Müxalifət niyə xalqdan səs ala bilmir?
24.10.2010 [11:24]
ölkəmiz mühüm siyasi hadisə-növbəti parlament seçkiləri ərəfəsindədir. ümumiyyətlə, demokratiyanın atributlarından sayılan seçki siyasi qüvvələrin sivil mübarizəsi və xalqın həmin siyasi qüvvələrə münasibətinin sərgilənməsi kimi xarakterizə olunur. Müstəqil Azərbaycanın dövlətçilik tarixində, yəni, 1993-cü ildən bu yana keçirilən bütün seçkilər Yeni Azərbaycan Partiyasının (YAP) yüksək qələbələləri ilə müşayiət olunub. Xalqımız bütün seçkilərdə bu partiyanın nümayəndələrinə etimad göstərib. Bunun səbəbləri isə ortadadır. Bu gün Azərbaycanın dövlət müstəqilliyinin qorunub inkişaf etdirilməsində, ölkənin daxili problemlərinin həllində YAP-ın xidmətləri əvəzedilməzdir.
Təəssüf ki, çoxpartiyalı siyasi sistemə malik Azərbaycanın siyasi palitrasında yer alan müxalifət qüvvələri dövlətçilik, vətənpərvərlik hisslərindən xeyli aralı düşüblər. Bu gün özünü müxalifət elan edən partiyalar ölkəmizin ümummilli problemləri ilə bağlı belə milli maraqlara zidd olan hərəkətlərə yol verirlər. özünü psevdomilliyyətçi kimi qələmə verən partiyalar Azərbaycan torpaqlarını zəbt edən və 20 ilə yaxın bir müddətdə işğal altında saxlayan Ermənistanın siyasi qüvvələri ilə “dostluq sazişi” imzalayırlar. Müsavat Partiyasının başqanı İsa Qəmbər isə hər cəhddə öz səhv addımına bəraət qazandırmağa çalışır. Halbuki, onun atdığı bu addımın başqa bir adı yoxdur...
ümumiyyətlə, müxalifətin bu cür qeyri-milli addımlar atması heç də birinci dəfə deyil. Hər zaman ölkəmizin beynəlxalq imicini zərbə altına qoymağa çalışan düşərgə təmsilçiləri keçirilən seçkilərdə yalnız Qərbin bir sıra maraqlı beynəlxalq qüvvələrinə üz tutmağa üstünlük verir. Əlbəttə ki, onlar dərk edirlər ki, seçkilərin nəticəsini xalqın rəyi, səsi həll edir və eyni zamanda, xalqın onlara qarşı münasibəti birmənalıdır. Bu səbəbdən də özlərini siyasi səhnədə saxlamaq üçün bu cür çirkin manipulyasiyalara əl atırlar.
Xalqın müxalifətə münasibətinin də arxasında məhz bu qüvvələrin atdıqları addımlar dayanır. ölkədə gedən iqtisadi-sosial inkişafı hər addımda qaralamağa çalışan bu partiyalar adi davranışları ilə də insanlarda ikrah hissi oyadır. Məsələn, özünü hər zaman “müxalifətin önündə sayan” AXCP və Müsavat kimi partiyaların rəhbərləri öz davranışları ilə, ətraflarına topladıqları insanlar ilə, əslində kim olduqlarını ortaya qoyurlar. Məsələn, Azərbaycan xalqı necə unuda bilər ki, bu gün efirdən, mətbuatdan pafoslu çıxışlar edən, yalan dolu fikirlərini ictimai rəyə sırımağa çalışan Əli Kərimli və İsa Qəmbərin “yetirməsi” Ruslan Bəşirli öz xalqının düşmənləri ilə sövdəgərlik edirdi. Milli hisslərdən uzaq olan bu şəxsin düşmən ölkənin casusları ilə bir stol arxasında əyləşərək konyak içməsinə necə bəraət qazandırmaq olar? Görünən dağa bələdçi lazım deyil. Ruslan Bəşirlinin bu addımı atarkən kimlərdən göstəriş alması da bəllidir. Əlbəttə ki, bu gün aşkar şəkildə ermənilərlə “dostluq sazişi” imzalayanların yetirmələri də elə bəşirlilər olmalıdır...
Və ya AXCP sədri Əli Kərimlinin mətbu
ruporunun işçilərinin qeyri-əxlaqi həyat tərzləri... İstər sonradan xaricə qaçırdaraq təmizə çıxarmaq istədikləri Aqil Xəlil, istər Xocalı soyqırımı günü “3 palma”da kef məclisi quran Qənimət Zahid, istərsə də bu kef məclisində öz baş redaktorunu tək qoymayan, bir müddət öncə isə iyrənc kadrlarla internet şəbəklərində dillərə dastan olan Azər Əhmədov kimi ətrafı olan, özünü siyasi lider sayan Əli Kərimli və İsa Qəmbər öz yalanlarına, böhtanlarına son vermək istəmirlər. Onlar hələ də Azərbaycanın inkişafının ziddinə getməyə, xarici havadarlarının köməyi ilə düşmənlərlə dostlaşmağa, əməkdaşlıq etməyə çalışırlar. Belə hərəkətlərdən sonra hansı üzlə xalqın qarşısına çıxıb ondan səs istəyirlər?
Amma Azərbaycan xalqı hər şeyi görür və dəyərləndirir. Bunun nəticəsidir ki, İsa Qəmbərin və ya Əli Kərimlinin yerə-göyə sığmayan iddiaları və pafoslu yalanları seçkinin nəticəsində öz əksini tapır. İndiyə kimi keçirilən seçkilərdə müxalifətin nəticə etibarı ilə 3-5 faizdən yuxarı səs toplaya bilməməsi bu deyilənləri sübut edir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

