Vergi sistemində əldə olunan nailiyyətlər Ümummilli liderimizin adı ilə bağlıdır
12.02.2011 [09:31]
Fevralın 11-i Vergilər Nazirliyinin yaradılmasının 11-ci ildönümü və vergi xidməti əməkdaşlarının peşə bayramıdır. Bu münasibələ nazirliyin rəhbərliyi və əməkdaşları Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad olunub.
Vergi xidməti əməkdaşları, həmçinin, Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” kompleksinin önünə əklil qoyublar.
Jurnalistlərə açıqlama verən vergilər naziri Fazil Məmmədov deyib ki, vergi xidməti işçilərinin peşə bayramı Prezident İlham Əliyev tərəfindən təsis edilib. Vergilər Nazirliyi isə 2000-ci il fevralın 11-də Ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılıb. Onun sözlərinə görə, bu gün vergi sistemində əldə olunmuş hər hansı bir nailiyyət varsa, bu, bilavasitə ümummilli liderimizin adı ilə bağlıdır. Bugünkü inkişaf addımları isə Prezident İlham Əliyevin respublikada apardığı məqsədyönlü iqtisadi siyasətin tərkib hissəsidir.
Sonra Bakı Biznes Mərkəzində vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş “İqtisadi inkişafa xidmət edən vergi islahatları” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbiri giriş sözü ilə açan vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Vergilər Nazirliyinin yaradılmasından ötən 11 il ərzində ölkəmizdə bir çox siyasi və sosial-iqtisadi problemlərin uğurla həll edildiyini, demokratik dövlət quruculuğu prosesinin dönməz xarakter aldığını, regionda lider dövlətə çevrilən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun müqayisəolunmaz dərəcədə artdığını iştirakçıların nəzərinə çatdırıb. Qeyd edilib ki, ardıcıllıqla həyata keçirilən dinamik iqtisadi inkişaf strategiyası, kompleks proqramlar və modern ideyalar əsasında reallaşdırılan quruculuq işləri nəticəsində ölkənin iqtisadi potensialı əhəmiyyətli dərəcədə artıb, əhalinin həyat səviyyəsi yüksəlib: “Bütün dünyanı bürümüş maliyyə böhranına baxmayaraq, təkcə 2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə yönəldilmişdir. İnvestisiyaların strukturunda daxili investisiyaların payının çoxalması, qeyri-neft sahələrinə yönəldilən sərmayələrin neft sənayesinə qoyulan sərmayələri üstələməsi iqtisadiyyatın diversifikasiyasını və dayanıqlılığını şərtləndirmişdir”.
“Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilməsinə başlanmış vergi siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan mütərəqqi islahatlar nəticəsində vergi qanunvericiliyi və inzibatçılığı daha da təkmilləşdirilib” deyən nazir Azərbaycanın müasir Avropa standartlarına cavab verən vergi qanunvericiliyi bazasına malik olduğunu və onun təkmilləşdirilməsi üçün lazımi tədbirlər görüldüyünü bildirib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi vergi ödəyiciləri üçün bərabər iqtisadi şərait yaradır, vergi ödəyiciləri arasında diskriminasiyaya yol vermir: “Qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində hüquqi şəxslərin mənfəət vergisi ilə fərdi sahibkarların gəlir vergisinin dərəcəsi uzlaşdırılıb, rezident və qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükü bərabərləşdirilib ki, bu da investisiya yatırılmasını şərtləndirən əsas amillərdəndir. Vergi Məcəlləsinin təkmilləşdirilməsi prosesində mütəxəssislər və sahibkarlar, Vergilər Nazirliyinin Ekspert Komissiyasının üzvləri, iqtisadçı alimlər yaxından iştirak edirlər. Vergi yükünün səviyyəsi ölkədəki iqtisadi reallıqlara uyğundur, vergi dərəcələri mütəmadi olaraq aşağı salınır. 2010-cu ilin yanvar ayının 1-dən etibarən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizədək, gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizədək endirilib, fərdi sahibkarlar üçün gəlir vergisi 20 faiz səviyyəsində müəyyən edilib”.
“Elektron hökumət” layihəsinin tərkib hissəsi olan Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin vergi ödəyicilərinə ən mütərəqqi xidmətləri təqdim etməyə imkan verdiyini bildirən nazir qeyd edib ki, Azərbaycan MDB məkanında elektron bəyannamələri tətbiq etmiş ilk ölkələrdən biridir: “ötən ilin yekununa görə, Azərbaycanda ƏDV ödəyicilərinin 99.9 faizi, digər vergi ödəyicilərinin isə 82.6 faizi bəyannamələrini elektron formada təqdim ediblər. çox uğurlu və unikal bir layihə olan ƏDV depozit hesablarını tətbiq edildiyi 3 il ərzində ödənilən ƏDV-nin ümumi məbləği 2 dəfəyə yaxın artıb”.
Hazırda Vergilər Nazirliyinin Avropa Şurasının Twininq proqramı çərçivəsində ölkəmizdə elektron auditin tətbiqi üzərində işlədiyini bildirən nazir qeyd edib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində və “2011-ci il üçün dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə ölkə başçısının imzaladığı 24 noyabr 2010-cu il tarixli Fərmanında vergi orqanları qarşısında qoyulmuş konkret tapşırıqların həlli vergi orqanlarının bütün qüvvələrinin səfərbər olunmasını tələb edir. Bu istiqamətdə aparılan işlər barədə məlumat verən nazir səhmlərinin 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslərin vergi hesablamaları və ödəmələrinin vergitutma bazası ciddi təhlil olunduğunu, potensial mənbələrin aşkarlanaraq vergiyə cəlb olunması istiqamətində tədbirlərin həyata keçirildiyini bildirib: “Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən investisiya layihələri üzərində vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, həmin layihələr üzrə tenderlərdə qalib gəlmiş vergi ödəyicilərinin fəaliyyətinə vergi nəzarətinin gücləndirilməsinə, vergi ödəyicilərində iş yerlərinin rəsmiləşdirilməsinə və əməkhaqlarının leqallaşmasına nəzarətin artırılmasına, podratçıların fəaliyyətinin daha şəffaf həyata keçirilməsinə imkan verəcək”.
Vergilər naziri fevral ayından başlayaraq, vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin) uçot məlumatlarının dəqiqləşdirilməsi məqsədilə onların pasportlaşdırılmasına başlandığını qeyd edib.
2011-ci ildə qarşıda duran vəzifələrdən danışan F.Məmmədov nağdsız ödənişlərinin stimullaşdırılması, həmçinin, vergi, rüsum, icarəhaqqı və digər ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdan kənar nağd qaydada aparılmasının minimuma endirilməsi istiqamətində də işlər aparılacağını söyləyib.
Tədbirdə Azərbaycanda vergi sisteminin formalaşmasını, keçdiyi inkişaf mərhələlərini, bu sahədə aparılmış islahatlar haqqında film nümayiş etdirilib.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, ADİU-nin rektoru, professor, millət vəkili Şəmsəddin Hacıyev, akademik Asəf Nadirov, “Azərbaycan” Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Akif Musayev, Auditorlar Palatası sədrinin müşaviri Nəcəf Talıbov, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, “Karat-Holdinq” MMC-nin direktoru Taleh Qasımov və başqaları çıxış edərək öz fikir və təkliflərini səsləndiriblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

