Türkiyə Avropanın mavi yanacaq tədarükçüsünə çevrilir
06.12.2022 [10:19]
Qardaş ölkə qaz qovşağı yaratmağa hazırlaşır
Son dövrlər dünyada baş verən kataklizmlər iqtisadi sferaya daha çox təsir göstərməkdədir. Xüsusilə, Ukrayna ilə Rusiya arasında baş verən hərbi toqquşmalar iqtisadi münasibətlər sistemində yeni reallıqlar yaradıb. Bu, enerji mübadiləsi məsələsinə də öz təsirini göstərməkdədir. Bu mənada, qlobal miqyasda cərəyan edən geosiyasi proseslər ölkələr üçün enerji təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırır. Rusiyaya qarşı Avropa ölkələrinin sərgilədiyi mövqe ənənəvi enerji təchizatı zəncirinin qırılmasını şərtləndirib. Bu baxımdan da ölkələr yeni təchizat mənbələri axtarışına çıxmaq məcburiyyətində qalıblar. Nəzərə alsaq ki, artıq qış fəslini yaşayırıq, Avropa qitəsi üçün bu daha vacib amilə çevrilib.
Bu amil isə qardaş Türkiyə üçün yeni imkanlar yaradır. Belə ki, Rusiya qazının Türkiyə vasitəsilə dünya bazarına çıxma imkanlarının müzakirə olunması və bunun mümkünlüyü qardaş ölkəni bu məsələdə önə çıxarır. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə mavi yanacağın Avropaya tədarük olunacağı qaz qovşağı yaratmağa hazırlaşır. “Bildiyiniz kimi, Rusiya Prezidenti Vladimir Putin təbii qazın Türkiyə vasitəsilə Avropaya ötürülməsini təklif edib. Biz bu istiqamətdə hazırlıq işləri görürük”, - deyə Türkiyə lideri vurğulayıb. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin “Şimal axını” qaz boru kəmərlərində təxribat hadisələrindən sonra Türkiyədə qaz qovşağı təşkil etməyi təklif etmişdi.
Avropa çətin imtahan qarşısındadır
Vurğulanmalıdır ki, Rusiya ilə Ukrayna arasında məlum münaqişə başlayanadək Aropanın enerji təchizatı böyük dərəcədə Rusiyadan edilən ixrac hesabına təmin olunurdu. İki ölkə arasındakı gərginliklərin bitməməsi və artıq bir ilə yaxındır ki, aktiv hərbi əməliyyatların davam etməsi, eyni zamanda Avropa Birliyinə daxil olan dövlətlərin Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyada aktiv iştirakı yeni situasiya formalaşdırıb. Yeri gəlmişkən, Rusiya özünün gündəlik 5 milyon barel neft ixracatının 70 faizini məhz ABŞ və Avropa bazarlarına ixrac edirdi. Avropanın enerji tələbatının isə 1/4 -ni Rusiya təmin edirdi. Rusiya Avropa üçün həm də ənənəvi olaraq optimal qaz təchizatı mənbəyi sayılırdı. Statistik məlumatlara görə, 2022-ci ilin əvvəlinədək Rusiya Avropa İttifaqı məkanına ildə 150-190 milyard kubmetr qaz ixrac etməklə qoca qitənin təbii qaza olan tələbatının 40%-ə qədərini qarşılayırdı. İndi bu ölkədən Aİ məkanına enerji məhsullarının ixracı əhəmiyyətli dərəcədə azalıb. Bütövlükdə, Qoca qitənin illik qaz tələbatı 552 milyard kubmetrə bərabərdir.
Rusiya öz qazını Türkiyə vasitəsilə satmağa razıdır
Qarşılıqlı sanksiyalar səbəbindən azalan idxal həcmlərini kompensasiya etmək üçün Avropa da hazırda mühüm axtarışlardadır. Bu məsələdə Türkiyənin oynayacağı rol isə həm Avropanın, həm də Rusiyanın maraqlarına cavab verir. Belə ki, Rusiya öz qazını Türkiyə vasitəsilə istehlak bazarlarına çıxartmağa qarşı deyil. Eyni zamanda, Türkiyə də bu məsələdə siyasi qətiyyəti ilə seçilir. Prezident Ərdoğanın son açıqlaması da bunu sübut edir. Avropa ölkələri üçün isə bu “göydəndüşmə fürsətdir”. Onlar Türkiyənin vasitəsilə qazın avropa ölkələrinə çatdırılmasına müsbət yanaşırlar. Türkiyənin əlverişli coğrafi mövqeyi, istehsalçı və istehlakçı ölkələrlə qonşuluqda yerləşməsi, eyni zamanda hazır, işlək nəql infrastrukturuna malik olması da bu məsələnin reallaşmasını mümkünləşdirir. Bu, həm də Türkiyənin özünün qaz istehsalçısına çevrilməsi perspektivini də artırır. Nəzərə alınmalıdır ki, Türkiyənin gələcək perspektiv üçün bu kimi planları mövcuddur və Ağ dənizdən çıxarılacaq qazın Avropaya nəqli qarşıdakı illərdə Ankaranın əsas prioritetlərindəndir.
Hazırki qeyri-müəyyən situasiya isə həm istehlakçı Avropa, həm də istehsalçı Rusiya üçün iqtisadi geriləmə yaradır. Avropa enerji tələbatını ödəmək üçün bütün vasitələrdən istifadə etmək fikrindədir. Bu baxımdan da, Rusiya qazının Türkiyə üzərindən Avropaya ötürülməsi perspektivi aktualdır. Qardaş ölkə böyük həcmlərdə Rusiya qazını Avropa bazarlarına daşımaq üçün şaxələndirilmiş nəqliyyat marşrutlarına malikdir. Türk axını, TANAP, TAP və bu kimi kəmərlər Türkiyənin qaz nəqli şəbəkəsini Avropa ilə birləşdirib. Bu isə onu deməyə əsas verir ki, yeni xətlərin çəkilməsinə ehtiyac yoxdur. Hətta ehtiyac yaranacağı təqdirdə infrastrukturun genişləndirilməsi də mümkündür. Qardaş ölkə şaxələndirilmiş nəql marşrutları ilə müxtəlif mənbələrdən - Rusiyadan, İrandan və Azərbaycandan ildə 90-100 mlrd. kubmetr qaz ala və onu ötürə bilər. Eyni zamanda, perspektivdə Türkmənistanda çıxarılan qazın da Türkiyə üzərindən ixracı tam realdır. Yeri gəlmişkən, dekabrın 13-14-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun iştirakı ilə keçirilməsi nəzərdə tutulan üçtərəfli sammit bu məsələ ilə bağlı da müəyyən perspektivlər yarada bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

