Ermənistanın Rusiyaya xəyanəti...
11.10.2022 [10:11]
Aleksandr Puşkinin “sən qorxaqsan, sən köləsən, sən ermənisən” fikri bir daha özünü doğruldur
Nardar BAYRAMLI
Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda qəbul olunmuş bəyanat erməni cəmiyyətində müəyyən gərginlik yaradıb. Buna səbəb isə Ermənistanda rusiyapərəstlərlə qərbyönümlülər arasında qarşıdurmanın güclənməsidir. Sözügedən bəyanatda Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan isə bu missiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Bu o deməkdir ki, həmin missiya ölkəmizin ərazisində olmayacaq, sadəcə olaraq müvafiq qurumlarımızla əməkdaşlıq edəcək. Beləliklə, Azərbaycan güclü və öz mövqeyini qətiyyətlə müdafiə etməyi bacaran dövlət kimi Ermənistanın və onun tərəfdaşlarının formalaşdırdığı koalisiyaya qarşı açıq mübarizə aparır. Dövlətimiz bu məsələdə öz mövqeyini qətiyyətlə müdafiə edir və hər hansı güzəşt ideyasını qəbul etmir.
Lakin Ermənistan bu addımı ilə müstəqil dövlət olmadığını bir daha təsdiqlədi. Xüsusilə, indiyədək Rusiyanın forpostu kimi tanınan Ermənistanın mövqeyini dəyişərək Qərbə üz tutması bu ölkənin Rusiyaya münasibətdə açıq xəyanət kimi qəbul olunur. Məlumdur ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazası mövcuddur, eləcə də rəsmi İrəvan KTMT-yə üzv olmaqla Moskvanın qanadları altına sığınmağı üstün tutmuşdu. Lakin son zamanlar Paşinyan hakimiyyətinin sərgilədiyi mövqe, xüsusilə Ermənistana Avropa İttifaqının və Fransa missiyasının dəvət edilməsi ermənilərin öz “ağasına” qarşı çıxması kimi qəbul edilir.
Bəs Ermənistanın bu xəyanəti nədən qaynaqlanır? Tarixi təcrübə göstərir ki, ermənilər hansı coğrafi məkanda, hansı dövlət ərazisində yaşayıblarsa, həmin dövlətlərə və xalqlara xəyanət ediblər. Buna nümunə kimi Osmanlı dövlətini göstərmək olar. Eyni zamanda, çar Rusiyası tərəfindən Azərbaycan xalqının tarixi torpaqlarına köçürülən ermənilərin xalqımıza qarşı törətdikləri xəyanətlər, cinayətlər hər kəsə məlumdur. Deyəsən, indi də növbə onlara hər zaman himayədarlıq etmiş Rusiyaya çatıb. Bu məqamda XIX əsrin əvvəllərində böyük rus şairi Aleksandr Puşkinin ermənilər haqqında dediyi “sən qorxaqsan, sən köləsən, sən ermənisən” kəlamı yada düşür. Bu bənzətmə ilə Puşkin yəqin ki, belə çılız xarakterə sahib olan ermənilərin nə vaxtsa onlara da xəyanət edə biləcəyinə də eyham vurub. Əslində isə, ermənilər onu qoruyanlara arxadan zərbə vuracaqlarını özləri də etiraf edir. Erməni şairi Yegişe Çarenzunun “bizdə ikiüzlülük ananın bətnində yaranır” fikri bunun açıq sübutudur.
Diqqətçəkən məqamlardan biri də odur ki, Ermənistanın xəyanəti məhz Rusiyaya qarşı Qərbin və Avropanın təzyiqləri fonunda baş verir. Yəni Rusiyanın beynəlxalq miqyasda mövqeləri nisbətən zəifləyən kimi ermənilər də dərhal rəsmi Moskvaya qarşı mövqeyini mənfi mənada dəyişib. Praqa görüşündə Ermənistanın öz ərazisində Aİ-Fransa missiyasını qəbul etməsi Rusiyada kəskin tənqid olunur. Belə ki, rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Ermənistan yeni himayədarlar axtaran etibarsız ölkədir və Rusiya bununla bağlı müvafiq nəticələr çıxaracaq. Onun sözlərinə görə, Ermənistan Qərbə tərəf yönəlməyə çalışır: “Bir müddətdir ki, Ermənistanın davamlı şəkildə Qərbə yönəlməsinin şahidi oluruq. Hazırda Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı, Fransa və ABŞ-ı Cənubi Qafqaz regionundakı proseslərə cəlb etməyə çalışır”. Korotçenkonun fikrincə, Rusiyanın siyasi dairələrində Avropa İttifaqının mülki missiyasının Azərbaycan və Ermənistan sərhədində fəaliyyət göstərməsi ilə bağlı razılaşmanın əldə olunması İrəvanın Moskva qarşısında müttəfiqlik və tərəfdaşlıq öhdəliklərindən uzaqlaşması kimi qiymətləndirilir. Bu da Ermənistanın Rusiyaya növbəti xəyanətidir.
Hərbi ekspert Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin aydın, ardıcıl siyasətini qeyd edib: “Bununla Azərbaycan Paşinyanın qərarından mümkün qədər uzaqlaşıb. Bu, yekun bəyanatda da öz əksini tapıb”.
“Ermənistanın baş naziri Nikol Paşinyan ikiüzlü və xəyanətkardır”. Bu fikirləri isə Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, politoloq Anton Bredixin deyib. Yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması və Praqa görüşündən danışan rusiyalı politoloq Qərbin səmimiyyətinə inanmadığını söyləyib. Onun fikrincə, Qərbin sülh üçün irəli sürdüyü təkliflər adekvat deyil.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

