Zəngəzur boşaldılır?
21.09.2022 [10:17]
40 min ermənidən 7.5 mini artıq bölgəni tərk edib
2020-ci il 10 noyabr üçtərəfli bəyanatı imzalayan Ermənistan üzərinə bir sıra öhdəliklər götürüb. Bu öhdəliklərdən biri də Zəngəzur dəhlizinin açılması və Azərbaycanla Naxçıvan arasında quru yolun istifadəyə verilməsidir.
Təəssüfləndirici haldır ki, münaqişənin bitməsindən iki ilə yaxın müddət keçməsinə baxmayaraq, Ermənistan bu öhdəliyi hələ də yerinə yetirməyib. Ermənilərin son hərbi təxribatı isə iki ölkə arasında dayanıqlı sülhün yaranmasına maneə sayılır.
Bu arada Rusiyanın birinci dərəcəli dövlət müşaviri, “Regnum” xəbər agentliyinin baş redaktoru Modest Kolerov bildirib ki, Zəngəzurda yaşayan 40 min ermənidən 7.5 mini artıq bölgəni tərk edib. O deyib ki, belə davam etsə, əhali gedəcək, Zəngəzur boş qalacaq: “Yerli erməni əhalisi olmadığı halda, yeganə həyat əlaməti azərbaycanlıların Naxçıvana tranziti olacaq, bu da Azərbaycan polisinin iştirakı ilə həyata keçiriləcək”.
Bu kimi informasiyalar və ya açıqlamalar nəyə xidmət edir? Ümumiyyətlə, ermənilər niyə Zəngəzur dəhlizinin açılmasından qorxur. Və ya hansı səbəbdən kommunikasiyaların açılmasını ləngidir?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, bu kimi açıqlamalar prosesin inkişafından çox yubanmasına xidmət edir. Çünki Azərbaycan dövləti hər zaman bəyan edib ki, Zəngəzurla bağlı bu kimi planları mövcud deyil: “Bizim xüsusi planlarımız var. Bu planlar isə özündə yolların açılmasını, kommunikasiyanın bərpasını, yüklərin və sərnişindaşımanın təmin olunmasını ehtiva edir. Əlavə gərginliyin yaranması üçün səbəblər bizə lazım deyil. Guya orada heç kim qalmayacaq və orada bizim polisimiz dayanacaq, hətta Azərbaycanın Zəngəzur ərazisini özünə ilhaq edəcək şəklində irəli sürülən iddialar əsassızdır. Bu kimi iddialardan isə bəzi xarici dövlətlər Azərbaycana təzyiq kimi istifadə etməyə çalışır. Bu sırada böyük dövlətlər, hətta bəzi regional dövlətlər də var. Onlar açıq-aşkar bu iddiaları əllərində əsas tutaraq bildirirlər ki, biz Azərbaycanın Zəngəzuru işğal etməsinə icazə vermərik. Bu cür əsassız iddialar həmin dövlətlərin əlinə “əsas” vermiş olur. Bunlar hamısı boş fikirlərdir. Danışıqlar prosesində bu kimi məsələ yer almır”.
O ki qaldı ermənilərin həmin ərazilərdən çıxmasına, politoloqun fikrincə, bu kimi davranışlar onların adətidir. Müəyyən gərginlik yaranan kimi, müharibə havası hiss edildikdə qaçırlar. “Gərginliyin yaranmasına da Ermənistan günahkardır. Onların siyasəti ardıcıl siyasət deyil. Vaxtilə normal şəkildə bütün yolların, kommunikasiyaların açılması ilə bağlı qərar verilsəydi, hərbi təxribatlara əl atmasaydılar, bu kimi gərginliklər yaşanmazdı. Ermənilərin bu davranışları isə nə Azərbaycanın, nə Rusiyanın maraqlarına uyğun deyil. Onlar bütün regionun, regional oyunçuların maraqlarına uyğun davransaydılar, prosesi yubatmasaydılar və öz xeyirlərinə uyğun addımlar atsaydılar, bu cür vəziyyət yaranmazdı. Ermənistan elə düşünür ki, Zəngəzur kartından alver predmeti kimi istifadə edə bilər. Yəni, biz sizə Zəngəzuru açırıq, siz də bizə müəyyən məsələlərdə güzəştlər edin. Bu isə bizim üçün yolverilməzdir. Biz heç kimlə ərazi bütövlüyümüz və ya başqa şərtlər üzərindən alver etmək fikrində deyilik. Zəngəzur dəhlizini açmaq onların borcudur. Çünki üçtərəfli sazişdə bununla bağlı xüsusi müddəalar mövcuddur və Ermənistan bununla bağlı üzərinə öhdəlik götürüb”, -deyə İ.Vəlizadə əlavə edib.
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

