Ermənilərlə sülhməramlıların “birgə məhsulu”
13.12.2022 [10:09]
Rusiya Azərbaycanın verdiyi notadan nəticə çıxarmalıdır
Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib.
Bir çox hallarda, Azərbaycan tərəfinin bu müraciətlərinə cavab verilməyib və sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib. Azərbaycan tərəfindən əldə edilmiş məlumata əsasən, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadlar müşahidə olunur. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə kütləvi informasiya vasitələrinə açıqlamasında bildirib ki, dekabrın 3-dən etibarən, Azərbaycan mütəxəssislərinin əraziyə səfərinin və monitorinqinin üsullarını müəyyənləşdirmək məqsədilə Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələri və Rusiya sülhməramlı kontingenti arasında danışıqlar aparılıb. Əldə olunmuş razılığa uyğun olaraq, dekabrın 10-da faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneə törədilib. Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub. “Bu vəziyyətlə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya tərəfinə müvafiq nota təqdim edib. Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edilib. Belə səfərə maneə törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb. Azərbaycan ərazilərinin bir hissəsində 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq yerləşmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb”, - deyə A.Hacızadə vurğulayıb.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Ermənistan və Qarabağdakı separatçı rejim 30 il ərzində işğal altında olan torpaqlarımızda ekoloji terror törədiblər. İşğal altında olmuş ərazilərdə ermənilər tərəfindən təbii sərvətlərimiz talan olunub, yandırılıb, su ehtiyatları çirkləndirilib, 60 min hektara yaxın meşə sahəsi məhv edilib. Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin iştirakına dair çoxsaylı faktlar mövcuddur. Qızıl yataqlarının, dağ-mədən sənayesinin işlənməsində xarici şirkətlər iştirak ediblər. Dövlətimiz tərəfindən həmin şirkətlərlə bağlı hüquqi tədbirlər görüləcək, onlar beynəlxalq məhkəmələrə veriləcək. Bu istiqamətdə işlər gedir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin və “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrupun Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlər aparılması üzrə danışıqların növbəti mərhələsi üçün Xocalı rayonuna səfər etməsi, sülhməramlıların komandanı ilə iki dəfə danışıqlar aparması bu işlərin tərkib hissəsidir. Görüş zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib. Bütün bunlar onu göstərir ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlərin qarşısının alınması diqqət mərkəzindədir. Rəsmi Bakının bu addımı çox doğrudur. Çünki müəyyən beynəlxalq dairələr, o cümlədən separatçılar Qarabağ üzərindən spekulyasiya etməyə çalışırlar. Amma dövlətimiz müvafiq qurumların təmsilçilərindən ibarət nümayəndə heyəti göndərməklə bu torpağın sahibi olduğunu bir daha təsdiqlədi.
Politoloq qeyd edib ki, ermənilər tərəfindən ekologiyaya və təbiətə qarşı törədilən həmin ağır cinayətlər ətraf mühit sahəsində mövcud olan “Bioloji Müxtəliflik”, “Ramsar” və “Bern” beynəlxalq konvensiyalarının tələblərinin kobud surətdə pozulmasıdır: “Azərbaycan Ermənistanın ekoloji terror siyasəti ilə bağlı həm işğal dövründə, həm də işğaldan sonra müvafiq beynəlxalq təşkilatlara müraciətlər edib. Müvafiq beynəlxalq təşkilatların bu ermənilərin ekoloji terror siyasətinə hələ də qiymət verməməsi ikili standartların təzahürüdür. Digər tərəfdən, bugünlərdə müvafiq dövlət qurumlarının Rusiya sülhməramlılarının nəzarətində olan yataqlara baxış keçirmək istəyərkən erməni separatçılarının yaratdığı maneə və sülhməramların buna seyrçi qalması qəbuledilməzdir. Həmin hadisə göstərir ki, bu təxribat ermənilərlə rus sülhməramlılarının “birgə məhsulu” ola bilər. Ona görə də, Azərbaycanın Xarici İşlər Nazirliyi haqlı olaraq Rusiya tərəfinə nota verib. Düşünürəm ki, Rusiya bu hadisələrdən özü üçün nəticə çıxaracaq. Çünki bu kimi hallar bölgədə təhlükəsizliyi təmin etməli olan sülhməramlılara inamsızlığı daha da gücləndirir. Belə davam edərsə, onlar beş ilin tamamında Qarabağdan çıxarılacaq”.
Həmsöhbətimiz deyib ki, bütün hallarda bu məsələ dövlətimizin xüsusi diqqət mərkəzindədir: “Dövlətimiz imkan verməyəcək ki, Qarabağın təbii sərvətləri ermənilər tərəfindən talansın və ekologiyamıza ziyan vurulsun. Azərbaycanın dövlət qurumlarının Qarabağda ekoloji vəziyyət və qızıl, dağ-mədən yataqları ilə bağlı monitorinqlərə başlayacağına dair xəbərlər Ermənistanı və Qarabağ separatçılarını ciddi təşvişə salıb. Onlar bu məsələni siyasiləşdirməyə çalışırlar. Məqsəd isə beynəlxalq birliyi aldatmaqdır. Amma bütün bunların heç bir faydası yoxdur. İlk növbədə, ona görə ki, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Eyni zamanda, biz öz torpaqlarımıza getmək üçün heç kimdən icazə almamalıyıq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

