Dünyanı çörəklə imtahana çəkənlər...
02.11.2022 [10:52]
Nardar BAYRAMLI
Bir neçə gün öncə Rusiya taxıl sazişindən birtərəfli qaydada çıxdığını açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, taxıl sazişinin icrası qeyri-müəyyən müddətə dayandırılıb. Rusiya taxıl sövdələşməsində iştirakını dayandırdıqdan sonra İstanbuldakı Birgə Koordinasiya Mərkəzində - Xarici İşlər Nazirliyindəki nümayəndələrinə tapşırıqlar verib. XİN-dən bildirilib ki, Rusiya Sevastopolda baş verən terror aktına görə “Qara Dəniz Təşəbbüsü”ndə iştirak edən mülki quru yük gəmilərinin təhlükəsizliyinə zəmanət verə bilməz. Rusiya Müdafiə Nazirliyinin məlumatında isə qeyd olunub ki, Ukrayna Böyük Britaniyanın dəstəyi ilə gəmilərə doqquz pilotsuz uçuş aparatı və yeddi dəniz pilotsuz uçuş aparatı vasitəsilə hücum edib.
Rusiya Prezidenti Vladimir Putin də deyib ki, Rusiyanın taxıl sazişində iştirakını dayandırmaq qərarı humanitar dəhliz üçün təhlükə yaradılması ilə bağlıdır: “Hazırda hamı Rusiyanın nə etdiyini danışır, bunun nədən qaynaqlandığını xatırlamır. Bu, humanitar dəhliz üçün təhlükə yaratmaqdan qaynaqlanır”. Putin bu işin təşkilatçılarından birinin BMT-nin baş katibi olduğunu və beynəlxalq təşkilatın əməkdaşlarının bu işdə fəal iştirak etdiyini xatırladıb. “Bunun üçün biz onlara minnətdarıq. Amma qoy onlar Ukrayna ilə işləsinlər. Ukrayna təminat verməlidir ki, Rusiyanın mülki gəmiləri və gəmilərinin təchizatı üçün təhlükə olmayacaq”, - deyə o qeyd edib.
Ukrayna tərəfi isə Rusiyanın iddialarını qəbul etməyib. Bildirilib ki, Ukrayna mülki gəmilərə hücum etməyib.
Məsələyə münasibət bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, “Biz İstanbulda qurulan Koordinasiya Mərkəzi vasitəsilə Ukraynadan 9,3 milyon ton buğdanın dünya ölkələrinə göndərilməsini təmin etdik və qida böhranının qarşısını nisbətən aldıq”. “Hər nə qədər Rusiya Ukrayna buğdasının ixracı üzrə göstərilən səylərlə bağlı tərəddüd etsə də, biz bəşəriyyətə xidmət üçün cəhdlərimizi qətiyyətlə davam etdirəcəyik”, - deyə Ərdoğan söyləyib.
Əlbəttə ki, taxil sazişinin pozulması dünyada ərzaq böhranının daha da artmasına səbəb ola bilər. Məlumdur ki, Rusiya-Ukrayna münaqişəsi geosiyasi vəziyyəti mürəkkəbləşdirməklə yanaşı, qlobal iqtisadiyyata da ciddi mənfi təsirlər göstərir. Qlobal ərzaq təhlükəsizliyinə yaranan təhdidlər isə xüsusi narahatlıq doğurur. Belə ki, beynəlxalq ekspertlər, reytinq agentlikləri artıq ərzaq qıtlığının bütün dünya ölkələrinə təsir edəcəyini bildirirdilər. Artıq problem bir müddətdir ki, özünü göstərir və ərzaq məhsullarının qiymətləri davamlı olaraq artır. Bunun məntiqi nəticəsi olaraq inflyasiya sürətlənir, istehlakçılar, demək olar ki, hər gün yeni və daha yüksək qiymətlərlə üzləşirlər. Qlobal ərzaq bazarında taxıla artan tələbatı ödəmək üçün Ukraynanın anbarlarında yığılan böyük ehtiyatların daşınması da müzakirə edilən məsələlər sırasında idi. Bu prosesdə Türkiyə fəal rol oynayıb. Fevralın 24-də münaqişə başlayandan Rusiya ordusu Azov dənizi sahillərini tam, Qara dəniz sahillərini qismən nəzarətə götürməyə və Ukraynanın ən böyük limanının yerləşdiyi Odessa şəhərini blokadaya almağa müvəffəq olub. Nəticədə Ukraynanın Qara dəniz limanlarında 20 milyon tondan çox taxıl anbarlarda qalmışdı. Ona görə də, qlobal ərzaq böhranın qarşısını almaq üçün Ukrayna taxılının ixracına böyük zərurət yaranmışdı. Uzun müzakirələrdən sonra taxıl sazişi üzrə iyulun 13-də Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələrindən ibarət dördtərəfli görüş keçirildi. Bu görüşün nəticəsi olaraq iyulun 22-də həmin məkanda taxıl ixracına dair saziş imzalandı. Türkiyə, Rusiya, Ukrayna və BMT arasında İstanbulda imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarından təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, müxtəlif ölkələrə taxıl daşınmağa başlandı. Ardınca isə İstanbulda taxıl dəhlizi haqqında sazişə uyğun olaraq, Birgə Koordinasiya Mərkəzi yaradıldı. Rusiya və Ukrayna nümayəndələri, eləcə də BMT nümayəndəsi Türkiyə ilə birlikdə Birgə Koordinasiya Mərkəzində fəaliyyət göstərirlər.
Bəs bundan sonra vəziyyət necə olacaq? Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, milli müdafiə naziri Hulusi Akar və digər səlahiyyətli şəxslər problemin həlli və taxıl ixracının kəsilməməsi üçün təmasları davam etdirirlər. Bu məqsədlə Hulusi Akarın rusiyalı həmkarı Şoyqu ilə telefon danışıqları da baş tutub. Müzakirələr zamanı taxıl sazişinin icrasının davam etdirilməsinin vacibliyi vurğulanıb və bu prosesə mane olan hər cür təxribatdan uzaq durulmasının zəruriliyi xatırladılıb. Qeyd olunub ki, İstanbul limanında gözləyən taxıl yüklü gəmilərin yoxlanılması planlaşdırılır: “İstanbuldakı birgə koordinasiya mərkəzindəki ruslar hələ də buradadırlar. Lakin hələlik Ukraynadan gəmilər yola çıxmayacaq”. Məlumatda deyilir ki, Türkiyə regionda sülhün bərpasına bundan sonra da töhfə verməyə çalışacaq.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko isə bildirib ki, rəsmi Moskva taxil sazişi ilə əlaqədar yaxın günlərdə Türkiyə və BMT nümayəndələri ilə danışıqlar aparacaq. Onun sözlərinə görə, ölkəsi taxıl müqaviləsinin iştirakçıları kimi Türkiyə və BMT nümayəndələri ilə əlaqə yaradacaq. İlk növbədə, Ukraynadan Rusiyanın Qara dəniz Donanmasına hücumun araşdırılmasının vacibliyini vurğulayan nazir müavini rəsmi Moskvanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırdığını və orada taxıl müqaviləsinə dair məsələlərin də müzakirə olunacağını deyib. A.Rudenko qeyd edib ki, Rusiya taxıl müqaviləsindən çıxmayıb, yalnız bu sövdələşmədə iştirakını dayandırıb.
Beləliklə, beynəlxalq birlik problemin tezliklə həll olunmasına çalışır. Əks halda, dünyanın bir sıra bölgələrində aclıq təhlükəsi daha da artacaq.
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21

