Bir "autsayder"in kimliyi, yaxud dağıdıcılıq fəlsəfəsinin növbəti sindromu
31.03.2011 [09:43]
Əli Kərimli Azərbaycan İslam Partiyasının, Azərbaycanda son zamanlar fəallaşan iranmeylli şiə məzhəbli dini qurumların, “Hizbullah” təşkilatının, Dağıstan və çeçenistanda vuruşmuş vəhabilərin, “Taliban” hərəkatına yaxınlığı ilə seçilən qrupların, nurçuların və digər dini qurumların nümayəndələrilə konspirativ şəkildə özünə yaxınlığı ilə seçilən bir şəxsin mənzilində görüş keçirib. Görüşdə radikal dini qurumların 2 aprel mitinqində iştirakına dair razılıq əldə edilib.
Azərbaycan bu gün həyata keçirilən rasional və praqmatik tərəqqi strategiyasının fonunda iqtisadi inkişaf sürətinə görə öncül yer tutan avanqard ölkələr sırasında xüsusi mövqe qazanıb və bu mövqe getdikcə daha da möhkəmlənməkdədir. Məhz bunun qanunauyğun nəticəsidir ki, sosial, iqtisadi, siyasi, mədəni, humanitar və digər sahələrdə mütəmadi inkişaf meyilləri müşahidə edilir, eyni zamanda, həyata keçirilən sistematik səciyyəli dərin islahatlar sahələrarası inteqrativ tərəqqini daha da sürətləndirir. Başqa sözlə, məqsədini inkişaf və sabitlik, yolunu isə demokratiya və qanunçuluq prinsipləri əsasında müəyyənləşdirən ölkəmizin tərəqqisi milli inkişafın Azərbaycan modelini əks etdirir. Təbii ki, bütün bunların əldə olunmasına xüsusi şərait yaradan və islahatların davamlılığını təmin edən təməl faktor ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik siyasi kursun qanunauyğun nəticəsi olan ictimai-siyasi sabitlik ölkəmizi insanların rifah halının, eləcə də, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu ideal məmləkətə çevirib...
Amma mövcud inkişafı özlərinin dağıdıcı xarakterli korporativ maraqlarına və anti-milli mövqelərinə görə qəbul edə bilməyən bəzi qüvvələr Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin xaos və anarxiya ilə əvəzlənməsi üçün əllərindən gələni edirlər. Bəhs edilən radikallar destruktiv transmilli maraqlara malik olan qərəzli xarici dairələrdən aldıqları tapşırıqlar əsasında Azərbaycanı ekstremist qüvvələrin mübarizə meydanına və ideoloji poliqonuna çevirməyə çalışırlar. Bu cür anti-milli, xəyanətkar və radikal qüvvələrin başında gələn subyektlərdən biri də əslində, bəzi qərəzli xarici qüvvələrin “piyada”sı olan Əli Kərimlidir. Onun radikal əməlləri, anti-milli mövqeyinin arxasında sözügedən şəxsin xəyanətkar təbiəti və satqın mövqeyi dayanır...
Xəyanətin digər adı - Əli Kərimli, yaxud “erməni dostu” “fəxri damğa”sı daşıyan şəxs
Faktlarla təsbit edilmiş reallıq onu göstərir ki, Əli Kərimlinin korporativ maraqlar və anti-milli mövqeyinin fonunda bugünədək etdiyi təşəbbüslərin əksəriyyəti xəyanətlərlə səciyyələnib. Bir zamanlar Əbülfəz Elçibəyin yanında “sədaqət nəğmələri” söyləyən Əli Kərimli sonradan ona qarşı pərdəarxası oyunların əsas fiquru və təşkilatçısı olub. AXC-nin parçalanmasında özünəməxsus cəhdlərlə çıxış edən Əli Kərimli xarici fondlardan aldığı qrantları, maliyyə vəsaitlərini öz ətrafına xəyanət etmək yolunda “məharət”lə xərcləyib. Qısa zaman kəsiyində müxtəlif qərəzli, dağıdıcı xarici “dayı”larla təmasları sıxlaşdıran Əli Kərimli aldığı qrantlar və vədlər müqabilində Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən spontan qüvvələrlə sıx əməkdaşlıq münasibətləri qurdu. Hətta iş o yerə çatdı ki, sözügedən şəxs erməni lobbisini belə başlıca tərəfdaş kimi qəbul etdi. Bununla da bir daha isbat olundu ki, Əli Kərimli özünün korporativ maraqları naminə anti-milli mövqedən çıxış edərək azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktı həyata keçirmiş, torpaqlarımızın 20 faizini işğal etmiş erməniləri belə dost kimi qəbul etməkdən çəkinmir. Hələ bu, son deyil. Sonradan o da aydın oldu ki, Əli Kərimli antiazərbaycançılarla sövdələşmə nəticəsində hakimiyyətə gələcəyi təqdirdə Dağlıq Qarabağı ermənilərə güzəştə getmək öhdəliyini götürüb. Bu isə sözügedən şəxsin natamam xarakterini, anti-milli mövqeyini və xəyanətkar simasını göstərən növbəti acınacaqlı faktdır...
Radikal və ekstremist qüvvələrə bağlanan ümid və ya cəmiyyəti parçalamaq uğrunda...
Xəbər verildiyi kimi, Əli Kərimlinin anti-milli səciyyə daşıyan korporativ maraqlar əsasında əməkdaşlıq etdiyi qruplardan biri də ifrat baxışlara və dağıdıcı əməllərə sahib olan radikal, ekstremist qüvvələrdir. Bu, bir həqiqətdir ki, sözügedən şəxs bugünədək “Hizbullah” təşkilatının, Dağıstan və çeçenistanda vuruşmuş vəhhabilərin, “Taliban” hərəkatına yaxınlığı ilə seçilən qrupların, nurçuların və digər dini qurumların ekstremist nümayəndələri ilə əməkdaşlıq edib və ölkəmizə qarşı yönəlmiş cinayət tərkibli əməllərin dəstəkçisi olub. Bu şəxsin illeqal silahlı birləşmələr və terrorist qruplaşmalarla sıx əməkdaşlıq etməsi faktı isə bir daha sübut etdi ki, Əli Kərimli radikal, ekstremist qüvvələrin yardımından istifadə etməklə cəmiyyətdə ideoloji müstəvidə paradoksal situasiya yaratmağa çalışan subyektlərdəndir və cəmiyyətin parçalanması, xaotik durumun yaranması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyini pozulması bu şəxsin marağındadır. Digər tərəfdən, “Mahmudçu”lar və “Süleymançı”lar kimi təriqətlərlə gizli anlaşmalar imzalayan, həmçinin, onların təbliği üçün xüsusi canfəşanlıq göstərən Əli Kərimli “məqsəd vasitəyə haqq qazandırır” prinsipini əsas tutmaqla cəmiyyətdə sosial qruplar arasında antaqonist əlaqələrin yaranması naminə heç bir xəyanətkar əməldən çəkinmir...
“Autsayder”in canfəşanlığı, yaxud “qapı-qapı” prinsipinin Əli Kərimli nümunəsi
Əli Kərimlinin radikal və ekstremist qüvvələrə üz tutması faktı bir daha onu göstərir ki, “dayı”larından umduğu dəstəyi ala bilməyən bu şəxs artıq özünə yeni əməkdaşlar və sponsorlar qazanmaq naminə xüsusi canfəşanlıq göstərir. “Hizbullah” təşkilatına, “Taliban” hərəkatına yaxınlığı ilə seçilən qrupları, “Mahmudçu”lar və “Süleymançı”lar kimi təriqətləri özünün aktiv əməkdaşına və dəstəkçisinə çevirməyə can atan Əli Kərimli artıq dağıdıcı proseslərdə “piyada” kimi isifadə edilən “autsayder”dən başqa heç bir önəm kəsb etmir. “Dayı”larının qrant qarşılığında verdiyi tapşırıqları yerinə yetirməyə çalışan, amma buna nail ola bilməyən Əli Kərimli ənənəvi olaraq “autsayder” kimi çıxış edir. Məhz buna görə də, bəhs edilən şəxs qapı-qapı gəzərək özünə yeni sponsorlar və özü kimi xəyanəti fəaliyyət fəlsəfəsinə çevirmiş əməkdaşlar axtarır...
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

