YAP Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyatdan keçirilməsini təklif edir
29.01.2011 [09:36]
“Hakim Yeni Azərbaycan Partiyasının (YAP) “Siyasi partiyalar haqqında” qanunun qəbulu ilə bağlı bir neçə blokdan ibarət təklifləri var”. Bunu APA-ya açıqlamasında YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, təklif olunan birinci blok partiyaların hüquqi təsnifatı, yəni, onların yenidən qeydiyyata alınması ilə bağlıdır: “Bu, qanunda əksini tapsa, yaxşı olar. Hesab edirik ki, partiyaların təkrar qeydiyyatı prosesinə baxılmalıdır. çünki, partiyaların, hətta, ticarət, alış-veriş obyektinə çevrilməsi halları da olub. Məsələn, bir adam 1991, 1992-ci ildə partiya yaradıb. Başqa birisi gəlib o partiyanı alıb sədri olub. Azərbaycanda bu cür hallar olub, buna onlarla misal çəkə bilərəm. Hesab edirik ki, hər hansı siyasi partiya seçicilərin - hazırda seçicilərin sayı təxminən 5 milyondur - 0,1 faizinin, yəni, 5 mininin imzasını yığıb təqdim edirsə, qeydiyyata alına bilər. Başqa dövlətlərdə bu təcrübə mürəkkəbdir, biz daha asan variant təklif edirik. Məsələn, Ukraynada həmin imzaların hansı şəhərdən nə qədər toplanılması kimi şərtlər də var. Biz isə imzaların 125 Seçki Dairəsinin 50%+1-dən toplanmasını təklif edirik. çünki partiya bir kəndi, yaxud bir şəhəri deyil, ölkəni təmsil edir. Belə məhdudiyyət olmasa, sabah bir kənd, ya qəsəbə durub deyər ki, imza toplamışıq, partiya yaradırıq”.
S.Novruzov bildirib ki, YAP-ın təkliflərinin ikinci hissəsi dünya praktikasına əsasən, bir neçə il fəaliyyət göstərməyən partiyaların qeydiyyatının ləğv olunmasından ibarətdir: “üçüncü məsələ isə partiyaların maliyyələşməsi ilə bağlıdır. Biz maliyyələşmə ilə bağlı üç şkala təklifini irəli sürmüşük. Bəzi partiyalar maliyyə yardımını bir, bəziləri iki, bəziləri isə üç şkala üzrə alacaq. Belə ki, dövlət qeydiyyatından keçən partiyaların hamısına maliyyə yardımı ayrılması nəzərdə tutulub - bu, birinci şkaladır. İkinci şkalada parlament seçkilərində iştirak edib aldığı səslərin miqdarı, üçüncü şkalada isə parlamentdə qazanılan yerlərin sayı götürülür. Bu, çox ədalətli üsuldur. Bunun üçün isə əvvəlcə qanunun qəbulu, sonra isə partiyaların qeydiyyata alınmasına başlamaq lazımdır. Yəni, hazırda dövlət qeydiyyatına alınmış partiyalar da yenidən qeydiyyata alınmalıdır”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

