Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edir
17.09.2010 [09:36]
Məlum olduğu kimi, sentyabrın 14-15-də Bakıda MDB ölkələri Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin beynəlxalq təhlükəsizliyə təhdidlərin qarşısının alınması sahəsində xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi perspektivlərinin müzakirəsinə həsr olunmuş XI iclası keçirilib. Bu iclasın Bakıda keçirilməsi haqqında qərar qurumun ötən toplantısında qəbul olunmuşdu.
Toplantıda X iclasdan sonrakı müddətdə görülmüş işlər barədə ətraflı məlumat verilib, beynəlxalq terrorçuluğun, dini və siyasi ekstremizmin, ümumən bu cür hüquqazidd təzahürlərin, Birlik ölkələrinin təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması sahəsində təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin əməkdaşlıq münasibətlərinin mühüm amil olduğu diqqətə çatdırılıb. Növbəti il üçün Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov MDB ölkələri Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin sədri seçilib.
ümumiyyətlə, Azərbaycan beynəlxalq anti-terror koalisiyasının fəal üzvü olaraq bəşəriyyətə, humanizmə təhlükə yaradan fəaliyyətə qarşı daim aktiv mübarizə aparıb. Ermənistan tərəfindən təcvüzə məruz qalan ölkə kimi, Azərbaycan bu kimi halların qarşısının alınmasında öz töhfəsini verməkdədir. Terrorçuluq, eləcə də, onu doğuran təzahürlər, o cümlədən, ekstremist və kriminal strukturlar dövlətlərin sabitliyinə və milli mənafelərinə başlıca təhdidlərdir. Bu baxımdan, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri tərəfindən təhlükə barədə əldə edilmiş qabaqlayıcı məlumatların vaxtında tərəfdaşlara ötürülməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə də, sözügedən iclasda MDB-nin iştirakçısı olan dövlətlərin xüsusi xidmət orqanları arasında son dövrlər dinamik surətdə inkişaf edən əməkdaşlıq yüksək qiymətləndirilib.
Müşavirənin XI iclasının yekunları üzrə qəbul olunmuş Memorandumda təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərləri MDB ölkələrinin xarici təhlükəsizliyinə mümkün təhdidlərə qarşı keyfiyyətli və dövrün tələblərinə uyğun mübarizənin aparılması məqsədilə gələcəkdə daha yeni və səmərəli iki və çoxtərəfli qarşılıqlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və genişləndirilməsi işində qətiyyətli olduqlarını bəyan ediblər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. Dövlətimizin başçısı MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasının yüksək səviyyədə təşkil olunduğunu və bu mötəbər tədbirdə səmərəli fikir mübadiləsi aparıldığını qeyd edib. Müstəqil Dövlətlər Birliyi ölkələrinin xüsusi xidmət orqanlarının birgə fəaliyyətinin sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitliyin təmin edilməsində vacib rol oynadığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Azərbaycan MDB-nin işində fəal iştirak etmək əzmindədir. Biz müxtəlif formatlarda - həm humanitar sahədə, həm iqtisadi əməkdaşlıqda, həm də əlbəttə ki, təhlükəsizlik və sabitliyin təminatında fəal iştirak edirik. Bilirəm ki, bizim təhlükəsizlik orqanları ilə MDB ölkələrinin təhlükəsizlik orqanları arasında həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyət mövcuddur. Mən bunu alqışlayıram. çox şadam ki, dost MDB ölkələrini təmsil edən həmkarlarımız fəal əməkdaşlıqda maraqlıdırlar. Biz ümidvarıq ki, bu cür əməkdaşlıq davam etdiriləcəkdir. Mən əminəm ki, ölkələrimizin təhlükəsizliyinin tam şəkildə təmin edilməsi qonşular, tərəfdaşlar, dost ölkələrlə sıx əməkdaşlıq yolu ilə mümkündür. Bu gün dünyada təkcə dövlət və təhlükəsizlik orqanlarının texnologiya və imkanları genişlənmir, təəssüf ki, insanlarımızın dinc həyatına qəsd etmək, təşviş və xaos yaratmaq istəyənlər də qabaqcıl texnologiyaları əldə edirlər. Təbii ki, siz bunu daha çox və daha yaxşı bilirsiniz. Əminəm ki, operativ informasiya mübadiləsi, sıx əməkdaşlıq bir çox bəlalardan xilas olmağa kömək edəcəkdir”.
Bütövlükdə, Azərbaycan da daxil olmaqla MDB ölkələrinin qarşılıqlı səmərəli əməkdaşlığı və birgə səyləri regionda, ümumilikdə dünyada təhlükəsizliyə təminatın yaradılmasında mühüm rola malikdir. Dövlətimizin başçısının vurğuladığı kimi planetdə heç bir, o cümlədən, ən güclü ölkələrin belə beynəlxalq terrorizm kimi, qlobal təhlükələrdən tam sığortalanmadığı indiki vaxtda MDB ölkələrinin səylərini daha da artırması olduqca vacibdir.
Bu sahələrdə Azərbaycanın fəaliyyəti və tutduğu mövqe digər dövlətlər tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov qeyd edib ki, MDB ölkələrinin xüsusi xidmət orqanları səyləri birləşdirmək üçün əlaqələri daha da möhkəmləndirir, mütəmadi fikir və təcrübə mübadiləsi aparır. Onun sözlərinə görə, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi böyük imicə malikdir və MDB xüsusi xidmət orqanlarının qarşısında duran birgə vəzifələrin həllində yaxından iştirak edir. Mixail Fradkov Bakıda gördüklərinin onlarda zəngin təəssürat doğurduğunu və bunu Azərbaycanın ümumi inkişafının konkret nümunəsi kimi dəyərləndirdiklərini xüsusi vurğulayıb. O, MDB ölkələrinin xüsusi xidmət orqanlarının qarşıda duran ümdə vəzifələrin həlli üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35

