Təcili tədbirlər görülməsə...
28.07.2022 [10:35]
Əfqanıstan əhalisinin 97%-i yoxsulluq içində olacaq
Özbəkistan dünya ictimaiyyətini bu ölkəyə yardıma çağırır
Nicat DİLQƏMLİ
İyulun 25-26-da Özbəkistanda Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə “Əfqanıstan: təhlükəsizlik və iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib. Forumun strateji əhəmiyyəti və aktuallığı ondan ibarətdir ki, beynəlxalq konfransda 20-dən çox ölkənin nümayəndə heyətləri iştirak edib. Daşkənd ilk dəfə Mərkəzi və Cənubi Asiya, Avropa, Amerika, Yaxın Şərq, Asiyanın 20-dən çox dövlətinin Əfqanıstan üzrə xüsusi nümayəndələrini, Əfqanıstan nizamlanmasında bilavasitə iştirak edən Sakit okean regionu, BMT, Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı da daxil olmaqla onlarla beynəlxalq və regional təşkilatın rəhbərləri və mütəxəssislərini, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, eləcə də Əfqanıstan Müvəqqəti Hökumətinin nümayəndə heyətini bir platformada toplayıb.
Ekspertlərin qənaətinə görə, yeni format konstruktiv müzakirəyə və Əfqanıstanın yeni hakimiyyət orqanları ilə praqmatik dialoqun qurulmasına yönələn yanaşmaların inkişafına töhfə verəcək.
Rəsmi məlumata görə, milli dövlətçilik prosesinin başa çatdırılmasının əsas şərti kimi Əfqanıstanda ümummilli barışığın bərqərar olması üçün belə bir dialoqun diqqət mərkəzində Əfqanıstanın Müvəqqəti Hökuməti tərəfindən beynəlxalq ictimaiyyətin əsas tələblərinin yerinə yetirilməsi kimi məsələlər dayanıb.
Əfqanıstanın xarici işlər naziri vəzifəsinin icraçısı Əmirxan Mottaki Daşkənddə keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib ki, Əfqanıstanın yeni hakimiyyət orqanları ölkə ərazisinin terror təşkilatları tərəfindən istifadə edilməyəcəyinə zəmanət verir: “Əfqanıstan regionda sabitliyin pozulması mənbəyi olmayacaq. Hakimiyyət orqanları ölkə ərazisinin terror təşkilatları tərəfindən istifadə olunmayacağına zəmanət verir”.
Onun sözlərinə görə, Əfqanıstan hakimiyyətinin məqsədi bütün dünya ölkələri ilə qarşılıqlı hörmət əsasında diplomatik əlaqələr qurmaqdır. “Taliban” hərəkatının nümayəndəsi, eyni zamanda, hazırda iqtisadi inkişafın, bununla bərabər ölkənin Mərkəzi və Cənubi Asiyanın inkişafı üçün mərkəzə çevrilməsi perspektivinin diqqət mərkəzində dayandığını vurğulayıb.
Rəsmi məlumatda Əfqanıstanın misli görünməmiş humanitar və sosial-iqtisadi böhran yaşadığı xatırladılıb: “Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyasının məlumatına görə, 2022-ci ildə humanitar yardıma ehtiyacı olan əfqanların sayı ölkə əhalisinin 59%-ni təşkil edib. Belə ki, göstəricilərə əsasən, onların sayı 2021-ci illə müqayisədə 6 milyon artaraq 24,4 milyon nəfərə çatıb. Təcili tədbirlər görülməsə, Əfqanıstanın 2022-ci ilin sonuna kimi ümumi yoxsulluq həddindən də aşağı düşəcəyi, əhalinin 97%-nin yoxsulluq içində olacağı proqnozlaşdırılır. Vəziyyəti ölkəyə xeyli ziyan vuran təbii-iqlim fəlakətləri daha da gərginləşdirir. Belə ki, bu il iyunun 22-də Əfqanıstanın cənub-şərqində Paktika və Xost əyalətlərində baş vermiş zəlzələ nəticəsində 1000-dən çox insan həlak olub, 3000-ə yaxın sakin ağır xəsarət alıb, 4500 ev dağılıb. Bu yaxınlarda Qəzni, Zabul, Paktiya, Kabil, Pərvan, Nanqarhar, Kunar və Nuristan əyalətlərində güclü daşqınlar baş verib, 600-dən çox ev dağılıb, 1500-dən çox mal-qara tələf olub. Minlərlə hektar kənd təsərrüfatı sahəsinə bərpası mümkün olmayan ziyan dəyib”.
“Təbii ki, belə şəraitdə Özbəkistan ən yaxın qonşu kimi buna göz yuma bilməz. Onsuz da dərin sosial-iqtisadi böhrandan çıxmaq üçün mübarizə aparan Əfqanıstan təkbaşına artan problemlərin öhdəsindən gəlmək iqtidarında deyil. Bundan başqa, dövlət büdcəsinin 75%-i (11 milyard dollar) və iqtisadiyyatın 43%-i yaxın vaxtlara qədər beynəlxalq ianələr hesabına ödənilib, Əfqanıstanın 9,2 milyard dollarlıq dövlət ehtiyatları isə hələ də dondurulub. Bütün bu amilləri nəzərə alaraq biz əminik ki, bu gün Əfqanıstanın dünya birliyinin təcili yardımına ehtiyacı var”,- deyə məlumatda bildirilir.
Xəbər lenti
Hamısına baxDünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53

