/ / YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkmənistanın Azərbaycandakı səfiri ilə görüşüb
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkmənistanın Azərbaycandakı səfiri ilə görüşüb
17.11.2022 [14:51]
Türkmənistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanmammet Elyasovun təşəbbüsü ilə noyabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında səfirlə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov arasında görüş keçirilib.
Səfiri Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən YAP Sədrinin müavini Tahir Budaqov onun Azərbaycan-Türkmənistan əlaqələrinin daha da genişləndirilməsinə, eləcə də iki ölkənin hakim partiyaları olan Yeni Azərbaycan Partiyası ilə Türkmənistan Demokratik Partiyası (TDP) arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. Tahir Budaqov qeyd edib ki, xalqlarımızın dərin tarixi köklər, ortaq dil, din və mədəniyyət ilə bir-birinə bağlı olması iki dövlət arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına əlverişli zəmin yaradır. Azərbaycan-Türkmənistan əməkdaşlığının genişləndirilməsində dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin rolundan, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin münasibətlərin inkişafına verdikləri önəmdən bəhs edən Tahir Budaqov iki ölkənin beynəlxalq aləmdə bir-birinin milli maraqlarını dəstəklədiyini bildirib. Türkmənistanın bu yaxınlarda Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olmasının əhəmiyyətini xüsusi vurğulayan YAP Sədrinin müavini qeyd edib ki, YAP və TDP hakim partiyalar olaraq qarşılıqlı əlaqələri inkişaf etdirməklə hər iki xalqın mənafelərinə xidmət edən dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verə bilər.
Öz növbəsində təbrikə görə təşəkkürünü bildirən səfir Qurbanmammet Elyasov özünə yaxın, doğma bildiyi Azərbaycanda səfir kimi çalışmaqdan məmnunluğunu ifadə edib. Müdrik dövlət xadimi Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin beynəlxalq arenada yüksək nüfuz və hörmət sahibi olduğunu vurğulayan səfir son illərdə Azərbaycan-Türkmənistan əlaqələrinin sürətlə inkişaf etdiyini, bu prosesdə iki ölkənin liderləri arasında münasibətlərin xüsusi rol oynadığını söyləyib. O qeyd edib ki, Xəzər dənizindəki iki ölkə sərhədində yerləşən “Dostluq” neft-qaz yatağının birgə işlənməsi də yüksələn əlaqələrin göstəricisidir. Səfir əlavə edib ki, siyasi əlaqələrin inkişafı ilə yanaşı, iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə ehtiyac var.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, görüşdə Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi Sultan Açılov da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10

