Erməni nazirin absurd iddiaları...
02.03.2022 [10:22]
Qarabağa səfər Azərbaycanın razılığı olmadan mümkün deyil
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT-nin İnsan Hüquqları Şurasının iclasında ölkəsinin insan haqlarına və humanist dəyərlərə sadiq olması barədə absurd fikirlər səsləndirib. Mirzoyan deyib ki, beynəlxalq humanitar təşkilatlara, o cümlədən BMT strukturlarına Qarabağa maneəsiz çıxış təmin edilməlidir. Erməni nazir bu barədə təklifi BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valova ilə görüşdə də irəli sürüb.
30 il ərzində Azərbaycana qarşı işğalçı siyasət həyata keçirən Ermənistanın insan haqlarından və humanizmdən danışmağa haqqı varmı? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Ermənistan bəşəri dəyərlərdən tamamilə uzaq bir siyasət həyata keçirir. Onun sözlərinə görə, A.Mirzoyanın beynəlxalq humanitar təşkilatın Qarabağa maneəsiz çıxış təmin edilməsi ilə bağlı fikirlərinin heç bir əsası yoxdur: “Çünki Qarabağ Azərbaycanın ərazisidir. Ölkəmizin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınır. 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu, torpaqlarımız düşmən tapdağından azad edildi. 30 il işğal altında olan torpaqlarımız humanitar fəlakətlə üzləşib. Yaşayış məntəqələri tamamilə məhv edilib, tarixi-mədəni abidələrimiz dağıdılıb, 1 milyondan çox insan doğma yurdlarından didərgin düşüb. Ermənistanın mülki əhalini, xüsusilə qadınları və körpə uşaqları qəddarcasına qətlə yetirməsinin qısa statistikası Ermənistanın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini göstərir.
Ermənilərin qətlə yetirdiyi uşaqlar haqqında məlumatlara diqqət yetirək. Münaqişə dövründə 193 azərbaycanlı körpə erməni vandalları tərəfindən qətlə yetirilib, 61 uşaq isə itkin düşüb. Bütün bunlar erməni vəhşiliyinin göstəriciləridir. İşğal dövründə Azərbaycan dəfələrlə beynəlxalq təşkilatları həmin ərazilərdə monitorinqlər aparmağa çağırıb. O cümlədən UNESCO da bölgəyə dəvət edilib. Amma Ermənistan bu monitorinqlərin aparılmasına imkan verməyib. Çünki dünya ictimaiyyəti bəşəriyyətə qarşı nə qədər cinayətlər törətdiyinin şahidi olacaqdı. O vaxtlar bu mümkün olmasa da, Vətən müharibəsindən sonra bütün dünya erməni vəhşiliyinin şahididir. Bütün bunların fonunda A.Mirzoyan hansı hüquqlardan, humanitar addımlardan danışır?”.
Politoloq qeyd edib ki, Qarabağa hər bir səfər Azərbaycanın razılığı olmadan mümkün deyil: “Mirzoyan Qarabağda 44 günlük müharibə nəticəsində yaranan humanitar problemlərdən danışıb. O, Qarabağ əhalisinin “hüquqlarına riayət olunmasına” şərait yaradılmasının vacibliyini də deyib. Erməni nazir Qarabağda hansı humanitar problemlərdən danışıb? Ermənistanın 30 il ərzində törətdiyi humanitar problemlərdən, yoxsa Qarabağda yaşayan azsaylı ermənilərin vəziyyətindən? Şübhəsiz ki, o, Qarabağda yaşayan ermənilərin vəziyyətindən danışıb. Amma həmin ermənilərin də sosial-iqtisadi cəhətdən ağır durumda yaşamasının günahkarı Ermənistandır. Əgər Ermənistan işğalçı siyasət həyata keçirməsəydi, həmin erməniləri məcburən öz təsiri altında saxlamasaydı, vəziyyət belə olmazdı. Qarabağ erməniləri də Azərbaycanın sosial-iqtisadi inkişafından kifayət qədər yararlana bilərdi. Bütün bunlara baxmayaraq, Qarabağ ermənilərinin yaxın gələcəkdə Azərbaycan cəmiyyətinə inteqrasiya olunacağına inanırıq. Çünki başqa yol yoxdur. Mirzoyanın iddialarına gəlincə, heç bir beynəlxalq humanitar təşkilat Azərbaycanın icazəsi olmadan Qarabağa səfər edə bilməz. Ona görə də erməni nazirin bütün cəhdləri əbəsdir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 19:17
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55

