Ter-Petrosyan da etiraf etdi - bu kapitulyasiyadır...
28.09.2022 [10:39]
Ermənistan sülhü imzalamasa, daha ağır şərtlərlə üzləşə bilər
P.İSMAYILOV
“Ermənistan çətin və ağrılı qərarlar qarşısındadır, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq”. Bu fikri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib. Onun fikrincə, bu, heç kim üçün xoş deyil, amma elə an gələcək ki, başqa seçim qalmayacaq. Ter-Petrosyanın sözlərinə görə, əgər Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək. Eyni zamanda, ölkəsinin birinci prezidenti Ermənistanın kapitulyasiyası imzalamasına da münasibət bildirib: “Tarixdə Ermənistandan qat-qat güclü dövlətlərin təslim olması halları çox olub. Dünyada elə bir qonşu ölkə yoxdur ki, onlar arasında sülh sazişləri imzalanmasın. Bəli, bu, Ermənistanın kapitulyasiyasıdır”.
O, əmin olduğunu vurğulayıb ki, kimin ölkə üçün belə ağır qərarlar verməsindən asılı olmayaraq, onu satqın adlandıracaqlar. Onun sözlərinə görə, hazırda Paşinyanın yerinə gələn hər kəs, yəqin ki, daha xoşagəlməz sənədə imza atacaq. Yeri gəlmişkən, bütün ermənilərin katolikosu II Qaregin Ermənistanın eks-prezidentləri Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və separatçı rejimlərin başçıları olmuş Arkadi Qukasyan və Bako Saakyanın iştirakı ilə Eçmiədzində görüş də keçirib. Həmin görüşə toxunan Ter-Petrosyan belə müzakirələrin davamlı olacağını da istisna etməyib.
Əslində, Ter-Petrosyanın açıq şəkildə Ermənistanın kapitulyasiya imzaladığını etiraf etməsi, sülh müqaviləsinin vacib şərt olmasını dilə gətirməsi bir çox məqamlardan xəbər verir. Eks-prezident anlayır ki, sülh müqaviləsi hazırda hamıdan çox Ermənistana gərəkdir.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Ter-Petrosyan artıq neçə illərdir bəzi həqiqətləri dilə gətirir. Amma onu heç kim eşitmir: “Başqa sözlə, Ermənistan cəmiyyəti, siyasi elita olaraq həm müxalifət, həm də iqtidar sanki kar və kordur. Cəmiyyət bu mesajları eşitmir, dərk etmir. Ter-Petrosyan reallıqları deyib. Sadəcə olaraq ictimai rəy, bu cür həqiqətləri qavramır, olduğu kimi qəbul etmir, barışmır. Bu həqiqəti anlasaydılar, yəqin ki, hansısa praktiki addımlarda bunu görmək mümkün olardı. Levon Ter-Petrosyan deyir ki, bu oyunları qurtarmaq, reallıqları, məğlubiyyəti qəbul etmək lazımdır. Ermənistan qəbul etməlidir ki, resursu yoxdur və kapitulyasiya imzalayıb. Bu mənada, Ermənistanın sülh prosesində nəyinsə alverini etmək imkanları da yoxdur. Ermənistanın belə bir imkanı olsaydı, bunu çoxdan edərdi. Paşinyan son dövrlərdə tez-tez Qərbə səfərlər edir. Erməni baş nazir Nyu-Yorku və Parisi ziyarət edib. O, Qərb ölkələrinin dəstəyini qazanmaq istəyir. Amma həm ABŞ-dan, həm də Fransadan eyni cavabı eşidib - get danışıqlar apar. Qərb də anlayır ki, Ermənistan elə bir vəziyyətdədir ki, ona dəstək vermək əbəsdir. Heç bir resursu olmayan bir ölkəyə hansı dəstəyi vermək olar? Ermənistan digər ölkələrin resursları ilə özünün siyasətini qura bilməz”.
Ter-Petrosyanın “Paşinyanın yerinə bir başqası gəlsə, bundan ağır şərtlərlə sülh imzalayacaq” fikrinə gəldikdə isə, politoloq qeyd edib ki, keçmiş prezident burada bir məqamı da göstərir. “Petrosyan göstərir ki, revanşist qüvvələrin hakimiyyətə gəlişi daha ağır nəticələrə yol açacaq. O, bununla vəziyyətin hansı dərəcədə acınacaqlı və sülh müqaviləsinin qaçılmaz olduğunu göstərir. Petrosyan deyir ki, hazırki şərtlərlə sülhü imzalamasaq daha ağır şərtlərlə sülh imzalamalı olacağıq. Yeri gəlmişkən, Ter-Petrosyan 1997-ci ildə də bildirmişdi ki, Qarabağ məsələsini fürsət varkən həll etməliyik. O deyirdi ki, Ermənistan qalib ölkədir və müəyyən şərtləri diktə etmək iqtidarındadır. Amma vaxt gələcək bunu edə bilməyəcəyik. Artıq illər keçib və onun sözləri reallaşıb. Petrosyan yenə də eyni şeyi deyir. Əgər indiki Azərbaycanın təklif etdiyi şərtlərlə sülh müqaviləsi imzalanmasa, Ermənistan daha ağır şərtlərlə üz-üzə qala bilər”, - deyən İ.Vəlizadə II Qareginin keçirdiyi toplantıya da toxunub. O bildirib ki, revanşistlər öz üzərlərinə məsuliyyət götürmək istəmirlər. Onlar üçün kimsə bu sülhə qol çəkməlidir və məsuliyyəti öz üzərinə götürməlidir: “Sonra isə həmin revanşistlər meydanlara çıxaraq bunu təslimçilik siyasəti adlandıracaqlar. Onların əsas məqsədi sülh müqaviləsi yox, hakimiyyətə gəlməkdir. Revanşitslər reallığı görür və dərk edirlər. Bununla belə, öz siyasi məqsədləri üçün sülhün imzalanmasını fərqli istiqamətə yozacaqlar. Çünki bu insanların əsas məqsədi hakimiyyətə gəlməkdir”.
Xəbər lenti
Hamısına baxSosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07

