Daha bir zərbə
16.03.2022 [09:56]
Aİ-nin dördüncü sanksiyalar paketində nələr var?
Taleh AĞAVERDİEV
Ukraynadakı müharibəni pisləyən onlarla ölkə, onlarla beynəlxalq təşkilat və yüzlərlə şirkət artıq Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edib. Müxtəlif məhdudiyyətlərin ümumi sayı 6000-ə yaxınlaşır. Müqayisə üçün qeyd edək ki, indiyədək İrana qarşı 4000-dən az belə tədbir tətbiq edilib.
Rusiyaya qarşı qəbul edilən ən ağrılı sanksiyalar arasında bu ölkənin Mərkəzi Bankının aktivlərinin dondurulması, Rusiyadan neft və qazın alınmasına embarqo, dünya konteyner daşıma bazarının liderlərinin boykotunu, aviasiya sanksiyaları, yeddi rus bankının SWIFT-dən ayrılması, Rusiyaya və onun hakimiyyəti ilə əlaqəsi olduğu güman edilən rus oliqarxlarına məxsus xarici aktivlərin müsadirəsi və s. bu kimi tədbirləri misal gətirmək olar.
Martın 14-də Aİ ölkələrinin Daimi Nümayəndələr Komitəsi beynəlxalq tərəfdaşlarla koordinasiya əsasında fiziki və hüquqi şəxslərə, habelə Rusiya iqtisadiyyatının bir sıra sektorlarına qarşı yönəlmiş dördüncü sanksiyalar paketini razılaşdırıb. Beləliklə, Rusiya iqtisadiyyatı üçün ağrılı olan sanksiyaların siyahısı daha bir neçə maddə ilə tamamlanıb.
Beləliklə, dördüncü sanksiya paketinə, o cümlədən Rusiyanın “ən əlverişli ölkə” ticarət statusundan məhrum edilməsi daxildir. Beynəlxalq iqtisadi münasibətlərdə və beynəlxalq siyasətdə bu status o deməkdir ki, bu rejimin alıcısı olan ölkə bu cür rejimi təmin edən ölkədən bərabər ticarət üstünlükləri almalıdır (ticarət üstünlüklərinə aşağı tariflər və ya yüksək idxal kvotası daxildir). Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvləri bir-birinə “ən əlverişli ölkə” rejimi statusu verməyə razılaşırlar.
Qəbul edilmiş sanksiyalara əsasən, martın 15-dən etibarən Aİ dövlətləri Rusiyaya “ən əlverişli ölkə” rejimi əsasında güzəştlər verməyi dayandırır. Bəyanata Aİ ölkələrindən başqa, G7-nin digər dövlətləri (Böyük Britaniya, Kanada, ABŞ və Yaponiya), o cümlədən Albaniya, Avstraliya, İslandiya, Koreya, Moldova, Monteneqro, Yeni Zelandiya, Şimali Makedoniya və Norveç də qoşulub. Bu addım həmin ölkələrə Rusiya mallarına daha yüksək rüsumlar və ya Rusiya ilə ticarətdə digər maneələr tətbiq etməyə imkan verəcək. Rusiyanın Aİ-də üçüncü ən böyük ixracatçı olduğunu nəzərə alsaq, bu, şübhəsiz Rusiya iqtisadiyyatına ağır zərbə vuracaq.
Bundan əlavə, daha əvvəl Rusiyanın BVF və Dünya Bankı da daxil olmaqla aparıcı beynəlxalq maliyyə təşkilatlarına üzvlükdən məhrum edilməsinin planlaşdırıldığı bildirilirdi. Belarusun ÜTT-yə üzv olmaq üçün müraciətinə baxılması da dayandırılır.
Rusiya ixracı üçün başqa bir ağrılı sanksiya Rusiyadan metallurgiya məhsullarının, xüsusən də polad məmulatlarının idxalına qadağa qoyulmasıdır. Ekspertlərin fikrincə, bu səbəbdən Rusiya təxminən 3,3 milyard avro həcmində ixrac gəlirlərini itirəcək. Qadağaya məruz qalan malların dəqiq siyahısı hələ dərc olunmayıb, lakin ilkin olaraq ona yarımfabrikatlar və əlvan metallar daxil deyil.
Aİ-nin dördüncü sanksiyalar paketi Rusiyanın enerji sektoruna da təsir edəcək. Qadağa Rusiyanın enerji sektoruna, texnologiya təqdim edilməsinə, enerji resurslarının kəşfiyyatı, hasilatı və emalı üçün maliyyə xidmətlərinin göstərilməsinə yatırılan bütün Avropa investisiyalarına şamil ediləcək. Mülki nüvə enerjisi və bəzi enerji daşıyıcılarının Avropa İttifaqına daşınması üçün istisnalar edilib.
Rusiya elitasına təzyiqlər də davam edəcək və personal sanksiyalara məruz qalan Rusiya vətəndaşlarının siyahısı genişlənəcək. Avropa Komissiyasının rəsmi bəyanatında qeyd edildiyi kimi, bu siyahıya Kremlə bağlı biznes elitasının nümayəndələri və oliqarxlar, “aktiv dezinformasiya ilə məşğul olan” şəxslər, eləcə də Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyən hərbi və müdafiə sektorunda fəaliyyət göstərən şirkətlər daxil edilib. Adların və konkret şirkətlərin siyahısı hələ məlum deyil, lakin bir gün əvvəl Bloomberg və Financial Times mənbələri bildirmişdilər ki, yeni məhdudiyyətlər milyarder Roman Abramoviçə, Yandex şirkətlər qrupunun idarəedici direktoru Tiqran Xudaverdyana və Magnitogorsk metalurgiya kombinatının əsas səhmdarı Viktor Raşnikova toxuna bilər. Görünən odur ki, bu tədbir oliqarxların hazırkı hakimiyyətdən narazılığının artmasına yönəlib ki, bu da müəyyən siyasi nəticələrə gətirib çıxara bilər. Bundan əlavə, sanksiyalar siyahısına daxil edilən oliqarxlar, bir qayda olaraq, Rusiya iqtisadiyyatının əsas sahələrinə nəzarət edirlər.
Yeni sanksiyalar paketi Rusiyanın ayrı-ayrı dövlət müəssisələri ilə müxtəlif sektorlarda, xüsusən də hərbi-sənaye kompleksində hər hansı əməliyyatlara tam qadağa qoyulmasını nəzərdə tutur. Aİ-nin kredit reytinqi agentliklərinə Rusiyaya və onun şirkətlərinə reytinq vermək, habelə Rusiya müştərilərinə reytinq xidmətləri göstərmək qadağan ediləcək. Avropa Komissiyasının qeyd etdiyi kimi, bu, Rusiyanın Aİ maliyyə bazarlarına çıxışını daha da məhdudlaşdıracaq. Bundan əlavə, Rusiya dövlətinin və elitasının sanksiyalardan yayınmaq üçün kripto aktivlərdən istifadə etməsinə mane olacaq tədbirlər tətbiq ediləcək.
Dördüncü sanksiyalar paketi çərçivəsində Aİ Rusiyaya dəbdəbəli malların, o cümlədən bahalı avtomobillərin ixracını qadağan edəcək.
Qeyd edək ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Aİ-nin sanksiyalarından sonra Rusiya mülki aviasiya müəssisələrinin sertifikatlarını dayandırıb: Rusiyanın heç bir təyyarəsi artıq Avropaya uça bilməyəcək və Airbus-a xidmət üçün nəzərdə tutulmuş texniki mərkəzlər, təlim mərkəzləri və uçuş simulyatorları işləməyəcək.
Aİ hesab edir ki, bu sanksiyalar Kremlə iqtisadi təzyiqləri daha da artıracaq və onun Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirmək imkanlarını məhdudlaşdıracaq. Bununla belə, tamamilə aydındır ki, bir-biri ilə əlaqəli və bir-birindən asılı olan müasir dünyada bu sanksiyalar bütövlükdə qlobal iqtisadiyyata zərbə vuracaq.
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

