Təxribatlar davam edir...
09.08.2022 [10:25]
Nicat DİLQƏMLİ
Azərbaycan-Ermənistan sərhədində artıq bir neçə gündür gərginlik müşahidə edilir. Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin avqustun 3-də Ordumuzun bölmələrinə qarşı törətdiyi terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qır?qız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.
Azərbaycan Müdafiə Nazirliyinin (MN) dünən yaydığı rəsmi açıqlamada isə ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimizin ümumilikdə 10 dəfə atəşə tutulduğu bildirilir: “Bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib”.
“Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb”.
Məlumatda qeyd olunur ki, şəxsi heyət və texnikamızda itki yoxdur: “Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bildiririk ki, son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
“Son vaxtlar Kəlbəcər və Laçın istiqamətində baş verən təxribatlara müxtəlif prizmalardan yanaşmaq olar”. “Yeni Azərbaycan” qəzetinə danışan hərbi məsələlər üzrə ekspert Ramil Məmmədli bu qənaətdədir. Ekspertin sözlərinə görə, məsələyə “Ermənistan nə istəyir?” sualı qoyaraq yanaşdıqda bəzi məqamlar ortaya çıxmış olur: “Onların düşüncəsinə görə, birinci məqam diqqəti yenidən Qarabağ probleminə, “münaqişənin həlli”nə yönəltmək məsələsidir. İkinci bir məsələ ermənilərin orada hansısa bir hüquqi statusa nail olmaq istəyidir. Sonuncu məsələ isə Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri icra etməməsidir. Bu məsələyə ümumiləşdirilmiş formada yanaşdıqda meydana çıxan məqam Ermənistan tərəfindən sülhün bərqərar olunması üçün atılan addımlarda siyasi iradənin nümayiş etdirilməməsidir”.
Hərbi ekspert hesab edir ki, Ermənistan, xüsusilə Kəlbəcər və Laçın istiqamətində atəşkəsi davamlı olaraq pozmaqla həmin ərazidə müəyyən hərbi-taktiki uğur qazanmaq istəyir, bununla yanaşı prosesdə mövcudluğunu sübut etməyə çalışır: “Təbii ki, bunun da əsas səbəblərindən biri üçtərəfli bəyanatın müddəalarının doğru-düzgün icra olunmamasıdır. Xüsusilə də 10 noyabr bəyanatının 4-cü bəndinin - Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən, Qarabağdan çıxması. Hesab edirəm ki, bu məsələ əsas məqamlardan biridir və Azərbaycan həmişə olduğu kimi, sonuncu dəfə də öz mövqeyini ortaya qoydu. Dövlətimizin başçısı sonuncu dəfə də bu məsələ ilə bağlı açıq şəkildə fikrini bildirdi”.
R.Məmmədli açıqlamasında hadisələrin belə davam edəcəyi halda anti-terror əməliyyatının qaçılmaz olduğunu da diqqətə çatdırıb: “Ermənistan hərbi birləşmələri oradan çıxmalıdır. Əks təqdirdə, bu cür qarşıdurmalar, təxribatlar olacaq. Və təəssüfedici hal da odur ki, proses belə davam edərsə, bir müddətdən sonra Azərbaycan təkrar olaraq anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalacaq”.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

