Yəmən-Rusiya-İranı birləşdirən və ayıran yollar...
20.04.2022 [10:21]
8 ildən sonra Yəməndə sülh bərqərar olacaq?
Taleh
Ukrayna hadisələri fonunda son həftələr Yəməndə baş verən proseslər diqqətdən kənarda qalıb. Lakin bu proseslər həqiqətən də tarixi əhəmiyyət kəsb edir, çünki artıq 8 ildir davam edən və dünyada ən ağır humanitar böhrana səbəb olan münaqişəyə son qoya bilər.
Xatırladaq ki, Yəməndə husilər və hökumət qüvvələri arasında vətəndaş müharibəsi 2014-cü ildə başlayıb. Müxtəlif mənbələrə görə, 8 il ərzində döyüş əməliyyatları zamanı 150 mindən 250 minədək insan həlak olub, onlardan 10 mindən çoxu uşaqlardır.
2014-cü ildə husilər paytaxt Sananı ələ keçirdilər. Onlar prezident Abd Rabbo Mansur Hadini vəzifəsindən uzaqlaşdıraraq, onu ölkəni tərk etməyə məcbur etdilər. 2015-ci ilin martında Səudiyyə Ərəbistanı və BƏƏ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya Hadi hökumətinin yenidən hakimiyyətə gəlməsi üçün kampaniyaya başladı.
Bu il aprelin 1-də husi üsyançıları və Səudiyyənin dəstəklədiyi hökumət qüvvələri müqəddəs Ramazan ayı münasibəti ilə iki ay müddətinə atəşkəs barədə razılığa gəliblər.
Aprelin 7-də isə bütün bu illər ərzində mühacirətdə olan Yəmən prezidenti Abd Rabbo Mansur Hadi prezident idarəetmə şurası yaradıldığını elan etdi və səlahiyyətlərini həmin şuraya təhvil verdi. Üstəlik, o, sülh danışıqlarına ciddi maneə olan ölkənin vitse-prezidenti Əli Möhsün əl-Əhmərin istefasını əmr edib. Əl-Əhmər “Müsəlman Qardaşları” ilə əlaqəli idi və husilər tərəfindən nifrət edilirdi. Əmirliklərdə də onu sevmirdilər.
“The Wall Street Journal” yazır ki, bu qərar Səudiyyə rəsmilərinin təzyiqi ilə qəbul edilib - onlar Hadini korrupsiya qalmaqalında iştirakına dair sübutları yaymaqla hədələyiblər. İddia edilir ki. Şuranın yaradılması ilə bağlı sənədləri ona Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səudun özü imzaladıb. Qəzetin mənbələrinə görə, Yəmənin keçmiş rəhbəri hazırda Ər-Riyadda ev dustaqlığındadır.
Yəmənə indi dördü şimaldan, dördü cənubdan olmaqla səkkiz nəfər rəhbərlik edəcək. Şuraya həm Hadi düşərgəsi, həm keçmiş prezident Əli Abdullah Salehin qrupları, həm də “Müsəlman Qardaşları” ilə əlaqələri olan keçmiş daxili işlər naziri və prezidentin müşaviri Rəşad əl-Alimi rəhbərlik edəcək. Şura, husilər kimi, yalnız qismən legitimdir. Odur ki, onlar beynəlxalq aləmə ayrı-ayrılıqda deyil, yalnız aralarında hansısa ümumi razılaşmalar yaranan halda müraciət edə bilərlər. Beləliklə, legitimlik məsələsi balanslaşdırılır.
Səudiyyə Ərəbistanı bu qərarı alqışlayıb və Yəmən iqtisadiyyatını dəstəkləmək üçün 3 milyard dollarlıq yardımın göstərilməsini təşkil edəcəyinə söz verib (2 milyard dollar Ər-Riyaddan, 1 milyard dollar isə BƏƏ-dən gələcək). Ər-Riyad, həmçinin BMT-nin Yəmənə humanitar yardım planına 300 milyon dollar ayıracaq. Nəzərə alsaq ki, bu pullar ölkənin dinc yolla yenidən qurulmasına başlayanlara veriləcək, o zaman həm cənubluların, həm də şimallıların, yəni husilərin onu əldə etmək şansı var. Bu, şübhəsiz ki, onların sülhsevərliyini stimullaşdırır və onları sülh danışıqları aparmağa sövq edəcək.
Beləliklə, Səudiyyə Ərəbistanı və BƏƏ Yəmən siyasətinin iki ən problemli simasını aradan götürməklə və böyük maddi yardım vəd etməklə nümayiş etdirdilər ki, Yəməndən çıxmaq istəyirlər və sülhün bərqərar olmasına çalışırlar. Əvvəlcə Ər-Riyadın Yəmən münaqişəsinə müdaxiləsi üç əsas səbəblə əsaslandırılırdı: Səudiyyə Ərəbistanının özündə belə bir ssenarinin təkrarlanması qorxusu (əhalinin təxminən 15%-i şiələrdir), İranla qarşıdurma və neft sektoru - Yəmənin şimalındakı neft yataqları, Yaxın Şərqdə karbohidrogen tranziti üçün vacib olan Ədən limanı. Lakin Səudiyyə Ərəbistanında bu illər ərzində şiələrin aktivliyi tam yatırıldı, bu gün neft-qaz bazarında Fars körfəzi monarxiyaları üçün açılan perspektivlər kontekstində isə İranla qarşıdurma arxa plana keçir, indi Yəməndə sülhün bərqərar olması daha vacibdir. Bundan əlavə, dünyanın strateji regionlarında iki böyük hərbi münaqişə artıq qlobal iqtisadiyyat üçün həddindən artıq çoxdur.
Lakin Tehran Yəməndə sülh danışıqlarında o qədər də maraqlı deyil, çünki husiləri dəstəkləmək ona o qədər də baha başa gəlmir. Buna görə də səudiyyəlilər qeyri-standart bir hərəkətə qərar verdilər. Bu günlərdə Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud ilə telefon danışığı aparıb, söhbət zamanı tərəflər Ukrayna ətrafındakı vəziyyəti, Yəməndə nizamlanmanı və OPEC+ çərçivəsində işləri müzakirə ediblər.
Rusiyanın ölkədə baş verənlərlə heç bir əlaqəsi olmasa da, İrana təsir edə bilər. Sanksiyalar şəraitində, İran biznesi Rusiya bazarına qeyri-məhdud həcmdə daxil olmaq şansı əldə edir. Bunun müqabilində Rusiya prezidenti səudiyyəlilərin və BƏƏ-nin Yəməndəki dinc istəklərinə “anlayışla yanaşmaq” xahişi ilə Tehrana müraciət edə bilər. Xüsusən də nəzərə alsaq ki, bu iki dövlət Moskvanın Ukraynadakı hərəkətlərinə neytral yanaşır. Öz növbəsində, Fars körfəzinin aparıcı ölkələri buna cavab olaraq Rusiyaya vəd edə bilər ki, dünya neft və qaz qiymətlərini aşağı salmaq üçün ABŞ-ın hasilatın artırılması ilə bağlı təkidli tələblərinə məhəl qoymamağa davam edəcək.
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17

