350 min separatçı, 25 min “zavallı”...
09.04.2022 [10:33]
Özünə umac ova bilməyənlər başqasına əriştə kəsməyi öyrədir
Nardar BAYRAMLI
Son günlər Fransada “Korsika” məsələsi daha da aktuallaşıb. Belə ki, Korsika adasında iğtişaşlar artıb, etirazçılar Korsikaya müstəqillik, ya da geniş muxtariyyət verilməsini tələb edirlər. Amma Fransa hakimiyyəti bu tələbləri qəbul etməyərək etirazçıları separatçılıqda ittiham edir. Maraqlıdır ki, Fransa dünyanın bəzi regionlarında, o cümlədən Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarına dəstək göstərir. Yeri gəlmişkən, bu günlərdə Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Ann Luyon da iddia edib ki, guya Azərbaycan Qarabağ ətrafında vəziyyəti gərginləşdirir, ona görə də “problemin həlli üçün” ATƏT-in Minsk qrupu çərçivəsində səylər artırılmalıdır.
Fransanın Ermənistandakı səfirinin mövqeyinin qəbuledilməz olduğunu deyən Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Fransa həmişə ermənipərəst mövqeyi ilə seçilib. Onun sözlərinə görə, bu ölkənin hakimiyyət nümayəndələri, parlamentariləri açıq-aşkar Ermənistanın mövqeyini və Qarabağdakı erməni separatçılarını dəstəkləyirlər: “Bu baxımdan, Fransanın Ermənistandakı səfirinin fikirləri də erməni maraqlarının müdafiəsinə yönəlib. Təəccüblüdür ki, korsikalıları ölkəni parçalamaqda ittiham edən Fransa Qarabağda erməni separatçılarına dəstək verir. Biz bilirik ki, Fransa Minsk qrupunun həmsədri kimi münaqişənin həllinə heç bir töhfə verməyib, əksinə, mümkün qədər ermənilərin tərəfini tutub. Məhz bu yanaşmanın nəticəsində də həmsədrlik institutu heç bir nəticə vermədi, Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrin icrasını təmin etdi. Vətən müharibəsinin gedişində Fransa birmənalı olaraq Ermənistanı dəstəklədi. 10 noyabr üçtərəfli Bəyanatından sonra isə Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamə qəbul etdi. Fransada prezident seçkilərində iştirak edən “Respublikaçılar” partiyasından namizəd Valeri Pekres, eləcə də müxtəlif vaxtlarda parlamentarilər Qarabağa qanunsuz səfər ediblər. Belə faktların sayını kifayət qədər artırmaq olar”.
Millət vəkilinin sözlərinə görə, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır: “Azərbaycan dövlətinin mövqeyi məlumdur. Qarabağ ermənilərinə heç bir xüsusi status verilməyəcək. Azərbaycan qanunlarını qəbul edən dinc ermənilər vətəndaşlarımız kimi yaşayacaqlar. Amma heç zaman separatçılığın davam etməsinə yol verilməyəcək. 10 noyabr razılaşmasının 4-cü bəndi də bu məqsədə xidmət edir və yerinə yetirilməlidir. Vətən müharibəsinin gedişində xarici KİV-lərə müsahibə verən Prezident İlham Əliyev Fransaya səslənərək Marseldə onlara bu statusu verməyi tövsiyə etmişdi. Fransanın özünün Korsika problemi var. Əgər bu ölkə Korsikada müstəqillik və ya geniş muxtariyyət tələb edənləri separatçı adlandırırsa, hansı haqla Qarabağdakı ermənilərə “status” verilməsini istəyir? Bu, Fransanın ənənəvi ikili standartlarının təzahürüdür. Yaxşı olar ki, bu ölkənin rəsmiləri Qarabağdakı 25 min erməninin “status” dərdi ilə məşğul olmaq əvəzinə, 350 min əhalisi olan Korsika məsələsini həll etsin. Əlbəttə, biz bilirik ki, Fransada güclü erməni diasporu və lobbisi var. Bir çox siyasətçilər bu səbəbdən erməniləri müdafiə edir. Amma bütün hallarda bu haqq vermir ki, onlar başqa ölkələrin daxili işlərinə qarışsınlar. Bu baxımdan, Fransanın Ermənistandakı səfiri də diplomatik davranış qaydalarını aşmamalıdır. Əgər hansısa Fransa rəsmisi Qarabağın “statusundan” danışmaq istəyirsə, ilk növbədə, 350 min əhalisi olan Korsikanın status tələbini yada salmalıdır. Eyni zamanda, onlar birdəfəlik yadda saxlamalıdırlar ki, Azərbaycan Prezidenti statusun ünvanını dəqiq göstərib”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

