Ermənistan delimitasiyadan niyə qaçır?
23.09.2022 [10:09]
İlham Əliyev: Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur
Nardar BAYRAMLI
Azərbaycan Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması üçün Ermənistana sülh sazişi imzalamağı, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyasını təklif edib. Amma qarşı tərəf hələ də ölkəmizin təşəbbüslərinə müsbət cavab verməyib. Əksinə, rəsmi İrəvan vaxtaşırı hərbi təxribatlar törədərək bölgədə vəziyyəti gərginləşdirməyə çalışır.
Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində səfərdə olarkən bu məsələyə münasibət bildirib. “İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər”,-deyən dövlət başçısı qeyd edib ki, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. “Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”, - deyə İlham Əliyev vurğulayıb.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, dövlət sərhədləri elə-belə müəyyən olunmur, bu iş müvafiq kriteriyalar əsasında aparılır. Onun sözlərinə görə, siyasi coğrafiyanın nəzdində olan limologiya elmi məhz sərhədləri tədqiq edən elmi istiqamətdir: “Ümumiyyətlə, sərhədlərin müxtəlif növləri var. Sərhədlər müəyyən olunanda morfoloji və tarixi amillər nəzərə alınır. Adətən, sərhədlər coğrafi obyektlər üzərində qurulur. Yəni çaylar, dağ silsilələri və s. üzərindən iş aparılır. Burada morfoloji amil deyəndə, sərhədlər adətən dağların ən hündür hissələrinə əsasən müəyyən olunur. Azərbaycan da bu prinsipləri əsas götürür. Həmin regionda ən hündür dağlar Azərbaycana aiddir. Sərhədlər bu dağların üstündən keçməklə müəyyənləşəndə daha aşağıda yerləşən ərazilərə vizual nəzarəti təmin etmək imkanı verir”.
Politoloq qeyd edib ki, Ermənistanın 30 il ərzində həmin sərhədləri çəkmək üçün vaxtı və imkanı var idi. Lakin bunu etmədikləri üçün bu gün biz edirik. Delimitasiya prosesinə gəlincə, tərəflər birgə komissiya yaradaraq coğrafi obyektləri müəyyənləşdirir, sonra qarşılıqlı şəkildə sərhədləri müəyyən etməlidirlər. Bundan sonra isə müvafiq şərtlərlə mühəndis işləri görülməlidir. Mühəndis işləri görüləndə də hər iki tərəf razılıq əsasında öz mövqelərini müəyyən etməlidirlər. Hazırda Azərbaycan bu prosesi birtərəfli qaydada həyata keçirir. Çünki dövlətimiz bu işi birgə aparmağı təklif etsə də, ermənilər bundan boyun qaçırırlar. Biz də imkan verə bilmərik ki, sərhədlərimiz nəzarətsiz qalsın.
Sərhədlərin müəyyənləşdirilməsi üçün hazırda müxtəlif xəritələrin olduğunu deyən İ.Vəlizadə söyləyib ki, sovet dövrünün də bir neçə xəritəsi var: “1920-1930-cu illərin xəritələri mövcuddur. Ən son xəritələr isə 1970-ci illərdə müəyyən olunub. Ermənistan 1970-ci illərin xəritəsi ilə kifayətlənmirsə, biz deyirik ki, gəlin bütün xəritələri ortaya qoyaq və onların əsasında iş aparaq. Amma əsas oriyentir kimi 1970-ci illərə aid sərhəd xəritəsi götürülür. Digər xəritələr də müzakirə olunur. Biz deyirik ki, 1920-1930-cu illərdə xüsusilə Zəngəzurda inzibati ərazi bölgüsünün təkmilləşdirilməsi adı ilə aparılan prosesdə Azərbaycandan bir sıra ərazilər qoparılaraq Ermənistana verilib. Guya o vaxtlar ermənilərin təsərrüfatla məşğul olmaq üçün torpaqları az olub. Ona görə də, həmin istiqamətdə yaylaqlar, qışlaqlar Ermənistana verilib. İndi biz də deyirik ki, 1930-cu illərin xəritəsi aktualdırsa, bunu da müzakirələrə daxil edək. 1970-ci illərdə də təsərrüfat məqsədilə Ermənistana torpaq verilibsə, hazırda SSRİ mövcud olmadığı üçün həmin prinsiplər də qüvvədən düşüb. Belə olan halda həmin ərazilər bizə qaytarılmalıdır”.
Həmsöhbətimizin fikrincə, Ermənistanın müzakirələrdən boyun qaçırmasının digər bir səbəbi də eksklav ərazilərlə bağlıdır: “Delimitasiya prosesi həyata keçirilərkən, Ermənistan eksklav əraziləri bizə qaytarmalıdırlar. Onlar çox vacib coğrafi mövqedə yerləşən ərazilərdir. Məsələn, Naxçıvanın Kərki kəndi çox strateji mövqedə yerləşir. Həmin kəndin ərazisində yerləşən yüksəklik vasitəsilə Türkiyə sərhədinə qədər vizual nəzarət edə bilərik. Eləcə də Qazaxın Əskipara kəndindən Ermənistandan Gürcüstana gedən yollara nəzarət etmiş oluruq. Bütün bu səbəblərdən Ermənistan müxtəlif bəhanələrlə delimitasiya prosesini uzadır. Nəticədə də sərhəddə gərginliklər yaranır”.
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

