Avropa Parlamentinin qərarı...
25.11.2022 [10:53]
Rusiyanın terroru dəstəkləyən ölkə kimi tanınması ağır nəticələr vəd edir
Bir sıra Avropa ölkələrinin və təsisatlarının ardından Avropa Parlamenti də Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanıyacaq. Bununla əlaqədər qətnamənin mətni ilə bağlı razılığa gəlinib. Bu barədə Avropa Parlamentinin deputatı Andrius Kubilius tvitter hesabındakı paylaşımında bildirib. “Avropa Parlamentinin siyasi qrupları arasında 4 saat çəkən müzakirələrdən sonra mətnlə bağlı razılığa gəlinib. Əsas xətt budur: “Avropa Parlamenti Rusiyanı terrorizmi dəstəkləyən və terror vasitələrindən istifadə edən dövlət kimi tanıyır” , - deyə Kubilius qeyd edib.
Qeyd edək ki, indiyə qədər bir neçə ölkə və beynəlxalq təşkilat Rusiyanı terrorizmi dəstəkləyən və ya ona himayədarlıq edən ölkə qismində tanıyıb. Avropa Parlamentinin də bu sıraya qoşulması Kreml üçün hansı perspektivi vəd edir? Belə bir addım Rusiya üçün hansı nəticələrə gətirib çıxara bilər?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Yeganə Hacıyeva Avropa Parlamentinin Rusiyanı terroru dəstəkləyən ölkələrin siyahısına əlavə etməsini aylardır bu istiqamətdə davam edən prosesin növbəti mərhələsi kimi dəyərləndirib. O qeyd edib ki, hazırki beynəlxalq nizamda kifayət qədər ciddi beynəlxalq aktorların Rusiyanı terroru dəstəkləyən ölkələrin siyahısına əlavə etməsi Moskva üçün yaxşı heç nə vəd etmir: “Məsələyə Avropa Parlamenti kontekstindən yanaşsaq, bu addım Avropa təsisatlarının Ukraynadakı proseslərə görə Rusiyaya dirənişinin növbəti mərhələsi kimi qiymətləndirilməlidir. Təbii ki, Rusiya bu addımı Avropa Parlamentindən gözləmirdi. Çünki Avropa Parlamenti uzunmüddətli hesabda müəyyən mənada Rusiyanın maraqlarının təmsilçisi qismində tanınırdı. Rusiya baxımından Avropa Parlamentindən gözləntilər özünü doğrultmadı”.
Y.Hacıyevanın fikrincə, bu addım Rusiya üçün iqtisadi, siyasi, eləcə də digər müstəvilərdə çox ciddi problemlər vəd edir. Bu mənada ilk sırada iqtisadi problemlər dayanr. “Rusiyanın iqtisadi baxımdan dünyadan izolyasiya edilməsi bu ölkə üçün böyük fəsadlar vəd edir. Təbii ki, bu, bütün dünya üçün də problem yaradacaq. Eyni zamanda, Rusiyanın izolyasiya olunması onun daxilində daha çox sərtləşməsinə yol açacaq. Rusiyanın daxili sferada daha çox sərtləşməsi isə mərkəzi hakimiyyətdən narazılıqları artıracaq. Bu narazılıqların fonunda isə mərkəzi hakimiyyətə qarşı regionlarda proseslər başlayacaq. Bunlar yalnız Avropa Parlamentinin mövcud qərarına söykənmir. Çünki artıq bir neçə ölkə, beynəlxalq təşkilat, hətta Avropa İttifaqının əsas orqanları belə Rusiyanı terroru dəstəkləyən ölkə kimi tanıyır. Qlobal səviyyədə dünyada təhlükəsizliyin təminatçısı qismində çıxış edən NATO Parlament Assambleyası Moskvanı terrorun himayədarı kimi tanıyıb. Bütün bunlar kompleks şəkildə Rusiya üçün ciddi fəsadlar vəd edir. Əgər bu günə qədər baş verənlər yalnız Rusiya hakimiyyəti üçün problemlər yaradırdısa, artıq proseslər Rusiya dövləti üçün problemlər yaratmağa başlayacaq. Nümunə üçün terroru dəstəkləyən digər ölkələrin hazırki vəziyyətinə nəzər yetirmək olar. Məsələn, İran 1990-cı illərdən terroru dəstəkləyən dövlət kimi tanınıb. 1990-cı illərdən sonra İran daxili müstəvidə, qonşulara münasibətdə radikallaşıb, dövlət olaraq isə zəifləyib, beynəlxalq nizamda mövqeyini itirib. Bütün bunlar hamısı göstərici sayılır. Bu siyahıdakı Suriya, Liviya misalına da baxmaq olar. O mənada, proseslərin Rusiyanı haraya apardığını görmək və göstərmək mümkündür”, - deyən Y.Hacıyeva qeyd edib ki, Rusiyanın baş verənlərə münasibəti isə fərqlidir. Kreml düşünür ki, mövcud beynəlxalq nizam artıq sıradan çıxır, yeni nizamda isə bu kimi mövzular çox da aktuallıq daşımaya bilər. Təbii ki, bunun qarantiyası yoxdur: “Tam əksinə olaraq köhnə nizamın sıradan çıxmasını şərtləndirən əsas səbəblər terrorun mövcudluğu, dəstəklənməsi və qarşı tərəfin bu məsələyə, öhdəliklərinə məsuliyyətsiz yanaşması olub. Bu isə o deməkdir ki, yeni dünya nizamında terrorizmə qarşı mübarizənin şərtləri daha sərt forma alacaq. Rusiya 2022-ci ildə ard-arda səhvlər buraxıb. Kreml istər Qazaxıstan məsələsində, istərsə də Ukrayna məsələsində buraxdığı səhvlərdə bir vacib elementi - qlobal səviyyədə təhlükəsizliyin dəyişən elementini unudur. Artıq regionlara nəzarətlə bağlı ölkələrin istifadə etdikləri vasitələr dəyişib. Ordu yeritmək, cəmiyyətləri təzyiq, silah yolu ilə ram etmək kimi vasitələr XX əsrdə və XXI əsrin ilk onilliyində özünü doğruldurdusa, sonrakı onillikdə bu metod özünü doğrultmadı. Artıq regionlara nəzarət etmək üçün yeni, daha mütərəqqi vasitələrdən istifadə edilməlidir. Siyasi, iqtisadi amillərin diqtə etdiyi yeni şərtlər köhnə şərtləri sıradan çıxarıb. Amma Rusiya yeni şərtləri qəbul edəcək qədər mütərəqqi deyil. Bu mənada, Rusiyanı ağır nəticələr gözləyə bilər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

