Ərdoğandan növbəti xəbərdarlıq...
02.04.2022 [09:00]
Erməni silahlı dəstələri tamamilə çıxarılmalıdır!
Nurlan QƏLƏNDƏRLİ
Dünyanın nəzəri təkcə Rusiya-Ukrayna müharibəsində deyil. Cənubi Qafqazda sülh, sabitlik-təhlükəsizlik və əməkdaşlıq mühitinin təmin olunması da diqqət mərkəzindədir. Xüsusilə də, Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə əlaqədar məsələlər müxtəlif səviyyələrdə müzakirə olunur. Qeyd edilir ki, bunun üçün ilk növbədə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bütün tələblərinin qeyd-şərtsiz yerinə yetirilməsi vacibdir.
Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirir, beynəlxalq hüquq normalarına uyğun faydalı təklif və səmərəli təşəbbüslərlə çıxış edir. Yəni Bakının strateji fəaliyyəti göz önündə - diqqət mərkəzindədir. Amma Ermənistan üçtərəfli Bəyanatda əksini tapmış tələbləri yerinə yetirməkdən boyun qaçırmaqla siyasi sabotajla məşğul olur. Xüsusilə də, 4-cü bənddə əksini tapmış “erməni silahlı qüvvələrinin çıxarılması” məsələsində. Azərbaycan bu istiqamətdə qəti - birmənalı mövqe sərgiləyir, Prezident İlham Əliyev görüşlər və təmaslar zamanı prinsipial yanaşma ortaya qoyur. Yeri gəlmişkən, martın 31-də İlham Əliyevin Vladimir Putinə zəngi zamanı - telefon danışığında da bu məsələlər diqqət mərkəzində olub. Söhbət əsnasında 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə yerli jurnalistlərə açıqlamasında Azərbaycanın üçtərəfli bəyanata tam əməl etdiyini bildirib. O, Azərbaycan Ordusunun erməni silahlı dəstə üzvlərinin növbəti təxribatına cavab verdiklərini diqqətə çatdırıb. Ərdoğan xəbərdarlıq edib: “Əsas odur ki, üçtərəfli bəyanatın bəndlərinə uyğun olaraq, erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarılması təmin edilsin”.
İndi İrəvan düşünməli, təkcə düşünməklə kifayətlənməməli, konkret addımlar atmalıdır. Nəzərə almalıdır ki, bütün hallarda Azərbaycan öz ərazilərində təhlükəsizliyi tam təmin etmək, istənilən təxribat cəhdinin qarşısını almaq iqtidarındadır və bu istiqamətdə müvafiq addımlar atılır. BMT-nin 30 ilə yaxın kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etdik. İndi isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinin icrasını təmin etmək əzmi və qətiyyəti nümayiş etdiririk. Hər ikisinin mahiyyəti eynidir - qanunsuz silahlı birləşmələrin çıxarılması (zərərsizləşdirilərək qovulması) və suverenliyin bərpası! Azərbaycanın timsalında hüquq gücdür, güc isə hüququ təmin etmək vasitəsidir!
Regional təcrid vəziyyətində olan, müharibədə sarsıdıcı məğlubiyyətlə üzləşmiş Ermənistanın üçtərəfli bəyanatın tələblərini tam icra etməkdən başqa başqa çıxış yolu-əlavə şansı və alternativ imkanları yoxdur. Cənubi Qafqazda postmüharibə dövrü olsa da, hərbi-siyasi təxribatlar, üçtərəfli Bəyanatda əksini tapmış öhdəlikləri yerinə yetirməkdən, sülh müqaviləsini imzalamaqdan yayınmaq kimi siyasi sabotajlar gərginliyə səbəb olur. Doğrudur, Azərbaycan müharibə olmasını istəmir, sülh və məsələlərin diplomatik yolla həllinin tərəfdarıdır. Amma Ermənistanın yanaşması adekvat olmalıdır. Hər halda, Bakı istənilən yolla hədəfinə çatacaq!
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03

