MSK-nın yeni tərkibdə ilk iclası keçirilib
25.02.2011 [08:50]
Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda təşkilati məsələyə baxılıb, qurumun sədri, müavini və iki katibi seçilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iclasda iştirak edib.
Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin Milli Məclis tərəfindən təsdiq edildiyini nəzərə çatdıran Ramiz Mehdiyev MSK-nın üzvü olan 18 nəfərin ölkənin ictimai-siyasi həyatında vacib rol oynayan şəxslər olduğunu bildirib. Son beş ildə MSK-nın yaxşı işlədiyini və qanunvericiliyə uyğun fəaliyyət göstərdiyini vurğulayan Prezident Administrasiyasının rəhbəri əmin olduğunu bildirib ki, komissiya qazandığı təcrübədən istifadə edərək gələcəkdə də yaxşı nəticələr əldə edəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin MSK-ya göstərdiyi diqqətdən söhbət açan Ramiz Mehdiyev deyib ki, məhz dövlətimizin başçısının daimi qayğısı sayəsində mərkəzi və aşağı seçki komissiyalarına seçki qanunvericiliyinin tələblərinə uyğun fəaliyyət göstərmələri üçün hərtərəfli şərait yaradılıb, komissiya üzvlərinin əməkhaqqları artırılıb, MSK üçün ən müasir informasiya-kommunikasıya avadanlıqları ilə təchiz edilmiş gözəl, yaraşıqlı bina istifadəyə verilib. Bu diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirən Administrasiya rəhbəri komissiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyası sədrinin, sədr müavininin və katiblərinin seçkisi keçirilib. Məzahir Pənahov yekdilliklə Mərkəzi Seçki Komissiyasının sədri seçilib. Natiq Məmmədov MSK sədrinin müavini, Arifə Muxtarova Milli Məclisdə heç bir partiya mənsubiyyəti olmayan müstəqil deputatları, Mikayıl Rəhimov isə parlamentdə deputatları azlıq təşkil edən siyasi partiyaları təmsil edən MSK katibləri seçiliblər.
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28

