YAP nümayəndə heyətinin Rumıniyaya səfəri başlayıb
18.02.2011 [10:55]
Fevralın 16-da Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun rəhbərliyi ilə İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və Milli Məclisin üzvü Asəf Hacıyevdən ibarət YAP nümayəndə heyətinin Rumıniyaya səfəri başlayıb. İki ölkənin hakim partiyaları arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə Rumıniyanın Demokrat Liberal Partiyasının (PDL) dəvətinə əsasən həyata keçirilən bu səfər çərçivəsində YAP və PDL arasında “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması nəzərdə tutulub. Səfər proqramına fevralın 16-da Buxarestdəki Tey Parkındakı Heydər Əliyev xiyabanında ümummilli liderin büstü qarşısına əklil qoyulması ilə başlayan nümayəndə heyəti həmin gün Rumıniyanın Baş naziri, PDL-in sədri Emil Bok tərəfindən qəbul olunub. Görüşdə iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq hissi ifadə olunub, partiyalar arasında əlaqələrin ikitərəfli münasibətlərə yeni təkan verəcəyi vurğulanıb. Söhbət zamanı strateji tərəfdaşlıq səviyyəsinə çatmış Azərbaycan-Rumıniya əlaqələrinin yüksələn xətt üzrə inkişafı qeyd olunub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyaya, Rumıniya Prezidenti T.Baseskunun Azərbaycana səfərlərinin nəticəsində iki ölkə arasında münasibətlərin daha da genişlənməsi üçün etibarlı zəmin yarandığı nəzərə çatdırılıb.
Emil Bok bildirib ki, onun ölkəsi Azərbaycanla bütün sahələrdə əməkdaşlğın tərəfdarı olmaqla yanaşı, Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə dair ədalətli mövqeyini həmişə müdafiə edib və edəcək. YAP Sədrinin müavini - İcra katibi, millət vəkili Ə.Əhmədov ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib, PDL nümayəndə heyətini Azərbaycana səfərə dəvət edib. Baş nazir dəvəti qəbul edərək yaxın gələcəkdə PDL nümayəndə heyətinin ölkəmizi ziyarət edəcəyini bildirib. Həmin gün Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Buxarest şəhəri 2-ci sektorunun meri Nekulay Ontsanu və Rumıniya ziyalılarının nüayəndələri ilə görüşüb.
Görüşdə Rumıniya Akademiyasının vitse-prezidenti Marius Sala, Rumıniyanın Tərəqqisi Naminə Partiyasının fəxri sədri, keçmiş ədliyyə və xarici işlər naziri Kristian Diakonesku, Buxarest Yazıçılar Birliyinin sədri Horia Qırbya və digər şəxslər iştirak ediblər. Görüşdə Buxarest şəhəri 2-ci sektoru və Bakı şəhəri Səbail rayonu arasında yüksək dinamikaya sahib olan ikitərəfli münasibətlərdən bəhs olunub, ümummilli lider Heydər Əliyevin abidəsinin məhz bu sektorun ərazisində yerləşməsi faktı xüsusilə qeyd edilib. Həmçinin, bildirilib ki, xalqlarımız arasında əlaqələrin durmadan inkişaf etməsi bütövlükdə sülh, sabitlik, iqtisadi rifaha xidmət edir. Mer N.Ontsanu Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin də bu sektorun ərazisində fəaliyyət göstərdiyini vurğulayaraq, həmin təşkilatın həyata keçirdiyi geniş humanitar və xeyriyyə işlərindən bəhs edib, Azərbaycana səfəri zamanı müşahidə etdiyi böyük quruculuq işlərinin və inkişafın onda dərin təəssürat yaratdığını əlavə edib.
YAP Sədrinin müavini - İcra katibi, millət vəkili Ə.Əhmədov söylənilən fikirlərə görə minnətdarlığını bildirib, görüşdə iştirak edən və Azərbaycana rəğbəti ilə seçilən rumın ziyalılarını ölkəmizə səfərə dəvət edib.
Günün ikinci yarısında YAP nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün Buxarestdə yerləşən abidəsini ziyarət edib, büstün qarşısına çiçəklər qoyublar. Türkiyənin Rumıniyadakı səfirliyinin hərbi attaşesi, polkovnik M.Tural mərasimdə iştirak edib. Polkovnik M.Tural qeyd edib ki, Buxarestdəki büst Türkiyə liderinin xaricdə qoyulan ilk abidəsidir və Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyətlərinin Atatürkün, Türkiyə heyətlərinin isə ümummilli lider Heydər Əliyevin abidələrini ziyarət etməsi ənənə halını alıb. Görüşlərdə Azərbaycan Respublikasının Rumıniyadakı səfiri E.Həsənov iştirak edib.
YAP nümayəndə heyətinin Rumıniyaya səfəri davam edir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25

