Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İran Prezidentinin xanımı Əzəm əs-Səadət Fərəhi ilə görüşüb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İran Prezidentinin xanımı Əzəm əs-Səadət Fərəhi ilə görüşüb

19.11.2010 [09:43]

Noyabrın 17-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ölkəmizdə səfərdə olan İran Prezidentinin xanımı Əzəm əs-Səadət Fərəhi ilə görüşüb. Qonağı salamlayan Mehriban xanım Əliyeva Əzəm əs-Səadət Fərəhini Heydər Əliyev Fondunda görməkdən şad olduğunu bildirib. Heydər Əliyev Fondu haqqında məlumat verən Azərbaycanın birinci xanımı deyib ki, 2004-cü ilin may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi Ulu öndərin zəngin irsini öyrənmək və təbliğ etmək, ümummilli liderin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdır. Bununla yanaşı, Fond təhsil, səhiyyə, mədəniyyət, elm sahələri ilə bağlı genişmiqyaslı layihələr də həyata keçirir.
Heydər Əliyev Fondunun prezidenti qonağın diqqətinə çatdırıb ki, Fond uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşması, zəngin mədəniyyətimizin öyrənilməsi, təbliği işlərində də yaxından iştirak edir.
İran Prezidentinin xanımı Əzəm əs-Səadət Fərəhi Azərbaycana səfərindən məmnun olduğunu söyləyərək, doğma münasibətə və qonaqpərvərliyə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Qonaq Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə bu görüşün gələcək görüşlərin başlanğıcı olduğunu deyib. İran Prezidentinin xanımı Mehriban Əliyevanı Tehrana dəvət edib.
Azərbaycanın birinci xanımı dəvətə görə Əzəm əs-Səadət Fərəhiyə minnətdarlığını bildirib.
Mehriban xanım Əliyeva ölkəmizə səfəri çərçivəsində paytaxtımızla yaxından tanışlığın Əzəm əs-Səadət Fərəhidə xoş təəssürat yaradacağına ümidvar olduğunu söyləyib.
* * *
Noyabrın 17-də Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın adından ölkəmizdə səfərdə olan İran Prezidentinin xanımı Əzəm əs-Səadət Fərəhinin şərəfinə nahar verilib.

Paylaş:
Baxılıb: 975 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30