“Xankəndi” ilə Füzuliyə, Füzulidən Şuşaya...
18.03.2022 [22:40]
Zəfər yolu qalib Azərbaycanı yeni tarixi nailiyyətlərə aparır
30 ilə yaxın müddət ərzində işğal altında qalsa da, əyilməyən - sınmayan, qəhrəmancasına azad edilən Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyi qeyd edildi
Nurlan QƏLƏNDƏRLİ
Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirildi. Tədbirdə Azərbaycanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, təşkilatın Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak etdilər. Hələ tədbirdən öncə diqqəti cəlb edən mühüm məqamlardan biri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “twitter” səhifəsində paylaşımı oldu: “Biz BMT-nin Azərbaycanda akkreditə olunmuş nümayəndəsi ilə Şuşaya səfər etmək üçün “Xankəndi” adlı təyyarə ilə Füzuli hava limanına uçuruq. Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyi qeyd olunacaq”.
Bəli, “Xankəndi” ilə Füzuliyə, Füzulidən Şuşaya... Beləliklə, toplantı iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəldilər. Aeroport ilə yaxından tanış olduqdan sonra Zəfər yolu ilə Şuşaya səfər etdilər. Bu yol qalib Azərbaycanı yeni tarixi nailiyyətlərə aparır. Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi elə 30 ilə yaxın müddət ərzində işğal altında qalsa da, əyilməyən, sınmayan, qəhrəmancasına işğaldan azad edilən Əziz Şuşada qeyd edildi...
Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, postpandemiya və postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etmək idi. Toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyır. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, hazırda bölgənin bərpa-quruculuq, tərəqqi, qələbə simvolu, diplomatik mərkəzdir. Toplantıda çıxış edən Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirdi ki, Azərbaycan BMT-yə qoşulduqdan təxminən iki ay sonra Şuşa Ermənistan silahlı birləşmələri tərəfindən işğal olundu: “Azərbaycanlılar öz şəhərindən, yurdlarından didərgin salındı. Ancaq 44 günlük Vətən müharibəsindən sonra Şuşa azad edildi. Bu gün Şuşa öz simasını günbəgün dəyişən və Azərbaycanın sürətlə inkişaf edən, yenidən qurulan bir şəhəridir”.
Prezidentin köməkçisi Azərbaycan-BMT əməkdaşlığının tarixindən və əhəmiyyətindən bəhs edərək “Bu gün isə Azərbaycan BMT tərəfindən müəyyənləşdirilən hədəf və missiyaların yerinə yetirilməsinə, xüsusilə də sülh və təhlükəsizliyə töhfə verir”, - deyə qeyd etdi. “Bu gün və gələcəkdə bizim əsas prinsipimiz beynəlxalq hüququn prinsiplərini izləmək, onu müdafiə etmək olacaq”, - deyən Prezidentin köməkçisi əlavə etdi ki, bu gün Azərbaycan öz gündəliyində yeni səhifə açıb, bu, azad olunmuş ərazilərin yenidən qurulması ilə bağlıdır. Bu prosesdə də BMT-ni Azərbaycanın tərəfdaşı kimi görürük. BMT nümayəndələri ölkəmizə səfərləri zamanı artıq ilkin təkliflərini və tövsiyələrini Azərbaycan hökuməti ilə bölüşüblər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə bildirdi ki, ötən il Azərbaycan dünya ölkələrinə 30 milyon ABŞ dolları dəyərində humanitar yardım göstərib. Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə humanitar dəstək verib, həmçinin 5 ölkəni 2 milyon dollar dəyərində peyvəndlə təmin edib. Nazir qeyd etdi ki, müharibə başa çatandan dərhal sonra Azərbaycan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti, yenidənqurma işlərinə başlayıb. Ceyhun Bayramovun sözlərinə görə, azad edilmiş torpaqlarda reabilitasiyaya mane olan əsas məqam bu ərazilərin minalarla çirkləndirilməsidir. “Bu, məcburi köçkünlərin təhlükəsiz şəkildə qayıtmasına və sürətli yenidənqurmaya əngəl törədir. BMT institutlarının təmsilçilərinin bu regionlara səfəri və baş verənləri öz gözləri ilə görməsi yaxşı olardı. Ümid edirik ki, bu missiyalar gördüklərini öz hesabatlarında əhatəli şəkildə təqdim edəcəklər və konkret təkliflər verəcəklər. Təbii ki, bu hesabatlarda Azərbaycan Hökumətinin qısa zamanda gördüyü işlər də kənarda qalmamalıdır”, - deyə nazir əlavə etdi.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva vurğuladı ki, BMT-nin təsisatları işğaldan azad edilmiş ərazilərin bərpası və minalardan təmizlənməsi işlərində Azərbaycana kömək göstərəcək. Vladanka Andreyeva, eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatındakı rolunu və bu təşkilat çərçivəsində pandemiya ilə mübarizədə ölkəmizin səylərini yüksək qiymətləndirdi.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə dedi ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji”ni inkişaf etdirmək niyyətindədir və bu sahədə əsas diqqət əhalinin təmiz içməli su ilə təminatına yönəlib. Çıxışlardan sonra Azərbaycan-BMT əlaqələrinin 30 illiyi ilə bağlı poçt markasının təqdimatı oldu. Toplantı panel iclasları ilə davam etdirildi.
Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının Şuşa şəhərində keçirilməsi, şübhəsiz ki, növbəti tarixi hadisədir. Bir zamanlar Ermənistan rəhbərliyi beynəlxalq hüquq normalarına, elə BMT-nin özünə meydan oxuyaraq əzəli və əbədi Azərbaycan torpağında - Şuşa yurdunda qeyri-qanuni hərəkətlər edir, terrorçu ritorikası ilə danışırdı. Azərbaycan isə öz hərbi-siyasi resursları, milli gücü ilə Şuşanı işğaldan azad etməklə beynəlxalq hüququn və tarixi ədalətin bərpası nümunəsi yaratdı... Azərbaycanın torpaqlarını işğaldan azad etməsi həm də dünyada mühüm presedentin yaradılmasıdır. Söhbət BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmlidir!
Daha bir mühüm məqam - 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin nəticəsidir. Azərbaycan BMT TŞ-dəki fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirib. Bununla yanaşı, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə də xüsusi önəm verir. Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72,4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutub.
Bir vaxtlar Məhəmməd Hadi deyirdi ki, “yox millətimin imzası imzalar içində”. İndi Azərbaycan adlı qüdrətli məmləkətin üçrəngli bayrağı ən yüksək zirvələrdə dalğalanır. Bir zamanlar BMT sıralarında sıravi üzv olan Azərbaycan indi qurumun ən prestijli üzvlərindən birinə çevrilib. Və qürurverici haldır ki, 30 ilə yaxın müddət ərzində işğal altında qalsa da, milli ruhunu itirməyən, hərbi-siyasi əsirlikdən xilas edilmiş - üçrəngli bayrağımızın ucaldıldığı Şuşada bu gün Azərbaycanın BMT ailəsinin tamhüquqlu üzvü olduğu qürurla, əminliklə və qətiyyətlə qeyd edilir!
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

