Qəbir daşları ilə vuruşan erməni “qəhrəmanlar”ı
02.12.2022 [10:18]
Ermənilərin saxta “mədəni xalq” mifini dağıdan növbəti vandalizm əməli
MÜBARİZ
Sosial şəbəkələrdə yayılan video insanlıq hissini itirməyən hər bir kəsi heyrətə salır. Videoda təsvir olunan mənzərə dəhşətlidir. Burada yük maşını ilə qəbirlərin dağıdılması və ətrafdakıların bundan zövq aldıqları səhnələr təqdim olunur. İnsan olan kəs məzarların dağıdılmasından və təhqir edilməsindən necə zövq ala və bununla necə qürurlana bilər? Axı belə əməllər hüquq cərçivələrini demirik, insanlıq, mənəviyyət ölçüləri ilə də bir araya sığmır. Ancaq humanist hisslər və yanaşmalar vandallara aid deyil. Onlar qurulanı dağıtmaqdan, müqəddəs sayılanı aşağılamaqdan həzz alırlar. Müəyyənləşdirilib ki, videoda təsvir olunan səhnələr Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında - Xankəndi yaxınlığında lentə alınıb. Vandalizm əməllərini ermənilər törədiblər. Videolarda erməni dilində danışıqları eşidilən şəxslər yük maşınının sürücüsünə azərbaycanlıların məzarlarını dağıtmaqla bağlı təlimatlar verir və qəbir daşlarının yerlə-yeksan olmalarını özlərinə xas tərzdə şadyanlıqla seyr edirlər. Yük maşınının zərbələrinə tab gətirməyib yıxılan qəbirüstü abidələrin üzərində azərbaycanlılara məxsus adlar və soyadların yazıldığı aydınca görünür.
Erməni mifini dağıdan növbəti vandalizm əməli
Məlumdur ki, ermənilər özlərindən “mədəni, yüksək intellektli xalq” mifi yaradıblar. Onlar yeri gəldi-gəlmədi dünya mədəniyyətinə hansısa töhfələr verdikləri ilə öyünürlər. Mədəniyyət yaradan xalqın təmsilçiləri abidələrin qədir-qiymətini bilməlidirlər. Ermənilərin isə tarixin daş yaddaşına çevrilmiş abidələrə münasibətləri sosial şəbəkələrdə təqdim olunan videodan aydın şəkildə görünür.
Həm də son videolar “mədəni xalq” olan ermənilərin abidələrə barbar münasibələrini əks etdirən yeganə faktlar deyil. Ermənilərin xislətinə bələd olmaq üçün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində çəkilmiş foto və video materiallara baxmaq kifayətdir. Sanki bu yerlərdən sivilizasiyadan yerli-dibli bixəbər olan vəhşi tayfalar gəlib keçiblər. Çəyirtkə sürüsünü xatırladan bu tayfalar yolları üstündə hər şeyi dağıdıblar. Konkret faktlara keçək. Üç onilliyi əhatə edən işğal dövründə Azərbaycan xalqına məxsus 67 tarixi-dini abidənin 65-i dağıdılıb, məscidlərə it bağlanıb, donuzlar saxlanılıb...
Ermənilərin üzdəniraq “qəhrəmanlıqlarına” aid belə faktlar saysız-hesabsızdır. Bunu yalnız biz demirik. Belə faktlar həm də ayrı-ayrı beynəlxalq təşkilatların hesabatlarında yer alıb. Məsələn, ABŞ Dövlət Departamentinin 2021-ci ildə dünyada dini dözümlülüyün durumu haqqında dərc etdiyi hesabatında erməni vandalizmi ilə bağlı qeyd olunanlar dünyanın acı gerçəkliyi qəbul etmək məcburiyyətində qaldığını göstərir. Hesabatda qeyd olunur ki, işğal dövründə Azərbaycanın yüzlərlə məscidi, ziyarətgahı, qəbiristanlığı talan edilib, dağıdılıb və təhqir olunub. Cari ildə yayılan hesabatda vurğulanır ki, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda azərbaycanlılara məxsus məzarlıqlar sistemli şəkildə ağır tikinti texnikası ilə məhv edilib, qəbir daşları zədələnib, insan qalıqlarının ekshumasiyası izləri aşkar edilib. Hətta azərbaycanlılara məxsus qəbirlərdə cəsədlərin qızıl dişləri çıxarılıb. İşğal dövründə ərazilərin genişmiqyaslı şəkildə minalanması yüzlərlə dini məkana girişi mümkünsüz vəziyyətə gətirib. Füzuli rayonunda XIX əsrə aid Hacı Ələkbər məscidi dağıdılıb və təhqir edilib, Ağdamdakı Cümə məscidinin mehrabı güllələnib, həmçinin bu rayondakı bütün qəbiristanlıqlar təhqir və talan edilib, dağıdılıb. Dağıdılan dini abidələr arasında İmarət Qərvənd qəbiristanlığında XVIII əsrə aid müqəddəs məzarlar və şəhərdəki Şəhidlər xiyabanı da var. Bütün bunların əks olunduğu hesabatda Ağdamdakı Şəhidlər xiyabanını ziyarət etmiş Qərb diplomatlarının vandalizmi canlı şəkildə gördükləri bildirilir.
ABŞ Dövlət Departamentinin hesabatı erməni vandalizminin beynəlxalq səviyyədə qəbul edilməsi nümunələrindən olsa da, tam deyil. Nəyə görəsə sənəddə Ermənistan ərazisində, o cümlədən paytaxt İrəvanda dağıdılan abidələrimiz barədə məlumat verilməyib. Halbuki indiki Ermənistanda çox sayda toponimlərimiz eybəcər erməni adları ilə əvəzlənib, bir sıra mədəni irs nümunələrimiz ermənilər tərəfindən öznünküləşdirilib, bu mümkün olmadıqda isə vəhşicəsinə dağıdılıb.
Ermənilərin xisləti və vandalizm əməlləri öz yerində
Bəs beynəlxalq təşkilatların susqunluğuna nə ad vermək olar? BMT-in UNESCO təşkilatı nə üçün sosial şəbəkələrdə yayılan son videoya və ermənilərin işğal dövründə öz nəzarətləri altında saxladıqları ərazilərdə Azərbaycan xalqına məxsus abidələri dağıtmalarına münasibətini ortaya qoymur? Mədəni irsin qorunması UNESCO-nun missiyasının ana xəttini təşkil edir. Azərbaycanın çoxsaylı təşəbbüslərinə baxmayaraq, bu qurum hələ də üç onillik ərzində ermənilərin nəzarəti altında qalmış ərazilərimizə missiya göndərməyib. Belə heyrət doğuran laqeydliyə nə ad vermək olar?
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

