Bir tərəfdən sülh mesajı, digər tərəfdən təxribat...
10.02.2022 [23:14]
Taleh AĞAVERDİYEV
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən İrəvanın Azərbaycanla sülh sazişi imzalamaqda maraqlı və danışıqlara hazır olduğunu bildirdi. O qeyd etdi ki, Ermənistan Azərbaycana və Rusiyaya avtomobil nəqliyyatının bərpası ilə bağlı təklif təqdim edib. Amma elə həmin gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə bir neçə saat ərzində atəşə tutdu.
Bu, ilin əvvəlindən qeydə alınan ilk təxribat deyil. Bir neçə gün əvvəl Azərbaycanın Tərtər rayonu atəşə tutuldu. Yanvarda isə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində bir Azərbaycan hərbçisi şəhid oldu.
Erməni xislətinin ikiüzlülüyü başqa istiqamətlərdə də özünü göstərir. Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin imzalanmasının zəruriliyi ilə razılaşmaqla bərabər, cəmiyyətdə revanşizm çağırışları davam edir və ölkə rəhbərliyi buna mane olmur. Nikol Paşinyan Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq niyyətini vurğulayır. Eyni zamanda, Ermənistanda anti-Türkiyə əhvalı qızışdırılır.
Əslində, yuxarıda qeyd edilən xüsusiyyət erməni siyasətçiləri üçün heç də yeni deyil. Hələ 1920-ci ildə erməni yazıçısı, Ermənistan SSR Elmlər Akademiyasının akademiki Derenik Dəmirçyan yazırdı ki, erməni heç çür ağıllanmır: “Tatar gəlir - rusu gözləyir. Rus gəldi - baxışını avropalıya çevirdi. İngilis gələndə - yenə rusu gözləyir. Rus gəlir - onu qəbul etmir”.
Ekspertlər qeyd edirlər ki, təxribatların aradan qaldırılması üçün Rusiya sülhməramlılarının məsuliyyət zonasında qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi bir nömrəli məsələ olmalıdır. Eyni zamanda, insidentlərin qarşısının alınması üçün Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası vacibdir. Ən əsası, Ermənistan anlamalıdır ki, bu cür təxribatlar öz vəziyyətini ağırlaşdırır, ona görə də ilkin şərt olmadan öhdəliklərini yerinə yetirməlidir.
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Sosial
19 Sentyabr 14:43
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28

