Tarix təkrarlanır
15.09.2022 [10:43]
Tovuz hadisələrindən 2 il 2 ay sonra...
Mübariz FEYİZLİ
Son otuz ilin xronologiyasına nəzər saldıqda görürük ki, təxribatlara əl atmaq, mülki insanlara qarşı vəhşiliklər törətmək işğalçı Ermənistanda bir növ ənənə halını alıb. Faktiki olaraq sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində, xüsusilə də respublikamızın Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində törətdikləri təxribatlar 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində qarşı tərəfin növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı.
Azərbaycan Ordusunun göstərdiyi qətiyyət və peşəkarlıq
Azərbaycan 44 günlük müharibədə şanlı Qələbə əldə edənədək düşmənin çoxsaylı məkrli əməlləri və təxribatları ilə üzləşib. 2020-ci il iyul ayının 12-də və sonrakı günlərdə Ermənistanın silahlı birləşmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti dəfə təxribata əl atdılar. Ön xətdəki mövqelərimiz düşmən qüvvələri tərəfindən qəfil artilleriya atəşinə məruz qaldı. Tovuz istiqamətində təxribat törədilən ərazilər qoşunların artıq tarixdə qalmış təmas xəttindən uzaqda yerləşir. Bu təxribatları törətməkdə düşmənin məqsədi yeni mövqelərdə möhkəmlənmək idi. O dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın rəsmiləri xaricdəki havadarlarının dəstəyindən ruhlanaraq “yeni torpaqlar uğrunda yeni müharibə” iddiaları səsləndirirdilər. Tovuz istiqamətində törədilən təxribatlar da bu ssenarinin tərkib hissəsi idi. Ancaq düşmən qüvvələrinin niyyəti baş tutmadı. 2016-2018-ci illərdə Lələtəpədə, Cünnütdə, Naxçıvanda olduğu kimi, bu dəfə də Silahlı Qüvvələrimiz Ermənistanın hərbi birləşmələrinə layiqli cavab verərək onları geri otuzdurmağa nail oldular. Şəhidlər versək də, sərhədlərimiz etibarlı şəkildə qorundu.
Tovuz istiqamətində törədilən təxribatların qarşısının ordumuz tərəfindən qətiyyətlə alınması, qarşı tərəfin böyük canlı qüvvə və texnika itkisinə məruz qalması Ermənistan rəhbərliyini daxili auditoriya qarşısında çətin vəziyyətə saldı. Nikol Paşinyan hökumətinin Ermənistan ordusunun gücləndirilməsi ilə bağlı indiyədək söylədiyi nağıl artıq bitmişdi. Ermənistanın yerli ictimaiyyəti, ələlxüsus da övladları təxribatlarda həyatları ilə vidalaşan əsgər və zabitlərin valideynləri N.Paşinyandan, əslində siyasi sifarişlər yerinə yetirən ordu rəhbərliyindən haqq-hesab tələb edirlər. Onlar soruşurlar ki, nə üçün övladları N.Paşinyanın məntiqsiz ambisiyalarına görə həyatlarını itirməlidirlər? Ölkədə müharibə cinayətlərinə nə vaxt son qoyulacaq?
Digər tərəfdən, işğalçı Ermənistan Tovuz döyüşləri ilə bağlı xaricdəki erməni diasporundan, beynəlxalq təşkilatlardan gözlədiyi dəstəyi ala bilmədi. Bir sıra xarici ölkələr və beynəlxalq təşkilatlar Ermənistanın təxribat cəhdlərini pisləyərək Azərbaycanın haqlı mövqeyinə güclü dəstək nümayiş etdirdilər. Hətta Ermənistan rəhbərliyinin forpost dövlətin üzvü olduğu KTMT ilə bağlı xəyalları da, necə deyərlər, daşlara dəyərək çilik-çilik oldu. İşğalçı dövlət yardım üçün quruma müraciət etsə də, buna nail olmadı - KTMT Tovuz istiqamətində gedən döyüşlərlə bağlı hansısa bəyanat səsləndirmədi, baş verənlərə ümumi sözlərlə münasibət bildirdi.
Yalan üzərində qurulan miflər dağıldı
Dövlət sərhədinin Tovuz istiqamətində düşmənin təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirilən əməliyyat zamanı 11 şəhid verdik. Şəhidlərimizin sırasında general Polad Həşimov da var idi. Ancaq itkilər versək də, Ordumuzun qətiyyəti, düşmənə layiqli cavab verməsi işğal altındakı torpaqlarımızın gec-tez geri qaytarılacağına böyük inam yaratdı. Artıq Ermənistanın süni şəkildə yaratdığı “məğlubedilməz ordu” mifi tamam dağılmışdı. Yuxarıda xatırlatdığımız əvvəlki uğurlu əməliyyatlar zamanı olduğu kimi, Tovuz hadisələri zamanı da biz qarşımızda pis təchiz olunmuş və şəxsi heyətin döyüş ruhu aşağı düşmüş hərbi birləşmələr gördük. Azərbaycan Ordusuna gəldikdə isə, əsgər və zabitlərimizə Vətən yanğısı, işğal altındakı torpaqları geri qaytarmaq təşnəsi hakim kəsilmişdi. Onlar hər an Ali Baş Komandanın “İrəli!” əmrinə hazır idilər. Döyüşlərdə general Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər igidlərimizin qəhrəmanlığı, şücaəti Azərbaycan hərbçilərinin Vətənə, Ali Baş Komandana sadiqliyini və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu bir daha göstərdi ki, düşmənin istənilən təxribatlarının qarşısını almağa və torpaqlarımızı işğaldan azad etməyə hazır və qadirdir.
Tovuz istiqamətində törədilən təxribatlar işğalçı ölkə üçün xarakterik olan daha bir məqama da növbəti dəfə diqqət çəkdi. Ermənistanın silahlı birləşmələri Azərbaycanla müharibədə həmişə açıq döyüşlərdən qaçıb. Eyni zamanda, Ermənistan artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib, bununla öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib. Ümumiyyətlə, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün tarixi boyu biz müşahidə etmişik ki, düşmən ölkənin hərbi qüvvələri döyüş meydanlarında ağır məğlubiyyətə uğradıqdan sonra dinc əhaliyə qarşı hərəkətə keçiblər, şəhərlərimizi, kəndlərimizi atəşə tutublar. Müharibə hərbi qüvvələr arasında aparılır. Ermənilər isə Xocalı şəhərini yerlə-yeksan etməklə, burada 613 dinc sakini qətlə yetirməklə bütün insanlıq sərhədlərini keçiblər və humanizm dəyərlərinin onlara aid olmadığını sübuta yetiriblər. 2016-cı ilin Aprel döyüşləri də məhz bu ssenari əsasında təşkil edilmişdi. O vaxt da Ermənistan tərəfindən zəbt edilmiş mövqelərdən kəndlərimiz müntəzəm olaraq atəşə tutulurdu. Tovuz istiqamətindəki təxribatlarda da namərd güllələri dinc sakinlərə tuşlanmışdı. Bu dəfə 76 yaşlı ahıl vətəndaşımız düşmən gülləsinin qurbanı oldu. Tovuz hadisələrində ağır məğlubiyyət acısı yaşayan qarşı tərəf daxili auditoriyanı sakitləşdirmək, Ermənistanda müharibə cinayətlərinin dayandırılması şüarları ilə keçirilən etiraz mitinqlərini müəyyən qədər səngitmək məqsədilə Azərbaycanın uzaq şəhərlərinin vurulması iddialarını dövriyyəyə buraxmaq məcburiyyətində qaldı.
Müqayisələr nə deyir?
Müharibədən əvvəl Prezident İlham Əliyev Ordumuzun uğurla həyata keçirdiyi döyüş əməliyyatlarına istinad etməklə torpaqlarımızın geri qaytarılacağını, ökənin ərazi bütövlüyünün təmin olunacağını qətiyyətlə bəyan edirdi. Azərbaycanın dövlət başçısı elə siyasətçidir ki, O, nəyi nə vaxt və necə etməyi hamıdan yaxşı bilir. Düşmənə layiqli şəkildə cavab verməyin məqamı da məhz Tovuz hadisələrindən cəmi bir neçə ay sonra-sentyabrda yetişdi. Ermənistanın hərbi birləşmələri 2020-ci il sentyabrın 27-də keçmiş təmas xətti boyunca növbəti təxribatlara əl atdılar. Artıq bu, qırmızı xəttin keçilməsi idi. Düşmən cəzalandırılmalı idi və cəzalandırıldı da. Sentyabrın 27-də düşmənin təxribatlarına Azərbaycan Ordusu əks-həmlələrlə cavab verdi. İlk baxışda Ermənistana məxsus hərbi birləşmələrin 30 il ərzində qurulan istehkamları keçilməz görünürdü. Köstəbək yuvalarına bənzəyən bu istehkamlar bir neçə mərhələdə yaradılmışdı. Düşmən güman edirdi ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt yara bilməyəcək. Ancaq əsgər və zabitlərimiz xarüqələr göstərdilər, Ali Baş Komandanın bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdilər və torpaqlarımızı işğaldan azad etməyə nail oldular. Beləliklə, 44 günlük müharibədə Ermənistan diz çökdü, kapitulyasiyaya məruz qaldı, tarixi ədalət bərpa olundu. Avqusun 26-da Azərbaycan Ordusu Laçın şəhərində, Zabux və Sus kəndlərində yerləşdi. Burada da himnimiz səsləndi, üçrəngli bayrağımız dalğalandı.
Müharibədən əvvəlki dövrlə indiki mərhələnin müqayisəsini apardıqda Azərbaycanın çətin, lakin şərəfli bir yol keçdiyinin şahidi oluruq. Müharibədən əvvəlki dövrdə düşmən Tovuz və digər istiqamətlərdə təxribatlar törədərkən tamam fərqli ampluada idi-qeyd etdiyimiz kimi, yeni torpaqlar zəbt etməyə can atırdı. İndi isə qarşımızda məğlub və aciz durumda qalan Ermənistan var. Bu ölkə çabalayır, vurnuxur, ancaq əlindən təxribatlar törətməkdən başqa bir iş gəlmir. Qalib Azərbaycan isə planlarını gələcəklə, inkişafla, işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməklə bağlı qurur.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

