İşçi Qrupun 11-ci iclası...
09.12.2022 [11:32]
Nəticə sıfırdan yuxarı irəliləyibmi?
Nardar BAYRAMLI
Moskvada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupun sayca 11-ci iclası keçirilib. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Ermənistandan isə baş nazirin müavini Mger Qriqoryan iştirak edib. İclasda Azərbaycan, Ermənistan, Rusiya Federasiyası arasında və regionda dəmir yolunun inşası, dəmir yolu nəqliyyatının inkişafı və daşımaların təşkili məsələləri müzakirə olunub. Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı üçtərəfli bəyanatlarının icrası üzərində işi davam etdirməyi qərara alıblar.
İclasda hər hansı müsbət nəticənin əldə olunması barədə məlumat verilməyib. Ermənistanın siyasi rəhbərliyinin nümayiş etdirdiyi qeyri-konstruktiv davranış isə bu ölkənin kommunikasiyaların açılmasını uzatmağa çalışdığını söyləməyə əsas verir. Ermənistanın baş naziri Nikol Paşinyan işçi qrupunun 11-ci iclası ilə bağlı deyib ki, tərəflərin hər hansı nəticəyə gəldiyini demək olmaz, “lakin təsdiq etmək olar ki, erməni tərəfi bu proqramın həyata keçirilməsində maraqlıdır və hələ də dəmir yolunun öz hissələrinin bərpasına başlamağa hazırdır”. Amma Paşinyanın sözlərinə görə, Ermənistan tərəflərin mövqelərinin üst-üstə düşməsindən sonra dəmir yolunun bərpasına başlaya bilər. “Bizim ideyalarımıza uyğun olaraq dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsinin ölkəmizin qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməli olduğunu xatırlatmağa ehtiyac yoxdur”, - deyə Paşinyan iddia edib. Təbii ki, Ermənistan baş nazirinin belə mövqeyi bu ölkənin qeyri-konstruktiv yanaşmasından xəbər verir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, Ermənistan kommunikasiyaların bərpası ilə əlaqədar qeyri-müəyyən şərait yaratmağa çalışır, müxtəlif bəhanələr irəli sürür. Onun sözlərinə görə, Paşinyan hakimiyyəti kommunikasiyaların açılmasının tərəfdarı olduğunu desə də, praktiki addımlar atmır. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi regionda yeni siyasi reallıqlarla yanaşı, iqtisadi inkişaf üçün də zəmin yaradıb. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsini rəsmiləşdirməklə yanaşı, regional kommunikasiyaların bərpası ilə bağlı məsələlərin həllini də özündə ehtiva edib. Bəyanatda göstərilirdi ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. O cümlədən, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsinə zəmanət verməlidir. Bu razılaşmaların həyata keçirilməsi üçün üçtərəfli İşçi Qrupu yaradılıb. Azərbaycan ərazisində yeni dəhlizin həm avtomobil, həm də dəmiryolu seqmentləri üzrə layihələrin icrası intensiv şəkildə davam etdirilir və bu istiqamətdə xeyli işlər görülüb. Zəngəzur dəhlizi adlandırdığımız yeni nəqliyyat sistemi türkdilli ölkələr arasındakı iqtisadi münasibətlərin inkişafına da təkan verəcək. Ermənistan dərk etməlidir ki, bu nəqliyyat sistemi vasitəsilə mühüm bir logistik xəttin üzərində yer almış olacaq. Nəticə etibarilə, bu, həmin ölkənin iqtisadi böhrandan xilas olmasına da kömək göstərəcək. Zəngəzur dəhlizinin reallaşması regionun digər dövlətlərinin də marağındadır. Hətta bəzi dövlətlər öz dəmiryolu xətləri ilə bu sistemi birləşdirmək istiqamətində niyyətlərini də ifadə ediblər. Bu, özlüyündə dünyanın yeni bir ticarət zolağını formalaşdırır. Belə demək mümkündürsə, Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihə qarşıdakı mərhələdə iqtisadi münasibətlər sisteminə yeni nəfəs verəcək.
Millət vəkili qeyd edib ki, tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək: “Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Lakin Ermənistanın bu istiqamətdə hələ də real addımlar atmaması narahatlıq doğurur. Prezident İlham Əliyevin dediyi kimi, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Hesab edirəm ki, qarşı tərəf dövlətimizin başçısının bu mesajından nəticə çıxarmalıdır. Eyni zamanda, üçtərəfli İşçi Qrupu da regional kommunikasiya xətlərinin açılması üçün tezliklə praktiki addımların atılmasına nail olmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

