Fransanın səyi: Makron nə istəyir?
25.10.2022 [10:48]
Fransa hər zaman ermənilərə açıq və ya gizli şəkildə dəstək olub. İstər birinci Qarabağ döyüşləri zamanı, istər ATƏT-in Minsk qrupu çərçivəsində keçmiş münaqişənin tənzimlənməsi prosesində, istər İkinci Qarabağ müharibəsi günlərində, istərsə də postmüharibə dövründə rəsmi Paris hər zaman özünün “kiçik bacısı”nın yanında olduğunu bu və ya digər şəkildə büruzə verib. Yəni, Makronun Azərbaycanla bağlı mahiyyət etibarı ilə sonuncu qərəzli, yalan çıxışı nə ilk, nə də son deyil. Xatırladaq ki, hələ 2 il öncə Makron Azərbaycanı Suriyadan gətirilmiş muzdlu döyüşçülərin xidmətindən istifadədə “günahlandırırdı”. Halbuki həmin dövrdə ermənilərin Suriyadan və Yaxın Şərqin digər regionlarından gətirilmiş muzdlu döyüşçülərin xidmətindən istifadə etməsi ilə bağlı, bəlkə də, yüzlərlə fakt mövcud idi. Həmin faktlar hətta dünya mediasında belə dərc olunmuşdu. Bütün bunları gözardı edən Makron isə “səylərini” davam etdirir, Azərbaycanı günahlandırırdı. Həmin vaxt Azərbaycan Prezidenti İlham Əliyev Makronun fikirlərindən təəssüfləndiyini bildirirdi. Sitat: “O, ayın 27-də axşam mənə zəng vurmuşdu, mən ona bunun səhv, yanlış olduğunu dedim. O, bu bəyanatı heç bir dəlil olmadan verib. Qoy o, bizə dəlil versin, sübut versin. Yalnız sözlərdir. Biz də çox söz deyə bilərik, amma demirik, məsuliyyətli davranırıq. Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlil belə yoxdur. Biz nə ediriksə, özümüz edirik. Bizim qabil ordumuz var. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər insan var. Mən qismən səfərbərlik elan etmişəm. Bu, bizə ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan verəcək. Beləliklə, bizim buna ehtiyacımız yoxdur. Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən insanları cəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri deyil. Yeri gəlmişkən, Yaxın Şərqdən gələnlərin erməni əsilli olması və ya qeyri-erməni əsilli olmasının heç bir fərqi yoxdur. Əgər kimsə xaricdən muzdlu kimi döyüşməyə gəlirsə, bununla beynəlxalq səviyyədə məşğul olunmalıdır. Bu ittihamlar tamamilə əsassızdır. Biz onları rədd edirik və dəlillərin ortaya qoyulmasını tələb edirik”.
Bu fikirlərlə Prezident İlham Əliyev Makronun yalanları ilə yanaşı, həm də Fransanın Azərbaycana qarşı qərəzini ifşa etmiş oldu. Bu dəfə də analoji halla rastlaşdıq. Guya Azərbaycanın Ermənistana “təcavüz” etdiyini iddia edən Makrona cavab dövlət başçısından gəldi. Astanada MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur: “Praqadakı görüşdən, demək olar, bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik”.
Fransanın Azərbaycana və Türkiyəyə qarşı ermənilərdən alət kimi istifadə etmək cəhdinin yaşı yüzillərlədir. Son 150-200 ildə bu ölkə Osmanlıya qarşı ermənilərdən istifadə etməyə çalışıb. Yeri gəlmişkən, xaricdə yaşayan jurnalist Elbəyi Həsənli də sosial şəbəkələrdə bir tarixi arayışı paylaşıb: “Fransa imperatoru Napoleon Bonapart 1778-1799-cu illərdə o vaxt Osmanlı imperiyasının bir parçası olan Fələstin və Suriyada yaşayan katolik erməniləri Osmanlı imperiyasına qarşı qaldırmaq məqsədi ilə Fransanın İstanbuldakı səfiri general Horace François Bastien Sebastiani de la Porta məktub yazıb. Səfirin imperatora cavabı belə olub: “Ermənilər öz yaşayışlarından o qədər razıdırlar ki, bu, (erməniləri Osmanlı imperiyasına qarşı qaldırmaq) mümkün deyil”.
Bu bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə ərazilərində məskunlaşmış ermənilərə münasibətdə hər iki ölkə hər zaman humanist davranış nümayiş etdirib. Təəssüf ki, bu davranışın cavabını adekvat şəkildə almamışıq. Böyük güclərin bölgədəki çirkin siyasətinin alətinə çevrilmiş ermənilər hər zaman bizə qarşı kinlə, məkrlə silahlanıblar. Bu işdə onlara Fransa da öz səyi ilə dəstək olmağa çalışıb. İndiki səyi kimi...
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50

