıb. Paytaxt Bakı şəhərində və ölkənin bütün regionlarında sosial infrastruktur obyektlərinin, yaşayış və inzibati binaların, istirahət və turizm mərkəzlərinin, istehsal və xidmət müəssisələrinin, körpü-yol-nəqliyyat komplekslərinin inşası sürətlənməkdədir. Davamlı şəkildə həyata keçirilən bu layihələrin icrası nəticəsində ölkəmizdə ən müasir standartlara cavab verən və modern texniki təchizat vasitələri ilə təmin olunan elm, təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri, park və istirahət kompleksləri, xiyabanlar, turizm mərkəzləri tikilərək insanların istifadəsinə verilib.
Bu günlərdə Dövlət Bayraq Meydanının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, respublikamız tikinti-quraşdırma işlərinin miqyasına görə, bölgədə mühüm yer tutur və bu sahədə ən yüksək inkişaf templəri müşahidə olunur: “Bu gün Azərbaycan böyük bir tikinti meydançasıdır. Hər yerdə, hər bölgədə, hər şəhərdə tikinti-quruculuq işləri aparılır, sosial obyektlər, infrastruktur obyektləri tikilir. Yəni Azərbaycanda görülən işlər nəinki ölkəmizin yaxın gələcəyini müəyyən edəcək, bax bu gün yaradılan infrastruktur və həyata keçirdiyimiz layihələr on il, iyirmi il, otuz il bundan sonra özünü göstərəcək və Azərbaycan xalqına xidmət edəcəkdir”.
Onu da qeyd edək ki, 2009-cu ildə dünya maliyyə böhranı ilə bağlı bütün ölkələrdə ən mühüm infrastruktur və investisiya layihələrinin icrası dayandırılsa da, Azərbaycanda belə bir tendensiya müşahidə olunmayıb. Dövlət büdcəsindən əsaslı tikinti xərclərinə, infrastruktur layihələrinə böyük həcmdə maliyyə vəsaiti ayrılıb. Yeri gəlmişkən, Bakı şəhərində və rayonlarda bütün istirahət, mədəniyyət, turizm obyektlərinin, inşaat-tikinti komplekslərinin yaradılması və yenidən qurulmasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev bu istiqamətdə davamlı tədbirlərin görülməsi üçün Prezidentin Ehtiyat Fondundan əlavə maliyyə vəsaitlərinin ayrılmasına da qərar verir ki, bu da hökumətin sözügedən sahəyə diqqət və qayğısının ən yüksək təzahürü kimi səciyyələndirilə bilər. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin tikinti sektoruna, infrastruktur bölmələrinə yatırdığı sərmayələrin həcmi əhəmiyyətli dərəcədə artıb. Bu gün özəl şirkətlər tərəfindən tikinti sektoruna yatırılan investisiyaların həcmi milyard dollarla ölçülür. Məsələn, ötən il ölkəmizə cəlb olunan 9,2 milyard dollar həcmində investisiyanın böyük bir hissəsi məhz əsaslı tikinti işlərinə sərf edilib. 2010-cu ilin birinci yarısında isə bu sahəyə 4 milyard dollardan artıq sərmayə yönəldilib.
Göründüyü kimi, həm dövlət, həm özəl sektorun xətti ilə, eyni zamanda, xarici şirkətlərin iştirakı sayəsində Azərbaycanın infrastruktur bölmələrinə böyük həcmdə investisiya qoyuluşları artmaqda davam edir. Yeri gəlmişkən, hazırda bu sahələrə yönəldilən sərmayələrin böyük bir hissəsi, 70 faizdən çoxu məhz Azərbaycanın daxili resurslarından ibarətdir. Yəni, tikinti və təmir-bərpa işlərinin aparılmasında, bu sahəyə maliyyə resurslarının cəlb edilməsində ölkəmizə məxsus yerli şirkətlər daha aktiv iştirak edir.
Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bütün bölgələrdə mədəni obyektlərin, sosial infrastrukturun yenidən qurulması, abadlıq işlərinin aparılması sürətlə davam etdirilməkdədir. Bütün rayon mərkəzləri tanınmaz dərəcədə gözəlləşib və abadlaşıb. Bakı ilə yanaşı, respublikamızın iri şəhərləri - Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran və digər şəhərlər əsrarəngiz gözəlllikləri ilə diqqəti cəlb edir. Bölgələrdə inşa olunan yeni yaşayış binaları, müasir tələblərə cavab verən tikililər, yolların asfaltlanması, park və xiyabanların təmiri, yeni istirahət guşələrinin salınması, insanların rahatlığı üçün mədəni obyektlərin yaradılması və digər abadlıq işləri rayonların ümumi mənzərəsini tanınmaz dərəcədə dəyişdirib. Milli üslubda və memarlıq ənənələrinə uyğun salınan yeni parklar, xiyabanlar və tikililər göz oxşayır. ümumiyyətlə, mədəniyyət və istirahət komplekslərinin yenidən qurulması, park və xiyabanların təmiri bütün bölgələrin simasının gözəlləşməsinə səbəb olur ki, bu da insanların daha da rahatlığı və istirahəti üçün əlverişli şəraitin təmin olunması deməkdir.
Tikinti-quruculuq, abadlıq işləri regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramlarının da əsas proritetlərindən birini təşkil edir. 2004-2008-ci illərə dair birinci proqramın icrası nəticəsində bölgələrdə geniş miqyaslı tədbirlər davam etdirilib, rayonlarda abadlıq, quruculuq, yenidənqurma işləri sürətləndirilib. İnfrastruktur təminatının yaxşılaşması üçün mühüm addımlar atılıb. Bakı şəhəri və onun qəsəbələrində, rayonlarda, ucqar yaşayış məntəqələrində mədəniyyət və istirahət parklarının, idman-əyləncə komplekslərinin, incəsənət mərkəzlərinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı mühüm tədbirlər görülüb. Eyni zamanda, 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramının icrasından ötən bir il ərzində bu istiqamətdə ən mühüm işlər görülüb. Tikinti-quruculuq işləri qarşıdakı illərdə daha geniş vüsət alaraq respublikamızın simasının əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

