Parisin Azərbaycana qarşı növbəti təxribatı
10.12.2022 [11:02]
Fransanın tutduğu mövqe beynəlxalq konvensiyalara ziddir
Hər zaman ermənilərə havadarlığı ilə tanınan Fransa Azərbaycana qarşı növbəti təxribata yol verib. Belə ki, Qarabağdakı erməni separatçılarının rəhbəri Araik Arutyunyanın başçılıq etdiyi nümayəndə heyəti Fransaya səfər edib.
Arutyunyan Fransanın İle-de-Frans region şurasının sədri Valeri Pekres ilə görüşüb. Pekres “Qarabağın və Ermənistanın erməni xalqı”na həmrəylik və dəstəyini ifadə edib. “Cənubi Qafqazda sülh və sabitlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tələb edir”, - Pekress “Twitter” mikrobloqunda yazıb. Xankəndidəki separatçı rejimin başçısı Fransanın “France-24” televiziya kanalına müsahibə də verib. Bu kanal onu “artsax” prezidenti kimi təqdim edib.
Xatırladaq ki, separatçı Arutyunyanı qəbul edən Valeri Pekress 2022-ci ilin aprelində Fransada keçirilən prezident seçkilərində “Respublikaçılar” partiyasının prezidentliyə namizədi olub. Ötən ilin dekabrında Azərbaycan ərazisinə qanunsuz səfərinə görə Pekressin adı ölkəmizin “arzuolunmaz şəxslər”i siyahısına düşüb.
“France-24” - kanal, yoxsa təxribat yuvası?
O ki qaldı, “France-24” kanalına, bu kanal 2005-ci ildə yaradılıb. 2012-ci ildən Fransadan kənarda audiovizual sektora nəzarət edən milli proqramlaşdırma şirkəti olan “France Medias Monde”nin tərkibindədir. Kanal 2002-ci ildə prezident Jak Şirakın Amerika (CNN İnternational), Britaniya (BBC World News) və Qətər (Əl-Cəzirə) kimi rəqiblərinə qarşı Fransanın trans-media şirkəti yaratmaq arzusundan yaranıb. 2008-ci ildə kanal prezident Nikola Sarkozinin istəyi ilə “RFI” və “MCD” radio stansiyaları ilə birlikdə Fransadan kənarda yeni audiovizual holdinqə (gələcək France Medias Monde) qoşuldu. Holdinqin rəhbəri isə 2012-ci ildən Mari Kristtin Saraqosadır. Kanal daima Azərbaycana qarşı mövqeyi ilə seçilib. Təbii ki, özünün yayım siyasətini Fransanın dövlət maraqlarına uyğun müəyyənləşdirən France-24 də rəsmi Paris kimi ermənipərəst siyasətə üstünlük verir. Xatırladaq ki, hələ 2020-ci il Vətən müharibəsi dövründə də bu kanal mütəmadi olaraq faktları təhrif etməyə çalışırdı. Məsələn, Vətən müharibəsi dövründə Suriyadan və ya Livandan gələn və Ermənistanın tərəfindən döyüşən erməni muzdlularını gizlətmək üçün Azərbaycana qarşı şər-böhtan atırdı. Beləliklə, bu televiziyanın əsl siması Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır.
Eyni zamanda, kanalın rəhbərliyində də ermənipərəst şəxslərin varlığı təkzibedilməz faktdır. Məhz bu səbəbdən də üzərində “dövlət kanalı” yarlığını gəzdirən “France-24” bütün beynəlxalq hüquq qaydalarını, beynəlxalq konvensiyaları pozaraq separatçı Araiki özünəməxsus şəkildə təqdim etməyə çalışıb.
Fransa üçün üzqızardıcı hal
Bu kimi addımlar isə Fransa dövlətinin Cənubi Qafqazda sülhə mane olmaq cəhdlərini davam etdirdiyini göstərir. Nəzərə alınmalıdır ki, bir müddət öncə Fransa Senatının və Milli Assambleyasının Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qəbul etdiyi qərəzli qətnamədə də qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış öz əksini tapmışdı. Araiklə bağlı məsələ isə, eyni zamanda “qətnamə” oyununun pərdəarxasında yatan erməni maraqlarıdır. Xüsusi vurğulanmalıdır ki, bu, Fransanın Azərbaycana qarşı apardığı çoxşaxəli təxribatçı kampaniyanın tərkib hissəsidir. Fransa özünü demokratiyanın “beşiyi” olan ölkələrdən saysa da, atdığı addımlar heç də bunu göstərmir. Beynəlxalq sənədlərə, konvensiyalara və razılaşmalara zidd olan bu kimi “qətnamələr”lə Fransa özünün dövlət maraqlarını zərbə altına qoyur. Demək ki, rəsmi Paris üçün öz dövlət maraqları erməni lobbisinin maraqlarından sonra gəlir. Bu isə dövlət olaraq Fransa üçün üzqızardıcı haldır.
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

