AXCP-Müsavat blokunun dəstəklədiyi namizəd YAP-ın namizədinə qarşı qara piar kampaniyası aparır
14.10.2010 [09:29]
Məlumat verdiyimiz kimi, AXCP-Müsavat blokunun namizədləri total saxtakarlığa yol verməklə, seçiciləri aldatmağa çalışırlar. Belə ki, həmin blokun namizədləri DSK-larda qeydiyyatdan keçmək üçün saxtakarlığa yol açan bütün metodlardan istifadə edirlər. Məsələn, ötən sayımızda da qeyd etdiyimiz kimi İsmayıllı rayonunda müxalifətin namizədi imza toplaya bilmədiyi üçün Yeni Azərbaycan Partiyasının (YAP) adından istifadə edib. Lakin bu heç də yeganə fakt deyil. Etibarlı mənbələrdən aldığımız informasiyalara görə, AXCP-Müsavat blokunun Nizami rayonundan dəstəklədiyi namizəd sabiq millət vəkilinin adından istifadə edərək imza toplamağa cəhd göstərib. Sadalanan bu faktlar onu göstərir ki, müxalifətin namizədləri seçki prosesində total saxtakarlığa yol verməklə, insanları aldatmağa çalışırlar.
Bütün bunlarla yanaşı, AXCP-Müsavat blokunun namizədləri tutduqları müəyyən vəzifələrdən sui-istifadə edərək, ən güclü rəqibə-YAP namizədlərinə qarşı qara piar kampaniyası da düzənləyirlər. Buna misal olaraq AXCP-Müsavat blokunun 25 saylı Nizami II seçki dairəsindən dəstəklədiyi namizəd Rauf Arifoğlunun vəzifəsindən sui-istifadə edərək atdığı addımları göstərmək olar. Məlumatlara görə, Rauf Arifoğlu YAP-ın namizədinin nüfuzundan və sosial dəstəyindən çəkinərək, qara piar vasitəsilə nəsə eldə etməyə çalışıb. Daha dəqiq desək, o, baş redaktoru olduğu qəzetin 25 sentyabr tarixli sayında dərc etdirdiyi “4 saylı Vərəm Dispanserinin böyük cinayəti” adlı “məqalədə” də müxtəlif əsassız informasiyalarla YAP-ın namizədinin fəaliyyətinə ləkə yaxmağa cəhd göstərib.
Digər tərəfdən, Rauf Arifoğlu Seçki Məcəlləsinin 75.2 maddəsinin (Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır) tələbini pozaraq rəhbərlik etdiyi qəzetdə özünün təbliğatını aparıb. R.Arifoğlunun qəzetində dəfələrlə yarım səhifəyə yaxın həcmdə şəklini dərc etməsi və şəklin yuxarı hissəsində özünə qarşı hansısa kampaniyanın aparıldığını iddia edən ifadələr yerləşdirməsi, əslində, onun vaxtından əvvəl təbliğata başladığını sübut edir. Bundan başqa, Rauf Arifoğlu imzatoplama mərhələsində plakatlarını binalara, insanların gur olduğu yerlərə “yapışdırma əməliyyatına” da start verib. Şəkillərdən də göründüyü kimi, əllərində R.Arifoğlunun plakatları olan adamlar Naxçıvanski 74 və 78 ünvanlarında iş başında olublar.
Lakin DSK-nın müvafiq qərarından, həmçinin, Nizami rayonunun seçicilərinin sərt təpkisindən sonra Rauf Arifoğlu saxtakar addımlarına bir qədər fasilə verib.
Yeri gəlmişkən, qeyd edək ki, müxalifətin namizədinin qara piar kampaniyası aparmasının, eyni zamanda, YAP-ın fəaliyyətinə kölgə salmaq cəhdlərinin səbəbi onun gücsüzlüyü, zəifliyi, özünəinamsızlığı ilə əlaqədardır. Yəni, Rauf Arifoğlu YAP-ın bütün ölkədə, o cümlədən, Nizami rayonundakı nüfuzunu görərək qara piar kampaniyasına start verib.
ümumiyyətlə, müxalifət YAP-ın gücünü növbəti dəfə namizədlər üçün imzaların toplanmasında müşahidə etdi. Bu düşərgənin təmsilçiləri özlərinin nə qədər gücsüz olduqlarını və seçki kampaniyasını qeyri-dəqiq təşkil etdiklərini də müqayisə əsasında təsəvvür edə bildilər. Məhz bu səbəbdən də, müxalifət müxtəlif saxtakarlıq əməllərinə yol verir və qara piar kampaniyası aparır.
Amma YAP-ın namizədləri nəinki keçmiş fəaliyyətləri və nailiyyətləri ilə qarşıdan gələn seçkilərə gedirlər, onlar, eyni zamanda, növbəti illərdə də Azərbaycan dövlətinə və insanlara xidmət etmək üçün imkan və potensiallarını ortaya qoyaraq qarşıdan gələn seçki kampaniyasına qoşulublar. Düşünürük ki, Azərbaycan vətəndaşları da bunu dəyərləndirərək, YAP-ın irəli sürdüyü namizədləri, bütövlükdə seçki kampaniyasına qoşulmuş namizədlər içində ən çox şanslı namizəd hesab edirlər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

